Xəbərlər / Ekspert
10 may 2023
508


Dosent İlham Əhmədov -“Dünya Təhsil Forumu-2023” bizə faydalı olacaqmı?


 Londonda Dünya Təhsil Forumu-2023 öz işinə başlayıb. Forumda dünya təhsilinin qarşısında duran əsas çətinlik və çağırışlar, onların həlli yolları müzakirə ediləcək. Forumda həmçinin öyrənmə prosesi, insanlar, müəssisə və təhsil sistemləri arasında qarşılıqlı anlaşma məsələlərinə toxunulacaq. Sessiyalarda bilik, bacarıq, münasibət və dəyərlərin inkişafına yönələn siyasət, liderliyin əhəmiyyəti və təhsilin əsas məqsədləri üçün texnologiya dəstəyi müzakirə olunacaq. Ümumi təhsil müzakirələrinin gündəliyində təhsilin davamlılığı, onun anlama prosesi və qlobal davamlılığa töhfə verməsi də əks olunacaq. Bu ilki Dünya Təhsil Forumunun devizi belədir: “Dizayn təfəkkürü vasitəsilə daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün öyrənmə mədəniyyətinin təkmilləşdirilməsi, dözümlülüyün formalaşdırılması və dayanıqlılığın təşviq edilməsi”. 

Forumda ölkəmizi elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumda yəqin ki, təhsilimizdə gedən "inkişaf və islahat"lar haqqında da məruzə edilər.

Bəli, dünyanın ən yaxşı təhsil liderləri və nazirləri qlobal öyrənmə mədəniyyətini inkişaf etdirmək, davamlılıq yaratmaq və davamlılığı təşviq etmək, innovativ yolları araşdırmaq məqsədi ilə Dünya Təhsil Forumuna toplaşıblar. Maraqlıdır, təhsildə autsayder olanlar bu Forumda nədən danışacaqlar? Keyfiyyətsiz dərslik və kurikulumlardan, distant təhsilə 20 illik qadağalardan, pandemiya vaxtı təhsildə  yaranan problemlərdən, kütləvi repetitorluğa və məktəblərdə total fond pulu yığımına dəstək verməkdənmi? 

Bu Forumda nazirliyin nümayəndələrinin iştirakından sonra bizim təhsilimizdə nələr dəyişəcək? 25 ildir Avropaya, ABŞ-a v.s. regionlara belə turist səfərləri davam edir. Bu ezamiyyələrə sərf edilən milyonlarla dollar vəsaitlə  təhsilimizin 1-2 real problemini burda, evin içində özümüz həll edə bilərdik, təbii ki, peşəkarları cəlb etməklə və pulları təyinatı üzrə xərcləməklə.

Forumda həmçinin  Qazaxstan elm və təhsil nazirliyi nümayəndə heyəti ilə görüş baş tutub, onları Bakıya dəvət ediliblər. Qeyd edək ki, Qazaxstanda təhsilin səviyyəsi bizim təhsilin səviyyəsindən çox yüksəkdir. Pandemiya dövründə 100 minlərlə imkansız məktəbliyə pulsuz planşetlər paylanmış, pulsuz İnternet imkanı yaradılmışdı. Qeyd edim ki, Qazaxstanda distant təhsil 2000-ci illərdən yaradılmışdır. Bir neçə universitetdə və müəllimlərin ixtisasartırma sistemində distant təhsilin geniş tətbiq təcrübəsi var, artıq 15-20 ildir. Onlarda tədqiqat universitetləri, innovativ universitetlər, beynəlxalq statuslu universitetlər fəaliyyət göstərir. Bir çox universitetlərdə texnoparklar mövcuddur, onlar real fəaliyyət göstərir, pul gətirirlər universitetin büdcəsinə. 

Mən 12 il əvvəl onların əyalət universiteti sayılan Pavlodar Dövlət Universitetində 1 həftə ərzində ezamiyyədə olmuşdum (təbii ki, bizim TN-nin hesabına yox, Təhsilin İnkişafı Beynəlxalq Fondu (Çexiya) hesabına). Tələbə və magistrlərə bir neçə mühazirə oxudum. Univeritetin işi ilə ətraflı tanış oldum. O universitetin 2011-ci ildəki səviyyəsinə 2023-cü ildə bizim universitetlərin 90% hələ də çatmayıb. Astana və Alma-atadakı universitetlər daha da yüksək səviyyədədirlər. Reytinqlərdə də onların universitetləri bizdən çox yüksəkdədir. PİSA qqiymətləndirilməsində də vəziyyətləri yaxşıdır. 

Onların naziri bura gəlsə və bizim təhsilin real vəziyyətini görsə (pokazuxa tədbirlərini yox, real mənzərəni), bir az ürəyi toxtaxlıq tapardı. Çünki, onların universitetlərinin səviyyəsi bizimkilərdən xeyli yüksəkdədir axi. Hər şey müqayisədə dərk edilir.



Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib