Xəbərlər / Ekspert
03 aprel 2023
5 823

"Hər şey bu dərslikləri kimlərin hazırlamasından və tədris etməsindən asılı olacaq"

Azərbaycanda ibtidai sinif şagirdləri üçün talış, saxur, xınalıq və haput dili dərslikləri çap olunacaq. Nazirlər Kabinetinin hesabatına görə, hazırda I-IV siniflər üçün “Talış dili”, “Saxur dili, “Xınalıq dili” və I sinif üçün “Haput dili” dərslik komplektlərinin çapı üzrə işlər aparılır.

Təhsil Məsələləri üzrə ekspert Nadir İsrafilov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər bir vətəndaşın "Ana dilindən istifadə hüququ" var. Onun sözlərinə görə, bu Avropa Şurasının qəbul etdiyi ”Regional dillərin və azsaylı xalqların dillərinin Avropa Xartiyasından” irəl gəlir. Azərbaycan da Avropa Şurasının tam hüquqlu üzvü olduğu üçün Azərbaycanda milli azlıqlar öz dillərində məktəblər açır, qəzet və digər metodiki vəsaitlər çap etdirə bilirlər.

Nadir İsrafilov qeyd edib ki, Azərbaycan Prezidentinin 1992-ci il 16 sentyabr tarixli “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" fərmanı da var.

“Respublikada gürcü dilində tədris aparan ümumtəhsil müəssisləri ilə yanaşı, ölkənin bir sıra bölgələrində ümumtəhsil məktəblərində ləzgi, talış, ivrit, avar, saxur, udin, kürd, xınalıq dilləri tədris olunur. Bildiyim qədər Respublika üzrə 300-dən artıq ümumtəhsil məktəbində milli azlıqlara mənsub 3000-dən artıq şagird öz ana dilini öyrənir. Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarında xeyli sayda şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarında xeyli şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Samux rayonlarında şagird isə avar, udin, tat, saxur, yəhudi, xınalıq, kürd dillərini, əsasən, ibtidai siniflərdə öyrənirlər.

Son rəsmi məlumatlarla kifayət qədər tanış olmasam da, 90-cı illərin sonları, 2000-ci illərin əvvələri üçün Azərbaycanda azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki məktəblərdə onların övladlarının öz dillərini öyrənmələri üçün kifayət qədər şərait yaradılmasının bilavasitə şahidi olmuşam. Nəzərə alsaq ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda hər kəsin təhsil dilini seçmək hüququ təsbit edilib, vicdan azadlığı və ana dilindən istifadə etmək hüququnun təminatı məsələsi Azərbaycan dövlətinin yeritdiyi siyasətin prioritet istiqamətlərindən biridir və onun daim təkmilləşməsi yönümündə mütəmadi olaraq yeni qanunvericilik aktları qəbul edilməkdə, yeni konsepsiyalar hazırlanmaqdadır, deməli bu baxımdan ibtidai siniflərdə "Azsaylı xalqların dili" fənninin tədris ediləcəyi ilə əlaqədar I-IV siniflər üçün "Talış dili", "Saxur dili", "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərsliklərin çapı üzrə işlərin aparılmasını bu istiqamətdə nəzərdə tutulan işlərin davamı kimi dəyərləndirmək olar”-deyə ekspert bildirib.

Ekspert əlavə edib ki, Azərbaycanda ruslar, almanlar, avarlar, saxurlar, yəhudilər, talışlar, kürdlər, tatlar, ləzgilər, rutullar, malakanlar, ingiloylar, qaraçılar, aşşurlar, udilər hələ bunlar bir yana, Şahdağ xalqları - buduqlular, ceklilər, əliklilər, qrızlılar, yergüclülər, xınalıqlılar da nəzərə alınarsa, əhalinin hardasa 8-9 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar təşkil edir.

Nadir İsrafiliovun fikrincə, onlar sayca az olsalar da, bu kəndlərin hərəsinin əhalisi də ayrı-ayrılıqda bir etnik qrupdur. Bu səbəbdən də, bu istiqamət görüləcək işlər də davamlı olmalıdır.

“Bununla belə bir çox azsaylı xalqların dilində olan vəsaitlərin artıq köhnəlməsi, bəzi regionlarda dərsliklərin çatışmaması, yeni dərsliklərin kimlər tərəfindən hazırlanması, bu fənlərin kimlər tərəfindən tədris olunacağı, bu sahədə kifayət qədər peşəkarların olub-olmaması, tədrisə cəlb olunacaq müəllimlərin seçim qaydası, şagirdlərin ümumi dərs yükünə təsiri, valideynin arzusu və istəyinin nəzərə alınıb-alınmaması, niyə cek və ya qrız dili deyil, haput dili... və s. gedişatda yarana biləcək bu kimi digər suallara yəqin ki, aydınlıq gətiriləcək”-deyə ekspert əlavə edib.

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar

Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Müəllimlərə müraciət və şad xəbər

Müəllimlərə müraciət və şad xəbər

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

V–IX siniflər üçün dərslik komplektlərinin təkmilləşdirilməsinə başlanılıb

V–IX siniflər üçün dərslik komplektlərinin təkmilləşdirilməsinə başlanılıb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil naziri azsaylı xalqların dilləri öyrədilən məktəblərlə bağlı əmr imzaladı

Təhsil naziri azsaylı xalqların dilləri öyrədilən məktəblərlə bağlı əmr imzaladı