Xəbərlər / Ekspert
04 mart 2023
567


Nadir Israfilov-“Nüfuz sahibi olmaq üçün universitet və ya kollec bitirmək şərt deyil.”


Məlum olduğu kimi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müхtəlif iхtisaslar üzrə оrta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr iхtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi оrta təhsil bazasında оrta iхtisas təhsili müəssisələrinə daхil оlanlar həm də tam оrta təhsil alırlar. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin оlunması üçün kollec təhsili zəruridir.


Təhsil qanunvericiliyinə əsasən, kollec orta ixtisas təhsili müəssisələrinin bir növü olub, orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Orta ixtisas təhsili müəssisələrinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir. Kolleclərə qəbul həm 9-cu, həm də 11-ci sinif bazasından həyata keçirilir. Orta ixtisas təhsili proqramlarının müvafiq iхtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların – subbakalavrların tоpladıqları kreditlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada uyğun iхtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır.


Bir sıra kolleclərin universitetlərin nəzdində fəaliyyət göstərməsi, habelə ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququnun verilməsi, heç də kolleclərin ləğvi anlamına gəlmir. Sadəcə, təhsil müəssisəsi ali təhsil və əlavə təhsil proqramlarını həyata keçirən hüquqi şəxs statusuna malik olmaqla yanaşı, həm də orta ixtisas təhsili verən ali təhsil müəssisəsi statusu alır. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil оlunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplоm verilir. Orta ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daхil оlmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.


Təhsilini kollecdə davam etdirənlərin təxminən 80 faizi 9-cu sinif bazasından gələnlərdir. Qalan 10-15 faiz kontingent isə 11-ci sinif bazasından üz tutanlardır. Kollecə müraciət edən tələbələrin akademik səviyyələri barədə müxtəlif fikirlər səsləndilrilir. Guya, kolleci seçənlərin potensialları kifayət qədər olmadığından onlar ali məktəblərə deyi, kolleclərə üz tuturlar, baxmayaraq kollec təhsili alan gənclər artıq gələcəkləri barədə daha tez qərar vermiş olurlar. Hətta bir ara kolleclərin bağlanması ilə əlaqədar, fikir söyləyənlər, müzakirə açmağa təşəbbüs göstərənlər də oldu.


Hansısa kollecdə təhsilin keyfiyyətinin aşağı olması, bununla əlaqədar müəyyən şikayət və narazılıqların yaranması, ümumilikdə kolleclərə ehtiyac olub-olmaması barədə sualların ortalığa atılması üçün yetərli əsas ola bilməz. Bununla belə, bu təbiidir, çünki hər kəsin öz düşüncə tərzi olduğu kimi, məsələnin mahiyyətinə yanaşması da fərqlidir. Məsələn, necə ki, bəzi dövlət təhsil müəssisələrinə standartlardan əlavə tədris edilən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququnun verilməsi, bir çoxları tərəfindən dövlət təhsil müəssisələrinin pullu olması barədə fikir yaratmışdı. Halbuki, hüququn verilməsi heç də dövlət təhsil müəssisələrinin pullu olması demək deyil.


Düzdür, müstəqilliyimizin ilk illərində ölkəmizin sosial-iqtisadi və digər sahələrində olduğu kimi, təhsil sferasında da yaranan boşluqlardan istifadə edilərək, peşəkar kadr patensialına, heç bir maddi-texniki bazaya, lazımi infrastruktura malik olmayan bir-birini təkrarlayan kolleclərin yaradılmasına müəyyən dərəcədə göz yumuldu. Vəziyyət o yerə çatdı ki, 90-cı illərin sonunda kolleclərin sayı ali məktəblərin sayını üstələyərək 60-ı ötmüşdü. Bu isə sosial mediada “Kolleclər Sovetdən qalma texnikumların varisləridir”, “Paytaxt və regionlarda çox sayda universitetlər olduğu halda kolleclərin yaradılmasına nə ehtiyac var?”və s. kolleclərin bağlanmasına yönəlik çağırış xarakterli fikirlər səsləndirilməyə əsas vermişdi.


Əlbəttə bu qəbildən olan bir-birini təkrarlayan çoxprofilli universitetlərdə də ixtisasların sayı məhdudlaşdırmalı, məqsəd və vəzifələri konkretləşdirilməlidir. Bu, onların nüfuzuna və daha konkret sahə üzrə profilləşib, tanınmasına da öz müsbət təsirini göstərə bilər. Eyni profilli universitetlərin birləşdirilməsi, kolleclərin isə müvafiq universitetlərin tərkibinə verilməsi istiqamətində rasionallaşdırma və optimallaşdırma prosesi davam etdirilməlidir. Bu, həm də vahid mərkəzdən idarə etmə və nəzarət mexanizminin daha səmərəli, işlək vəziyyətə gətirilməsinə zəmin yaradar. Son illərdə bu istiqamətdə xeyli işlər görülsə də, paralellik baxımından paytaxtda və bölgələrdə səmərəsiz təkrarçılıq halları istisna deyil.


2016-cı ilin fevralında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı olaraq keçmiş Sənaye Pedaqoji Kolleci və Azərbaycan Dövlət Pedaqoji kolleci birləşdirilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Respublikada ən böyük orta ixtisas təhsili müəssisəsi - Azərbaycan Dövlət Pedaqoji Kolleci yaradılıb. Kollecin hazırladığı pedaqoji kadrla ölkəmizin müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Unutmayaq ki, bu kollecin sələfi olan 1919-cu ildə yaradılmış M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun və yetirmələrinin nüfuzu, heç də indiki bir çox universitetlərin və onların yetirmələrinin nüfuzundan aşağı olmayıb.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Maddə 1. Əsas anlayışlar    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əsas anlayışlar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?