AzTehsil.com


Xəbərlər / Ekspert
23 noyabr 2022
736


Nadir İsrafilov: Bu , işğaldan azad edilmiş ərazilərdə təhsil mühitinin dirçəldilməsi deməkdir.




“Azad edilmiş ərazilərdə ümumilikdə 200-dək müasir məktəbin tikilməsi planlaşdırılıb.”


“Çalışaq, imkan daxilində xoş və ümidverici xəbərlərdən danışaq, nəinki, filan müəllimin savadı elədir, filan məktəbdə vəziyyət belədir və s. bu kimi uzun illərdən bəri formalaşmış məişət xarakterli yanaşmaları dartışmaqla əsas və təxirəsalınmaz vəzifələrdən yayınmağa yönəlik dartışmalardan. Bu gün ən vacib və həllini gözləyən vəzifələrdən biri, ön cəbhədə əldə etdiyimiz tarixi zəfəri, arxa çəbhədə də zəfər tariximizə yazdırmaqdır.”  


Bu sözləri, Nazir işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirildiyi və müasir standartlara uyğun məktəblərin tikildiyi barədə fikirlərinə münasibət bildirərkən tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib. Şuşa, Laçın, Füzuli, Suqovuşan qəsəbəsi, Cəbrayıl, Zəngilan və Kəlbəcərdə məktəblərin tikilməsi bilirsiz nə deməkdir? Bu, işğaldan azad edilmiş ərazilərdə təhsil mühitinin dirçəldilməsi deməkdir. Bu, 30 illik bir həsrətdən sonra, öz döğma oçağında təhsil almaq arzusuna qovuşmaq deməkdir. Bu, dövlətin təhsil, mədəniyyət və iqtisadiyyatını yenidən canlandırmaq və bərpa etmək üçün müəyyən etdiyi strategiyaya müvafiq olaraq bu ərazilərə köçürülmə prosesini mərhələ-mərhələ, həyata keçirməsinin reallaşmaq planının yeni mərhələyə qədəm qoyması deməkdir.


İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin tikilməsi, məktəb şəbəkəsinin proporsionallığının təmin olunmasına, Bakıda və digər regionlarda şagird sıxlığının aradan qaldırılmasına da heç də təsirsiz ötüşməyəcək. Bu da, öz növbəsində müəlllim-şagird nisbətinin tənzimləməsinə, təhsilin keyfiyyətinə, pedaqoji kadrlarla bağlı problemlərin aradan qaldırılmasına öz lazımı təsirini göstərəcək.


Bunun üçün isə ilk növbədə ucqar ərazilərdə fəaliyyət göstərəcək ibtidai və ümumi orta məktəblərin tam orta məktəblərə daşınması üçün nəqliyyat vasitələrinin ayrılması, pedaqoji kadrlarla bağlı yarana biləcək çətinlikləri nəzərə alınaraq, müvafiq təhsilli yerli sakinlərə işə qəbulla bağlı güzəştlərin tətbiq olunması, işğaldan azad olunan ərazilərə gənc müəllimləri cəlb etmək üçün əlavə stimullaşdırıcı tədbirlərinin nəzərdə tutulması, digər rayonlardan olan müəllimlərin əmək haqqına əlavə, kommunal ödənişlərdən azad edilmə, 5 il işlədikdən sonra torpaq sahəsinin verilməsi kimi xüsusi güzəştlərin edilməsi zərurəti yaranacaq.


Həmçinin işğaldan azad olunan ərazilərdə əvvəlki internat tipli məktəblərin, liseylərin, gimnaziyaların, orta ixtisas, ali təhsil müəssisələrinin, peşə məktəblərinin bərpası və yenilərinin tikilməsi, ümumi orta təhsil və tam orta təhsil bazasında regiona uyğun müxtəlif sənətlər, kütləvi peşələr və ixtisaslar üzrə ilk peşə və orta ixtisas təhsili verən təhsil müəssisələrinin açılması müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması, Şuşada “Qarabağ Universiteti”nin və bir sıra müvafiq universitetlərin filiallarının açılması kimi təkliflərə də lazımı önəm verilməsi lazım gələcək..


Artıq, Azərbaycan və Türkiyə Prezidentlərinin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihənin təsdiq olunması, Ağdamda məktəb və digər təhsil müəssisələrinin təmir və tikintisinin yüksək templə davam etdirilməsi və bir çox digər əməli işlər dövlətimizin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Bu gün qarşıda duran əsas məqsəd doğma Qarabağda aktiv həyatı yenidən bərpa etmək, bir çox sahələrdə quruculuq işlərini həyata keçirməkdir. Azad olunan torpaqlarımızda ilkin olaraq həyata keçiriləcək işlərdən biri də təhsilyönümlü layihələrdir  ki, bununla bağlı da müvafiq fəaliyyət planı hazırlanıb və işlər davam etdirilir.


Deməyim odur ki, gəlin bütövlüyümüzü təmin edəcək belə  qürurverici işlərdən danışaq, ümumi işimizin xeyrinə fikirlər bildirək, təkliflər irəli sürək, yoxsa ki illərlə təkrarlanan, hamıya məlum olan  filan şey belə oldu, feşman şey belə getdi...




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Laçınsız 27 il

Laçınsız 27 il

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

“Şuşa dərsi” keçirilib

“Şuşa dərsi” keçirilib

MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

Emin Əmrullayev: “Məktəbin Zəfərə gedən yolda rolu nədən ibarət olub: şagird və tələbələrimizə bunu çatdıracağıq”

Emin Əmrullayev: “Məktəbin Zəfərə gedən yolda rolu nədən ibarət olub: şagird və tələbələrimizə bunu çatdıracağıq”

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əliyevin Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqı müjdələməsindən bir il ötdü

İlham Əliyevin Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqı müjdələməsindən bir il ötdü

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Nadir İsrafilov: "İlk növbədə işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməlidir"

Nadir İsrafilov: "İlk növbədə işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməlidir"

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi