Gənc jurnalistlər Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar
Gənc jurnalistlər Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar.
AzTehsil.com xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinə info-tur təşkil olunub.
Səfərin məqsədi gənc jurnalistlərin uşaq və ailələrə sosial dəstək sahəsində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olması, bu istiqamətdə maariflənmələrinin təmin edilməsi olub.
Info-tur zamanı tələbələr Mərkəzdə göstərilən xidmətlərlə tanış olublar, icmadaxili fəaliyyət, əhali ilə aparılan işlər, həmçinin sosial dəstək mexanizmləri barədə ətraflı məlumat əldə ediblər.
Gənc jurnalistlər Mərkəzin təlim və aktiv terapiya otaqları, asudə vaxtın səmərəli təşkili üçün yaradılmış ailə klubu və digər texniki otaqlarda görülən işlərlə tanış olublar.
Tədbir zamanı Mərkəzin fəaliyyət istiqamətləri — psixoloji və pedaqoji dəstək, fərdi məşğələlər, sosial iş, təlim və seminarların təşkili barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.![]()












