Xəbərlər / Psixoloq
03 iyul 2022
928


Eşq İNTİHARLARI: Yeniyetmələrin psixoloji problemləri ailədən gəlir - PSİXOLOQ RƏYİ


"Bugünkü vəziyyətdə bütün yeniyetmələrin psixoloji problemi ailədən gəlir. Ailə təməldir.


Bu gün 17 yaşlı yeniyetmə məqsədli olaraqsevdiyi qıza boynunda ip keçirmiş vəziyyətdə fotosunu göndərirsə, deməli onun psixoloji durumunda mütləq şəkildə problem var".


Bu fikirləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnarə Abuzərova bildirib.


Belə ki, dünən Bakının Sabunçu rayonunda baş verən 17 yaşlı yeniyetmənin intiharının psixoloji aspektdən şərh edən Gülnarə Abuzərova bu cür addım atan şəxslərin əsas problemlərinin nədən ibarət olduğunu da qeyd edib:


"Problem ondan ibarətdir ki, o artıq özünü lazımsız və yararsız bilir. Bilirik ki, ilk sevgi yeniyetmələr üçün həyat deməkdir və onlar həyatın mənasını məhz bunda görürlər. Aralarında nə baş verdiyini bilməsək də, fotonu sevdiyi qıza göndəribsə, deməli ya ona sevgisini göstərmək üçün, ya da qarşısındakının onda yaratdığı halı ona çatdırmaq üçün (yəni mən sənsiz ölümə gedirəm) bunu edib. İndiki dönəmdə yeniyetmələrin ən zəif tərəfi güvənsizlikdir".


Psixoloqun sözlərinə görə, ailə mühiti, onların böyümə şəraiti, bu cür addımlara birbaşa təsir göstərir:


"Yeniyetmələr bu gün daha sərbəst yaşamağı, təhsildən uzaqlaşmağı düşünürlər. İnsan beyniylə böyüyür. Təhsildən uzaq olmağı, sosial həyatdakı sərbəstlik, sosial şəbəkələrin yeniyetmələr üzərində mənfi təsirləri olur. Ailə ilə bağlı əsas problemlər isə valideynlərin onları anlamaması, qayğısızlıq və diqqətsiziliyi onlarda güvənsizlik yaradır. Nəticədə yeniyetmələr özlərini yalnız hiss edir, həyatlarının balansını itirirlər. İlk sevgi, ilk xəyanət kimi hallar isə yeniyetmələrə ciddi təsir göstərib, onları çarəsiz duruma sala bilir. Belə olan halda onlar intihar yolunu seçirlər".  


Psixoloq yeniyetmələri intihardan qorumaq üçün hansı addımların atılmalı olduğunu da açıqlayıb:


"Valideynlər övladlarına mütləq diqqət yetirməli, onları tanımalı, qorxutmamaq şərtilə ona güvən verməlidirlər. Bir çox valideynlər övladlarını anlamır, özləri ilə müqayisə edir, hədə-qorxu gəlir. Yeniyetmələrsə öz hallarını gizlədir, qorxu və anlaşmazlıq yaşayırlar. Hər zaman bildirirəm ki, valideyn qədər uşağa yaxın olan kimsə yoxdur.


Valideyn övladının psixoloji durumunu, həyat tərzini anlayaraq hiss etməlidir, qorxudaraq deyil. Əgər o, övladlarının hər halını anlasa, problem aradan qalxar.


Bu gün də ən böyük problemlərdən biri yeniyetmələrin problemlərini vaxtında görüb, psixoloqa müraciət etməmələridir. Yeniyetməlik hormonal dəyişikliklər dövrüdür və bu, psixikaya hər cür təsir edə bilər. Bu gün hər birimiz yeniyetmələrə qarşı diqqətli olub, həssas yanaşmalı, dəstək olmağı bacarmalıyıq".







Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Həkim olmaq istəyirdi, özünü öldürdü - Abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARI - FOTOLAR

Həkim olmaq istəyirdi, özünü öldürdü - Abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARI - FOTOLAR

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ağcabədidə məktəblinin intiharının səbəbi bəlli olub

Ağcabədidə məktəblinin intiharının səbəbi bəlli olub

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Yeniyetmələrin əsas psixoloji problemləri

Yeniyetmələrin əsas psixoloji problemləri

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Metodbirləşmələr

Metodbirləşmələr

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?