AzTehsil.com


Xəbərlər / Ekspert
21 aprel 2022
1 237


Nadir İsrafilov: “Bir də dünyaya gəlsəydim yenidən müəllimliyi seçərdim”




Nadir İsrafilov: “Bir də dünyaya gəlsəydim yenidən müəllimliyi  seçərdim”

 

Tanınmış təhsil eksperti, bu gün 70 yaşı tamam olan Nadir İsrafilovun  müsahibəsinin  təqdim edirik:


- Nadir müəllim, bildiyimiz qədər indiki ADPU-nun tarix fakultəsini bitirmisiniz. Müəllim peşəsini seçməyiniz təsadüfdür yoxsa...?

 

- Bizim dövrdə təsadüfi seçim olmurdu, olsa belə bu müəyyən istisnalar ola bilərdi. Kim sənədini hara verirdisə, ora qəbul olmaq şansı da vardı. Uğur qazana bilməyənlər növbəti il şanslarını yoxlayırdılar. Hətta, 3 cəhddən sonra ilk cəhddə uğur qazana bilməyənlərin arzularına çatması halları da az deyildi. Bayaq, danışdıq ki, mənim ixtisas seçimimdə, bir şəxsiyyət kimi formalaşmağımda şəxsi nümunənin əvəzsiz rolu olub. Belə bir nümunə V sinifdən bizə tarix dərsi deyən bir müəllimimiz olub. O, “Qədim dünya tarixi” dərslərində hələ eramızdan əvvəl baş verən hadisələri elə danışırdı ki, sanki, özü o hadisələrin bilavasitə canlı şahidi olub. Onun mimika və jestlərindən təsirlənərək, biz də özümüzü o zaman baş verənlərin iştirakçısı kimi hiss edirdik. Bu günün özündə də o qənaətdəyəm ki, heç bir texniki vasitə, heç bir yüksək texnologiya müəllimin canlı sözünü əvəz edə bilməz. Həmin müəllimin şəxsi nümunəsi məni məhz tarix ixtisasına və müəllimlik peşəsinə yönəltmiş oldu.

 

- Bizim dövrdə təsadüfi seçim olmurdu dediniz. Nəyi nəzərdə tuturdunuz?

 

- Yəni, o vaxtlar ali məktəbə qəbul indiki kimi mərkəzləşdirilmiş qaydada keçirilmirdi və çoxpilləli ixtisas seçiminə də ehtiyac qalmırdı. Müəllim olmaq istəyənlər sənədlərini APİ adlanan pedaqoji instituta, mühəndis olmaq istəyənlər Politexnik adlanan texniki instituta, həkim olmaq istəyənlər də AMİ adlanan tibb institutuna verirdilər. “Bal” deyiən anlayış əvəzinə adətən “xal” sözü işlənilirdi. Əsasən 4 fəndən imtahan keçirilirdi. Bir fənn qeyri-profil hesab edilirdi və toplanan xallarda nəzərə aınmırdı. Deyək ki, mənim sənəd verdiyim ali məktəbdə ilk olaraq hər üç fəndən “5” alanlar, daha sonra iki “5” bir “4” alanlar, daha sonra, bir “5”, iki “4” alanlar, daha sonra üç fəndən də “4” alanlar  və bu qayda ilə qəbul limiti bitənə qədər toplum xallar hesablanırdı. Elə il ola bilirdi ki, iki “4”, bir “3” alan da qəbul olunsun. Elə il də ola bilərdi ki, üç “4” alan belə qəbuldan kənar qalirdı. O ki, qaldı mənə, iki fəndən (tarix və ədəbiyyat, şifahi) “5”, bir fəndən ( ədəbiyyat yazılı) “4” almışdım. Qiymətlər oxunduqdan sonra, elan etdilər ki, narazı olanlar apellyasiya verə bilərlər. Elə də etdim. Məlum oldu ki, 3 apostrof  və 2 vergül səhvim var imiş. Komissiya üzvlərindən biri yazı işini xeyli seyr edikdən sonra dedi ki, orfoqrafik səhvləri nəzərə alsaq belə, bu uşağın təkcə xəttinə belə əla qiymət düşür. Beləliklə, mən maksimum nəticə ilə ali məktəbə qəbul olunmuş hesab edildim.

 

- Ali məktəb həyatı ilə bağlı yadda qalan xatirələriniz yəqin ki, olmamış deyil?

 

- Fyodor Dostoyevskinin bir sözü var: “Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir” və “İstər şirin, istər ağrılı olsun, xatirə insana həmişə əzab verər.” Mənim istər acı olsun, istərsə də şirin – xatirələrim çoxdur. Bunlar zaman-zaman ayrı-ayrı mətbuat səhifələrində dərc olunub. Təkcə, xatirələrimlə bağlı “Bir müəllimin xatirələri”;“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”;”Elə xatirələr var ki, danışanda gözəlliyi gedər”; “Keçmiş indinin virtual məkanıdır”; “Keçmişi də gələcəyi də ancaq indinin işığında görmək olar” kimi ayrı-ayrı nəşriyyatlar tərəfindən 5 kitabım nəşr olunub. 

 

O ki, qaldı ali məktəb həyatı ilə bağlı xatirələrə birini deyim ki, sualınıza cavab olsun. Ali məktəbdə bir professor bizə mühazirə oxuyurdu. Seminarların birində məndən soruşdu ki, mən ki mühazirəmdə bunları sizə deməmişəm, sən hardan bilirsən. Dedim ki, rus dilində filankəsin filan kitabından oxumuşam. Səhərisi gün rus dilində qalın bir kitab gətirib, bunu tərcümə etməyi mənə tapşırdı. Gecəni gündüzə qatıb həmin kitabı tərcümə etdim. Rus dilini səlis bilməyimdən digər müəllimlər də xəbər tutdu. İşim yalnız ayrı-ayrı rus tarixçilərinin, pedaqoq və metodistlərinin kitablarını tərcümə etməkdən ibarət idi. Ağır zəhmət hesabına başa gəlsə də arrtıq, məndən dərs soruşmurdular, zaçot və qiymətlərimi gözüyumulu yazırdılar. İndi də özüm üçün müəyyənləşdirməmişəm ki, bu acı xatirədir yoxsa ki şirin...

 

- Sosial şəbəkələrdə tez-tez Dostoyevskiyə istinad edirsiz. Kitablarınızın birində də “Həyata yenidən başlasaydım saniyələrin nəbzini tutardım” kimi epiqraf seçmisiniz. Sanki, nəyə görəsə təəssüf hissi keçirirsiniz.

 

- Belə bir deyim var: “Getmə zamanı gəlmişsə "dayan" demənin, vaxt keçmişsə "dön" demənin heç bir mənası yoxdur. Təəssüf hiss keçirmək nə deməkdir? Ən primitiv şəkildə desək, olmalıydı-olmadı. Mən müəllimliyi seçmişdim, ancaq cəmi 5 il müəllim işləmək mənə nəsib oldu. Başqa sözlə desək, o dövrün tələblərinə və məndən asılı olmayan səbəblərə görə  peşəyönümümü dəfələrlə dəyişməli oldum – Raykom, komsomol mühiti karyerama təsirsiz ötüşmədi. Müəllimlikdən tədqiqatçılığa, tədqiqatçılıqdan məmurluğa keçməli oldum. Gənc yaşlarımda Bakının mərkəzi rayonlarının birinə Təhsil şöbəsinə müdir təyin olunarkən, nümunəvi bir təhsil mühiti yaratmaq arzularım da puç oldu – Qarabağ hadisələri, 20 yanvar faciəsi, komendant saaatı və s. Necə deyərlər, yaddaşımız puç olmuş arzularımızı bizə xatırlatsa da, hər şey itirildikdən sonra da hələ bir şey – gələcək qalır...  moderator.az 




Загрузка...
Həmçinin oxuyun:
Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Nadir İsrafilov: “Ölkədəki vəziyyət yenidən qiymətləndirilə bilər…”

Nadir İsrafilov: “Ölkədəki vəziyyət yenidən qiymətləndirilə bilər…”

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov

Nadir İsrafilov : “Tarixi həqiqətlərin yeniyetmə və gənclərimizə çatdırılması bu gün xüsusi əhəmiyyət kəsb edir "

Nadir İsrafilov : “Tarixi həqiqətlərin yeniyetmə və gənclərimizə çatdırılması bu gün xüsusi əhəmiyyət kəsb edir "

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

Nadir İsrafilov: Bu qədər sözün qabağında mən də bir söz deməsəm ədalətsizlik olar.

Nadir İsrafilov: Bu qədər sözün qabağında mən də bir söz deməsəm ədalətsizlik olar.

Nadir İsrafilov: "İllər keçsə də heç yadımdan çıxmır"

Nadir İsrafilov: "İllər keçsə də heç yadımdan çıxmır"

Nadir İsrafilov: Mən bu  barədə nə danışmaq istəyirəm nə də eşitmək.

Nadir İsrafilov: Mən bu barədə nə danışmaq istəyirəm nə də eşitmək.

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Ekspert Nadir İsrafilov "Yoxlama"ya etiraz edib

Ekspert Nadir İsrafilov "Yoxlama"ya etiraz edib

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Təhsil eksperti Misir Mərdanovun dövründən danışdı - "Ardı var"

Təhsil eksperti Misir Mərdanovun dövründən danışdı - "Ardı var"

Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov