Təhsil eksperti Misir Mərdanovun dövründən danışdı - "Ardı var"
Azərbaycanın təcrübəli təhsil ekspertlərindən olan Nadir İsrafilov Azərbaycan təhsil sistemində baş verən proseslərdən yazıb.Təhsil eksperti Azərbaycan müstəqillik qazanandan sonra təhsil sahəsində sabiq nazir Misir Mərdanovun keçirdiyi islahatlara münasibət bildirib.
"Müstəqilliyimizin ilk nazirlərindən olan Misir Mərdanovun "qızıl əsr” adlandırılan "erasında” təhsilimizə "yeni nəfəs” gətirildi. Uzaq Yaponiyadan tutmuş Braziliyaya qədər möhtəşəm səfərlər, "turlar”, "turniketlər” təşkil olundu. İslahatçılıq devizi altında "Qaydalar” və "Təlimatlar” bir-birini əvəz etməyə başladı. Bir sərəncamın "40-ı” çıxmamış digər anoloji sərəncam verildi. "İslahatların” miqyasına görə hətta sabiq nazirimizi I Pyotrla müqayisə edənlər də oldu. "Yeniliklər” müəllimlərin dərs yükünün formalaşdırılmasına da təsirsiz ötüşmədi. Nazir olduğu 15 ildə təkcə müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi ilə əlaqədar 15-dən artıq qərar qəbul olundu. Dərs yükü 12-yə endirilib, 40-a qaldırıldı. Hətta bir müddət müəllimlərin dərs yükünə məhdudiyyət belə qoyulmadı. Cədvələ sıxışa biləcək həftəlik 72 saat miqdarında dərs deyən müəllimlər də oldu. Əmək haqqlarının hesablanmasında problemlər yarandı, mühasibatlıq çaşbaş qaldı, bəzi bölgələrdə narazılıq və etirazlar baş qaldırdı. Ardı var…”
Qeyd edək ki, Nadir İsrafilov "Mehdizadə və Mərdanov” adlı kitabın müəllifidir.