Nadir İsrafilov: Mən bu barədə nə danışmaq istəyirəm nə də eşitmək.
Mən Şura haqqında nə danışmaq istəyirəm nə də eşitmək.
Bu fikri Təhsil nazirliyi yanında İçtimai Şuranın sabiq sədr müavini, təhsil üzrə ekspert Nadir İsrafilov Mektebgushesi.az -ın yeni seçilmiş tərkiblə bağlı suallarını cavablandırarkən deyib.
Son iki ayda Şuranın ictimai mahiyyətini dəyişib, onu siyasi oyunbazlığa çevirdilər. Bu proses bu günün özündə də kəskinləşməkdə davam edir. Bununla belə həmişə olduğu kimi yenə də təhsilimizin müdafiəsindəyəm, təhsil təəssübkeşlərinin yanındayam. Təhsilimizin uğuru mənim sevincim, uğursuzluğu kədərimdir…