AzTehsil.com


Xəbərlər / Ekspert
13 may 2020
1 373


Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”



 

İctimia Şura olaraq dəfələrlə Təhsil  naziri Ceyhun Bayramovla, müavinlər və şöbə müdirləri ilə görüşüb müxtəlif mövzularda müzakirələr aparmışıq. Bu dəfəki videokonfrans təbii ki, pandemiyanın yaratdığı müvəqqəti təsirlərin aradan qaldırılmasının daha optimal yollarının düşünülüb, razılaşdırılması və ümumi rəyə gəlinməsi ilə bağlı idi”.

Bunu Mektebgushesi.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O, Şuranın Təhsil naziri ilə birgə baş tutan videokonfransında müzakirə olunan məsələlərdən danışıb.

"Məlum olduğu kimi ictimai iştirakçılığın məqsədlərindən biri də qərarların qəbulu zamanı ictimai rəyin öyrənilməsi, vətəndaşların qanuni maraqlarının nəzərə alınması və hüquqlarının müdafiəsidir. Təhsil Nazirliyi yanında İctimai Şura sosial təcrid şəraitində belə bu istiqamətdə fəaliyyətini dayandırmayıb, maraqlı tərəflərin rəy və təkliflərinin öyrənilməsi və ümumiləşdirilməsi istiqamətində onlayn görüşləri vasitəsilə müzakirələr aparıb.

Nazirlə İctimai Şura üzvləri arasında videokonfrans bizimlə ilk formatda olsa da ilk görüşümüz deyil. Dəfələrlə Nazirlə, müavinlər və şöbə müdirləri ilə görüşüb müxtəlif mövzularda müzakirələr aparmışıq.

Bu dəfəki videokonfrans təbii ki, pandemiyanın yaratdığı müvəqqəti təsirlərin aradan qaldırılmasının daha optimal yollarının düşünülüb, razılaşdırılması və ümumi rəyə gəlinməsi ilə bağlı idi.

Əlbəttə, burada hər hansı bir konkret qərar qəbul edilməsindən söhbət gedə bilməzdi və proseslərin sonrakı gedişi ilə bağlı, vəziyyətə müvafiq olaraq hansı addımların atılması əsas müzakirə predmeti idi. Müzakirələr zamanı əsasən tədrisin məsafədən təşkili, təhsilə əlçatanlığın təmin olunmasının daha səmərəli üsul və formaları, təhsilalanların qiymətləndirilməsi, imtahanların keçirilməsi, yay tətilinin təşkili, əlavə dəstəkləyici vasitələrdən və çevik modellərdən istifadə olunması imkanları və təhsil ictimaiyyətini, bütövlükdə cəmiyyəti maraqlandıran bir çox digər məsələlərlə bağlı Şura üzvlərinin, rəy və təklifləri dinlənildi, Nazir yekun sözündə hər bir təkliflə bağlı mülahizələrini bildirdi.

Hesab edirəm ki, işgüzar şəraitdə keçən görüşdə səsləndirilən təkliflər növbəti vəzifələrin həyat keçirilməsində müəyyən əhəmiyyət kəsb edə bilər”.

Şura üzvü təhsillə bağlı verilən qərarların daha çox zamanla bağlı məsələlər olduğunu qeyd edərək  təhsilin dövlətinin prioritet istiqaməti olduğunu da vurğualyıb.

"Düzdür, sonradan videokonfransda müzakirə olunan çoxsaylı məsələlərdən bir qisminə, o cümlədən məktəbdaxili qiymətləndirmə, imtahanların müddəti və keçirilməsi, imtahana salınan suallar, tədris ilinin uzadılıb, uzadılmaması və bu kimi digər məsələlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirilən növbəti brifinqində Nazir və DİM Direktorlar Şurasının sədri tərəfindən müəyyən aydınlıq gətirildi, bununla belə bəzi məsələlər barədə dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamana bağlı olan məsələdir. Təkcə onu deyə bilərəm ki, hadisələrin sonraki gedişatından asılı olmayaraq təhsil dövlətin prioritet sahəsi olub və olaraq qalmaqdadır.

Ciddi sarsıntılar yaratmış qlobal pandemiya şəraitində Ölkə başçısının Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 20,0 (iyirmi) milyon, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması üçün 10,0 (on) milyon manat ayrılması bunun bariz nümunəsidir”.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Ümummilli liderin təhsil sevgisi – Nadir Israfilov

Ümummilli liderin təhsil sevgisi – Nadir Israfilov

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

Cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc müəllimə kömək etməlidir

Cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc müəllimə kömək etməlidir

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Təklifə Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən də münasibət bildiriləcək və dəstək veriləcək

Təklifə Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən də münasibət bildiriləcək və dəstək veriləcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”