“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov
Testlə yanaşı yeri gəldikcə, digər metod və texnologiyaların tətbiqinə də yer ayırmaq, canlı ünsiyyətə önəm verməklə inam və güvən meyllərini formalaşdırmaq, qarşılıqlı anlaşma streotiplərini inkişaf etdirmək baxımından faydalı ola bilər. Deyək ki, riyaziyyat fənnindən imtahanlar üçün test məqbul sayılsa belə, konkret ixtisaslar var ki, onlar yazı qabiliyyəti və nitq mədəniyyətinin üzə çıxarılmasını tələb edir. Digər tərəfdən biz biliklərə qiymət verərkən heç şübhəsiz ki, ədalət, həqiqət, mərhəmət, xeyirxahlıq, azadlıq, bərabərlik, düzlük, doğruçuluq kimi prinsiplərı, vətənə sevgi, yaşadığın torpağa bağlılıq kimi dəyərləri də üzə çıxarmalıyıq. Bütün bu kimi keyfiyyətləri üzə çıxarmaq və qiymətləndirmək isə razılaşaq ki, testin imkanları daxilində deyil. Bunun üçün danışıq, izah, münasibət bildirmək, mövqe sərgiləmək kimi keyfiyyətlərin biruzə verilməsi tələb edilir. "Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam.
aztehsil.com