AzTehsil.com


Xəbərlər
18 may 2020
1 278


Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası



Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib.

Şuranın məsul katibi İlqar Orucov iclasın hazırda məzmun ekspertiziyası ərəfəsində olan təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi mövzusunda təşkil edildiyini diqqətə çatdırıb.

İclasda Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov da iştirak edib. Bildirilib ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq keçirilir və müsabiqəyə dair əsas tələblər həmin qərarla müəyyən edilir. Müsabiqənin  keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında  sağlam rəqabət və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaq, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir.

Qeyd edilib ki, təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qəbulu artıq başa çatıb, müsabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu grants.edu.az portalı vasitəsilə elektron şəkildə aparılıb. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə ümumilikdə 852 (ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriyalar üzrə isə 648) layihə təqdim edilib.

Mövzu ilə bağlı İctimai Şuranın sədri Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Etibar Əliyev, Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə rəy və təkliflərini bildiriblər. Müsabiqənin prioritet istiqamətlərini formalaşdırılan ümumi təhsilin hər səviyyəsi üzrə mövzuların nəzərdə tutulması, innovativ istiqamətlərə daha çox yer ayrılması, müsabiqə qalibləri və onların layihələrinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, qazanılmış müsbət təcrübələrin digər ümumi təhsil müəssisələrində tətbiqi və digər tövsiyələr verilib. Eyni zamanda növbəti qrant müsabiqəsinin prioritet istiqamətlərinin müzakirəsinə Şura üzvlərinin də cəlb edilməsi təklif edilib.

 



Загрузка...
Həmçinin oxuyun:
Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

Bakının 15 məktəbinə qrant verilib

Bakının 15 məktəbinə qrant verilib

IV qrant müsabiqəsinə 852 layihə qəbul edilib

IV qrant müsabiqəsinə 852 layihə qəbul edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsi üzrə qalib layihələr

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Hər məktəb üçün 100 000 manatlıq qrant imkanı

Hər məktəb üçün 100 000 manatlıq qrant imkanı

Təhsil Nazirliyi müsabiqə nəticələrini nə zaman açıqlayacaq? - DƏQİQ TARİX

Təhsil Nazirliyi müsabiqə nəticələrini nə zaman açıqlayacaq? - DƏQİQ TARİX

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Qrant müsabiqəsi - sağlam rəqabət və innovativ fəaliyyət

Qrant müsabiqəsi - sağlam rəqabət və innovativ fəaliyyət

IV qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir

IV qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Qrant müsabiqəsinin vaxtı uzadıldı – Təhsil Nazirliyindən AÇIQLAMA

Qrant müsabiqəsinin vaxtı uzadıldı – Təhsil Nazirliyindən AÇIQLAMA

Müsabiqə elan edildi

Müsabiqə elan edildi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Müsabiqənin vaxtı uzadıldı

Müsabiqənin vaxtı uzadıldı

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir