AzTehsil.com


Xəbərlər / Ekspert
17 iyul 2020
1 502


Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.



Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri vəzifəsindən azad edilib. Bir digər sərəncamla o, Xarici işlər naziri təyin edilib. 

Məsələ ilə bağlı  açıqlama verən təhsil eksperti Nadir İsrafilov Ceyhun Bayramovun təhsil naziri kimi fəaliyyətini yüksək qiymətləndirib. Onun təhsilin inkişafında mühim rol oynadığını vurğulayıb:

"Ceyhun müəllimi ilk nazir təyin olunan vaxt mən öz fikirlərimi bildirmişdim və onu müsbət qarşılamışdım. O, Təhsil naziri təyin olunmamışdan qabaq nazir müavini kimi fəaliyyət göstərib. Nazir kimi fəaliyyətə başladıqdan sonra isə bir çox sahələrdə mühim addımlar atıb. Təhsilin demokratikləşməsi, humanistləşmə prosesinin həyata keçirilməsi onun səyləri ilə mümkün olub. O, hamı üçün əlçatan nazir idi. 2013-cü ilkə Prezidentin "İctimai iştirakçılıq haqqında” sərəncamı oldu, o sərəncama uyğun olaraq bir sıra universitetlərdə ictimai şuralar yarandı. Dəfələrlə biz müraciət etdik ki,Təhsil Nazirliyində də bu şura yaradılsın. Amma yalnız Ceyhun Bayramovun gəlişindən sonra proses həyata keçirildi və nəhayət, Təhsil Nazirliyinin yanında İctimai Şura yaradıldı. Keçən ilin sentyabr ayından gizli səsvermə yolu ilə 11 nəfər oraya üzv seçildi. İctimai Şuranın təkcə nazirlə iki dəfə onlayn müşavirəsi keçirilib. Dərsliklərin təkmilləşdirilməsi, məktəbli formaları ilə bağlı məsələlərin həll olunması və digər şeylər üçün həmişə kollektiv müşavirələr keçirilib. Çünki ictimai rəyi öyrənmək istəyiblər. İctimai Şuranın onlarla təklifi nəzərə alınıb. Bu baxımdan Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

Ceyhun Bayamovun xarici işlər naziri təyin olunmasına gəldikdə isə Nadir İsrafilov qeyd edib ki, bu, ölkə başçısının səlahiyyətində olan məsələdir. Burada Ceyhun Bayramovun ümumi təcrübəsi, nitqi nəzərə alınıb:

"Bir şeyi qeyd edim ki, xarici işlər nazirinin nitqi gözəl olmalıdır. Ceyhun Bayramovun təkcə nitq qabiliyyəti, peşəkar diksiyası onun xarici işlər naziri vəzifəsinə layiq olduğunu açıq şəkildə göstərir. Ona uğurlar arzulayıram. Ümid edirəm ki, təhsil sahəsində apardığı siyasət bizim diplomatiya sahəsində də özünü göstərəcək”.



Загрузка...
Həmçinin oxuyun:
İlham Əliyev yeni xarici işlər naziri təyin etdi

İlham Əliyev yeni xarici işlər naziri təyin etdi

Təhsil Naziri bu şəxs təyin edilə bilər

Təhsil Naziri bu şəxs təyin edilə bilər

Təhsil naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

Təhsil naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb

Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramovun  əmri

Təhsil naziri Ceyhun Bayramovun əmri

Təhsil naziri təyinatı niyə gecikir?

Təhsil naziri təyinatı niyə gecikir?

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Nazir sosial şəbəkədə hesab açdı - niyə Jeyhun? - FOTO

Nazir sosial şəbəkədə hesab açdı - niyə Jeyhun? - FOTO

Təhsil naziri Qənirə Paşayeva OLACAQ?

Təhsil naziri Qənirə Paşayeva OLACAQ?

Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasında səfərdədir

Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasında səfərdədir

Ceyhun Bayramov  yeni direktor təyin etdi - FOTO

Ceyhun Bayramov yeni direktor təyin etdi - FOTO

Təhsil naziri yeni əmr imzaladı

Təhsil naziri yeni əmr imzaladı

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Ceyhun Bayramov Təhsil Şöbəsinə yeni müdir təyin etdi

Ceyhun Bayramov Təhsil Şöbəsinə yeni müdir təyin etdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”