Xəbərlər / Psixoloq / Qəhramanlarımız
13 yanvar 2021
1 395


Ordudan tərxis edilən qazilərə psixoloq məsləhəti

 

  Müharibədən qayıdan qazilərlə, hətta heç bir fiziki problemi olmayan insanlarla söhbət edərkən ciddi şəkildə psixoloji travma aldıqlarını görürük.

 

Əksəriyyətində silahların səsinin qulağından getməməsi, yuxuda dəhşətli kabuslar görməsi, hadisələri xatırlamaqdan qorxması, xatırladıqda bədəndə simptomatik əlamətlərin yaranması halları müşahidə olunur. Bu hal posttravmatik stress pozuntusunun əlamətləridir.

 

PTSP simptomları hətta birbaşa müharibədə iştirak etməyən insanlarda da özünü göstərə bilər. Əlamətlər azalmırsa, bəzən hətta artırsa, mütləq psixoloji dəstək alınmalıdır. Əks halda insanlar intihara üz tuta bilər. 


PTSP stress pozuntusunun daha bir təhlükəli nəticəsi Panik atak pozuntusu ola bilər.  Onun ilkin əlamətləri və gedişatı haqqında aşağıda sizlərə ümumi qısa məlumat  veririk. 


PANİK ATAK (POZUNTU)

Ürəyiniz dəli kimi çırpınır, nəfəs ala bilmədiyinizi və hətta öləcəyinizi və ya dəli olacağınızı düşünürsünüzsə bu Panik Atak ola bilər.

Panik atak nədir ?


Panik atak bədəninizin təhlükələrə, stressə və ya həyacan normadan artıq reaksiyasıdır. Panik ataklar birdən-birə başlayar, 10 dəqiqə içində zirvəyə çatar və nadir hallarda bir saat davam edər. Panik ataklar hər yerdə və hər zaman ola bilər, Liftdə, metroda, maşın sürəndə və s.


Panik atakın əlamətləri bunlardır:

♦️Ölüm qorxusu

♦️Sinə ağrısı və ya sinədə sıxıntı hiss etmək

♦️Ürəyin və nəbzin sürətli vurması, elə təsəvvür yaranır ki, ürəyi yerindən qopacaq

♦️Tərləmə

♦️Nəfəsin daralması və ya boğulur kimi olma hissi

♦️Baş gicəllənməsi, sərsəmləmə, yıxılacaq və ya huşunu itirəcəkmiş kimi hiss etmə

♦️Üşümək, ürpənmə, əllərdə və ya ayaqlarda gizilti hiss etmək

♦️Titrəmə ya da sarsılmaq

♦️Qarın nahiyəsində ağrılar, ürək bulanması

♦️Nəzarətini itirəcəyindən və ya dəli olacağından qorxmaq


Tam panik atak adlanması üçün yuxarıdakılardan sizdə ən az dörd əlamətin olması lazımdır.


Dünyada demək olar ki, hər kəs həyatında ən az bir və ya iki dəfə panik atak keçirib, amma çox az insanda bu panik pozuntuya çevrilir.

Panik ataklar panik pozuntu arasında çox incə bir fərq var. Panik ataklar yuxarıda yazdıqlarınmızdırsa panik pozuntu zamanı isə şəxs yuxarıda yaşadığı atakları izləməyə, güdməyə başlayır və o atakların yenidən gələcəyinin qorxusunu yaşayır, onları gözləyir.


Belə ki, panik pozuntunun aşağıdakı əlamətləri var deyə bilərik.


♦️Gözlənilmədən və təkrarlanan panik ataklar olur.

♦️Baş verən panik ataklar arasında yenidən atakların gələcəyinin narahatlığını və qorxusunu yaşamaq.

♦️Panik ataklar olacaq deyə həyat şəraitini, davranışlarını dəyişdirmək. (Liftə, metroya tək minməmək, evdə tək qalmamaq, evdən çölə çıxmamaq və s)

♦️Tez-tez həkimlərə müraciət etmək, müayinələrdən keçmək və analiz vermək, analizdən bir şey çıxmadıqda həkimləri bir şey bilməməklə günahlandırıb həkimləri hətta klinikaları dəyişdirmək, qalaq-qalaq analiz cavabları yığmaq.


Panik pozuntunun niyə yaranması ilə bağlı iki elmi açıqlama var:


1. Panik pozuntunun beynimizdə neyron adı verilən hüceyrələrdən ifraz olunan və həyacan və emosional davranışlarımızı idarə edən hormanların düzgün işləməməsi

2. Panik pozuntu gündəlik həyatımızda qarşımıza çıxan və travmaya səbəb olan qorxuların və ya həyacanların yaşanması

Adətən ölkədəki hazırkı durum dövründə müraciyətlər ancaq ikinci problem yaşayanlar tərəfindən olur. Belə ki, müraciət edənlərin əksəriyyəti ya özü ya da ətrafında kimsə qəza yaşayıb, ölümdən dönüb, ya da ölüb. Patsientlər həmin an panik atak yaşamasa da, müəyyən vaxt keçdikdən sonra yaranmağa başlaya bilər.

Panik atak artıq panik pozuntuya çevrilibsə mütləq şəkildə psixoloqa müraciət olunmalıdır.

Psixoterapiya zamanı koqnitiv davranış terapiyasından (cognitive behavioral therapy) istifadə olunur.


Bu müalicə üsulunda iki məqsəd vardır:


1. Xəstənin əslində tamamən "zərərsiz” olan panik atak haqqındakı yanlış bilik və inanclarının düzəldilməsi və xəstənin bu əlamətlərlə qorxmadan mübarizə aparmasını öyrətmək


2. Patsientin özgüvənini bərpa edib, panik atakın gələcəyindən qorxduğu üçün etmədiyi şeyləri edib, panik atakın üstünə getməsini öyrətmək.

Mütəxəssislərə yəqin bəlli oldu ki, bu tipli patsientlərdə yanaşı olaraq, İpoxandriya, OKP və nevrozlar da müşahidə oluna bilər.


P. S. Əgər yuxarıda yazdıqlarımız əlamətlər sizdə varsa, ilkin yardım almaq üçün psixoloqa, ya sahə həkiminə müraciət edin.

                                                                                                                                                                  

♦️Əgər sizin həyatınızda çətin dövrdürsə

♦️ Anlaşılmazlıqlar və münaqişələr varsa

♦️Ağır itki, dərd, depressiv vəziyyət baş veribsə

♦️Tez-tez gərginlik və emosional problemlər yaranırsa

♦️ Nəyəsə qərar verməkdə çətinlik çəkirsinizsə

♦️ Özünüzə qarşı narazılıqlarınız varsa deməli, sizin peşəkar psixoloji yardıma ehtiyacınız var. 


Psixoloq sizin həyat çətinliklərinizin səbəblərini müəyyən etməyə, daxili imkanlarınızı və gücünüzü ortaya çıxarmağa, fobiyalardan can qurtarmağa yardımçınız olacaq.


FAMİL SƏFƏROV 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: