AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Müəllim / Abituriyent
27 noyabr 2017
3 226


İmtahan stressinin psixoloji xüsusiyyətləri



İmtahan yalnız qazanılmış biliklərin deyil, eyni zamanda insanın psixoloji davamlılığının sınaqdan keçirilməsidir. Psixoloji tədqiqatlar sübuta yetirir ki, imtahandan uğurla keçmək üçün, özünüqiymətləndirmənin səviyyəsini yüksəltmək, özgüvəni artırmaq vacibdir. 


İmtahan stressi necə meydana çıxır?

 

Stressi intensiv əqli fəaliyyət, eyni vəziyyətdə uzunmüddətli olmaqdan əzələ və orqanların yorulması prosesi, yuxu və istirahət rejiminin pozulması yaradır. Lakin imtahan stressini inkişafını sürətləndirən ən başlıca faktor-neqativ təəssüratlar və ya iztirablardır. 


Məzunların anketləşdirilməsi nəticələri göstərir ki, imtahan verən şəxslərdə çox hallarda baş ağrısı, ürəkbulanma və diareiya meydana çıxır, onlarda bir çox dəri xəstəlikləri müşahidə olunur, ümumi həyəcan, məyusluq, panika və qorxu hissləri təzahür edir. Bu zaman imtahan verən şəxslərdə ifrat dərəcədə özünütənqid vəziyyəti müşahidə olunur, onları vahimə dolu yuxular və özünün yaxud başqa birinin əvvəlki imtahanlarda yaşamış olduqları uğursuzluqlar barədə xoşagəlməyən xatirələr narahat edir. 


Stress insan psixikasına neqativ təsir göstərir. Bu, hafizənin pozulmasına, nitqin çətinliklə ifadə olunmasına, məşğələlərə qarşı yoğunluq və dözümsüzlük kimi təzahür edir. Stressin nəticəsi olaraq beyin yarımkürələrinin harmonik işi pozulur. 


Sakit, insan üçün narahatlıq daşımayan situasiyada beyin yarımküləri biri digəri ilə razılıq şəraitində işləyir. Sol yarımkürə məntiq və analizə cavabdehlik daşıyır, sağ yarımkurə isə emosiya və obrazlarla məşğul olur. Sağ yarımkürənin dominantlıq etdiyi şəxslərdə stress zamanı məntiq «itir», məsələləri həll etmək qabiliyyəti «dağılır». Sol yarımkürələrin dominantlıq etdiyi şəxslərdə isə obrazlar, məntiqli nitqlə bağlı hər şey "məhv olur”. Təsadüfi deyildir ki, uğursuz imtahan və ya uğursuz sınaqdan sonra imtahan verən şəxslərdən bu sözləri eşitmək olar: «elə bil yaddaşını pozulmuşdu» və ya «söz tapa bilmirdim». Bu sözlər beyində gedən prosesləri dəqiqliklə təsvir edir. 


İmtahan stressinin əlamətləri hansılardır? 


İmtahan bütün sinir-əsəb sistemi üçün ciddi sınaqdır. Stress zamanı bir qayda olaraq, aşağıdakı əlamətlər meydana çıxır: 

 

— güclü narahatlıq hiss olunur; 

— imtahan verən şəxs situasiyaya nəzarət edə bilmədiyini və problemlə bacarmadığını hiss edir. 


Stress vəziyyətinin daha dəqiq əlamətləri aşağıdakılardır: 

— güclü ürəkdöyünmə; 

— tərləmənin artması;

— qıcıqlanma; 

— güclü yorğunluq hissi; 

— iştahanın itirilməsi; 

— baş ağrıları. 


Eyni zamanda yuxusuzluq, miqren, həzm prosesinin pozulması, özünühissetmənin pisləşməsi və emosional boşalma, relaks qabiliyyətsizliyi meydana çıxa bilər. Stress eyni zamanda depressiya yarada bilər, bu zaman insanda əhval dəyişikliyi, iştahanın pisləşməsi, yuxunun pozulması, özünüqiymətləndirmənin aşağı enməsi müşahidə oluna bilər. 


Bir faktı da qeyd edək ki, imtahan önü stressin müsbət tərəfləri də var. Az dozada o vacib şərtdir, belə ki, təhlükəyə qarşı adekvat davranış yaradır, orqanizmə əlavə adrenalin verir, bizi lazımi formada saxlayır. 


İmtahanönü stress vəziyyəti ilə necə mübarizə aparmaq olar? 


İlk növbədə, stress vəziyyətinin fizioloji təzahürlərinə diqqət yetirilməlidir. Bir qayda olaraq, bu, tənəffüsün çətinləşməsi, yüngül titrəmə, bədənin ayrı-ayrı əzələlərində gərginlik (qarın, üz və s.) kimi meydana çıxır. Nəfəsalma ritmini normallaşdırmaq üçün sadə tapşırıqlar kifayətdir: bir neçə dəqiqə ərzində asta və dərindən nəfəs almaq vacibdir. Ən isti havada belə bəzən titrəməni aradan qaldırmaq üçün imtahan prosesində məktəblilərə isti üst geyimi vacib olur. Bəzi məktəblilərə «kollektiv» qorxu paralizedici təsir bağışlayır, buna görə də onları təkliyə çəkmək lazımdır: bir kənara çəkilmək, dəhlizdə gəzinmək, pəncərədən baxmaq və s. İmtahan günü həkim məsləhəti olmadan dərman qəbul etmək arzuolunan deyil.

 

İmtahanönü həyəcanı ən çox gülüş azaldır. Əgər imtahandan əvvəl azacıq da olsa gülmək imkanı varsa, gülün bu, həyəcanın azalmasına xidmət edir.




Загрузка...
Həmçinin oxuyun:
Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Stress qadınlar üçün daha təhlükəlidir

Stress qadınlar üçün daha təhlükəlidir

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

İnsan beyinini yaşlanma və passivlikdən qoruyan üsullar

İnsan beyinini yaşlanma və passivlikdən qoruyan üsullar

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

İnsultun əlamətləri - 2 dəqiqəniz var!

İnsultun əlamətləri - 2 dəqiqəniz var!

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

Xərçəng hüceyrələrini məhv edən MÖCÜZƏVİ QİDA

Xərçəng hüceyrələrini məhv edən MÖCÜZƏVİ QİDA

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Qan verməyin faydaları

Qan verməyin faydaları

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

DİM bu ay imtahan verən abituriyentlər üçün maraqlı videoçarx hazırlayıb

DİM bu ay imtahan verən abituriyentlər üçün maraqlı videoçarx hazırlayıb

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

Bir ömrün sağlamlığı üçün 11 SADƏ QAYDA

Bir ömrün sağlamlığı üçün 11 SADƏ QAYDA

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib