AzTehsil.com


Xəbərlər
24 oktyabr 2017
3 356


Payız depressiyasına siz də yaxalana bilərsiz– ƏLAMƏTLƏR



Payız depressiyasına siz də yaxalana bilərsiz– ƏLAMƏTLƏR

Payız depressiyasına siz də yaxalana bilərsiz 

 

Yazın gəlişi ilə təbiət canlanır,  insanlarda əhval-ruhiyyə də yüksək olur. Yay aylarında isə hamının açıq havada vaxt keçirməsi,  istirahət etməsi orqanizmdə başqa bir canlılıq yaradır. Payız fəslində havaların birdən-birə soyuması, günəşin az görünməsi,  yağış yağması, təbiətin canlılığının insan gözü qarşısında günü-gündən azalması bəzi insanlarda fəsil depressiyasının yaranmasına səbəb olur.

Yeni dövrün bəlası olan depressiya ən çox payız aylarında müşahidə edilir.  Həkimlər insanlarda yaranan depressiv vəziyyətin vaxtında ciddiyə alınmasını tövsiyyə edirlər.

 

Depressiyanın əlamətləri

 

Xəstəliyin müşahidə edildiyi ilk günlərdə  insanda enerji və maraq azalır və ya itir, özünü günahlandırma duyğuları baş qaldırır,  diqqətsizlik,  iştahsızlıq,  özünü bədbəxt hiss etmək kimi hallar müşahidə edilir.  Həmin şəxslər hər şeyə qarşı həssas olurlar,  hər şeydən küsürlər, inciyirlər, hətta yaşamaq belə istəmirlər.  Tez-tez özlərinə qapanıb ağlayırlar, heç kəslə danışmaq istəmirlər, işlərində geriləmə müşahidə edilir, yuxusuzluqdan əziyyət çəkirlər,  cinsi istəkləri azalır,  özlərini daim yorğun hiss edirlər.

 

Özünüzü test edin

Payız depressiyasına siz də yaxalana bilərsiz– ƏLAMƏTLƏR

 

Ən az iki həftə ərzində sizdə aşağıdakılardan 5-i müşahidə edilərsə diqqətli olun.

Özünü kədərli və boşluqda hiss etmək

Həyatdan zövq almamaq

Səbəbsiz yerə kökəlmək və ya arıqlamaq

Yuxusuzluq və ya həddən artıq yatma

Yersiz yerə hərəkətlilik və ya fəaliyyətsizlik

Davamlı, səbəbsiz yorğunluq, enerji itkisi

Özünü günahlandırma hissi

Diqqətsizlik, düşünməmək

Ölüm və intihar düşüncələri.


Payız depressiyasına ən çox kimlər yaxalanır?


Depressiv vəziyyət daha çox qadınlarda müşahidə edilir. Əvvəllər depressiyadan əziyyət çəkənlərin yenidən bu xəstəliyə tutulma riski də böyükdür. Xüsusilə pessimist, narahat, özünə inamı az olan insanlar bu dövrlərdə daha çox risk daşıyırlar.


Hamı payız depressiyasına düşə bilərmi?

Payız depressiyasına siz də yaxalana bilərsiz– ƏLAMƏTLƏR

Hamı müvəqqəti, ya da yüngül olaraq bir neçə gün müddətində mövsüm dəyişikliyindən təsirlənə bilər.  Ancaq mövsümi depressiya ən azı iki həftə davam edir.  Ən çox sentyabr-oktyabr aylarında müşahidə edilir.  Amma iki həftədən sonra  depressiv hal keçməzsə, şəxsin işində ailəsində problem yaradarsa mütləq mütəxəssisə müraciət edilməlidir.

 


Payız depressiyası ilə mübarizə yolları

– Gün işığından mümkün qədər bəhrələnin. Tədricən qısalmağa başlayan günlərdə mümkün olduğu qədər gün işığına çıxın. Buludlu günlərdə belə, səhər və ya günortalar  20-30 dəqiqə açıq havada olun.


– İdman edin. Gündə 30 dəqiqəlik aktiv yürüşə çıxmaq yetərlidir.


– Sağlam qidalanın. İştahanız artsa da, karbohidrat və şəkərli qidalardan çalışın az istifadə edin.  Bol bol su üçün.


– Çox yatmayın. Zorla da olsa özünüzü səhər yataqdan erkən qalxmağa məcbur edin.


– Yeni hədəflər təyin edin, yeni planlar hər zaman insanı ruhlandırır.


– "Bu dünyada ölümdən başqa hər şeyə çarə var” məsəlini tez-tez təkrarlayın.


– İş yerindəki narazılığı azaltmaq üçün də tez-tez və qısa fasilələr vermək, ruhlandıracaq işlərlə məşğul olmaq, yenidən planlaşdırmaq depressiv əlamətlərin azalmasına kömək edir.


– Qidalanmanıza fikir verin. Şəkərli, qazlı qidalardan uzaq durun. Karbohidrat və şəkəri təbii məhsullardan alın.


Depressiyanın öhdəsindən yaxın insanların və ya həkimlərin köməyi ilə gəlmək mümkündür.




Загрузка...
Həmçinin oxuyun:
Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Sizi pis müdir edən 8 QAYDA

Sizi pis müdir edən 8 QAYDA

Məktəblilərin payız tətilinin vaxtı açıqlandı

Məktəblilərin payız tətilinin vaxtı açıqlandı

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Beyin Gücünü Artıran 10 Taktika

Beyin Gücünü Artıran 10 Taktika

İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI

İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir

ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR

Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR

Məlumatla təmin etmə qaydaları ,  Təşkilati dəstəkləmənin qaydaları

Məlumatla təmin etmə qaydaları , Təşkilati dəstəkləmənin qaydaları

Qan verməyin faydaları

Qan verməyin faydaları

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

İbrətamiz hekayə - Kim nə deyirsə desin, yolunuza davam edin

İbrətamiz hekayə - Kim nə deyirsə desin, yolunuza davam edin

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Tələbəsinizsə bu məsləhətlərə diqqət yetirin!

Tələbəsinizsə bu məsləhətlərə diqqət yetirin!