AzTehsil.com


Xəbərlər / Ekspert
12 iyul 2020
1 582


Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib



Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

 

"Dərslərin üç ay olmaması şagirdlərə psixoloji cəhətdən müəyyən təsirlər göstərib”.

Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

O, pandemiya şəraitində təhsilin dayanıqlılığından söz açıb.

"Məlum olduğu kimi, bütün bəşəriyyəti cənginə alan pandemiya bəlası cəmiyyətin sosial-iqtisadi sahələrinə olduğu kimi təhsilə də təsirsiz ötüşməyib. Nəzərə alsaq ki, hazırda ölkəmizdə 1 milyon 500 mindən artıq şagird, 150 minə yaxın müəllim, 160 minə yaxın tələbə, 15 minə yaxın da magistr var, deməli hardasa 2 milyona yaxın əhali təhsil iştirakçısıdır ki, bu da o qədər də kiçik rəqəm deyil.

Bununla belə həmin şagirdlərin dərsi mənimsəməsi üçün mümkün olan lazımi şərait də yaradılıb. Belə ki, mövcud vəziyyətlə əlaqədar, tam orta təhsil səviyyəsini bitirən və növbəti pillədə təhsillərini davam etdirmək niyyətində olan məzunlara yarana biləcək hər hansı bir çətinliyin aradan qaldırılması məqsədilə böhranlı vəziyyətdən çıxış yolu kimi təbii hadisənin təhsilə ciddi təsirini minimuma endirmək, vəziyyəti normal axara salmaq üçün mütəmadi onlayn və teledərslər və digər ehtiyat mexanizmlərinə istinad etməklə bütün mövcud tədbirlər həyata keçirilib. Təkcə, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən, ölkənin ən iri onlayn platforması olan "Virtual Məktəb”in istifadəçi sayı 1 milyonu ötüb. Karantin dövründə DİM tərəfindən yüzlərlə dərs "YouTube” kanalında yerləşdirilib, dərsdə iştirak etməyənlərə, kanalda dərsi tapıb yenidən baxmaq imkanı yaradılıb”.

Nadir İsrafilov qeyd edib ki, vəziyyət dövlətin tam nəzarətindədir.

"Təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə aidiyyatı dövlət qurumları tərəfindən lazımi tədbirlər həyata keçirilir.

Hələ aprel ayında Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının hansı formada keçirilməsinə münasibət bildirərkən belə bir açıqlama vermişdi ki, xüsusi karantin rejimi uzanarsa, qurum digər plan əsasında imtahan keçirəcək: DİM-in "A”, "B” planı var. Hamısı xüsusi karantin rejimindən asılıdır. Bu rejim, məsələn, may ayında bitsə, biz imtahanları sıx rejimdə adi qaydada keçirəcəyik. Ancaq karantin uzanarsa, biz də başqa plan əsasında imtahan keçirəcəyik. Azərbaycan dövləti, eləcə də, bizim üçün birinci növbədə abituriyentlərin sağlamlığı əsasdır. Mən inanmıram ki, indiki vaxtda hansısa valideyn koronavirus infeksiyasına yoluxmanı nəzərə alaraq, uşağını 10 min nəfərin iştirak etdiyi imtahana buraxmağa razılaşsın.Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”.

Təhsil eksperti DİM-in gördüyü işləri xüsusi olaraq vurğulayıb.

"Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin də dediyi kimi Azərbaycanda təhsil sistemi təhsil alanların maraqlarını müdafiə etməlidir, təhsil sisteminin, təhsil sistemində işləyənlərin yox. Qiymətləndirmənin əsas prinsipi ədalətliliyi qoruyub saxlamaqdır. Məlum olduğu kimi, bəzi xarici universitetlərdə qeydiyyat tarixi başa çatmaq üzrə olduğundan, bu hal nəzərə alınaraq və vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb. Respublikada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində belə bir birgə qərarın qəbul edilməsi Təhsil Nazırliyi və DİM tərəfindən təhsilalanlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Bu kimi güzəşt xarakterli misalların sayını kifayət qədər artırmaq olar.

Hadisələrin növbəti gedişi barədə hər hansı bir proqnoz verməyin, fərziyə irəli sürməyin qəti əlehhinəyəm. Çünki, proseslərin gələcək gedişatı insan iradəsindən, onun arzu və istəklərindən asılı deyil. Vəziyyətə uyğun olaraq proseslər tənzimlənəcək və təhsilimizin ayaq üstə durması üçün bütün imkan və vasitələr bundan sonra da səfərbər ediləcək. "Microsoft” şirkətinin internet saytında Azərbaycanın rəqəmsal təhsil təcrübəsindən bəhs edən məqalədə "Necə oldu ki, bir nazirlik tez bir zamanda onlayn sinif otaqları yaratmaq üçün düzgün strategiya, resurs və texnologiya tapa bildi?” sualına hərtərəfli cavabı dediklərimizin əyani sübutdur”.

Qeyd edək ki, martın 3-dən ölkədə təhsil və buna bağlı bütün məsələlər dayandırılıb.AzEdu.az 



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

DİM-in buraxılış imtahanları ilə bağlı  “B” planı var - RƏSMİ AÇIQLAMA

DİM-in buraxılış imtahanları ilə bağlı “B” planı var - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

Bu məzunlar buraxılış imtahanı vermədən attestat alacaqlar - RƏSMİ

Bu məzunlar buraxılış imtahanı vermədən attestat alacaqlar - RƏSMİ

Xarici ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

Xarici ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

DİM rəsmisi imtahansız attestat alınması məsələsinə aydınlıq gətirdi

DİM rəsmisi imtahansız attestat alınması məsələsinə aydınlıq gətirdi

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

DIM -də imtahanlara hazırlıq məsələləri müzakirə edilib

DIM -də imtahanlara hazırlıq məsələləri müzakirə edilib

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Yetmiş minə yaxın abituriyent ərizəsini təsdiq edib

Yetmiş minə yaxın abituriyent ərizəsini təsdiq edib

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…