AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
18 aprel 2020
1 387


Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.



 

"Hesab edirəm ki, özünü doğruldub-doğrulmaycağından asılı olmayaraq  hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar”.

Bu sözləri  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini və təhsil eksperti Nadir İsrafilov deyib.

O, insanları rəsmi xəbərlərə inanmağa çağırıb. 

"Təhsil Nazirliyi tərəfindən dəfələrlə insanların yalnız rəsmi mənbələrin məlumatlarına inanmaq çağırışlarına baxmayaraq, yenə də yuxarı sinif  şagirdləri üçün orta məktəblərdə tədrisin mayın 10-dan başlanılacağı, yay aylarında tədrisin davam edəcəyi,  müəllimlərin yay tətilinin qısaldılacağı  barədə söhbətlər dolaşır, "Virtual məktəb” layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcək və s. və i.a kimi fikirlər səsləndirilir. Halbuki,  mövcud şəraitdə nəinki yanlış məlumat,  subyektiv fikir, hətta konkret  təklif, qeyri-rəsmi açıqlama belə əhalinin müəyyən dairələri tərəfindən  həqiqət kimi qəbul edilə bilər və cəmiyyətdə müəyyən çaşqınlıq yaradar. Sosial mediada bu kimi hallara yol verilməsinin az şahidi olmamışıq. Hesab edirəm ki, özünü döğruldub-doğrulmaycağından asılı olmayaraq  hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha doğrusunu etmiş olarıq”.

Təhsil eksperti "Virtual məktəb” layihəsindən də söz açıb.

"Distant təhsillə əlaqədar olaraq "Virtual məktəb”in yaradılması, teledərslərin keçirilməsi, müəllimlərin "zoom” proqramı ilə dərslərini davam etdirməsi təhsil adına müsbət addım hesab edilsə də,  bunun vəziyyətdən çıxış yolu olmaması, "Müəllimlərin "zoom” proqramı, hətta Vatsap və ya "Virtual məktəb” vasitəsilə keçdikləri dərslərə hər şagirdin qoşula bilməməsi, qoşulsalar belə, çoxu bu cür dərs formasına adət etmədiyindən çətinliklə üzləşməsi, bizdə distant təhsil ənənəsi olmadığından lazımi effekt verməməsini deyənlər də var. 

Bəli vermir və verə də bilməz, çünki biz belə vəziyyətlə ilk dəfə rastlaşırıq və vəziyyətdən çıxış yolu kimi bütün mövcud imkanları sınaqdan çıxarmalıyıq. Bu gün lazımi efekt verməz, əvəzində sabah üçün lazımı təcrübə qazanmağımıza zəmin yaradar. İstəsək də, istəməsək də razılaşmaq zorundayıq  ki, bu gün virtual məkana transformasiya, sabah  real aləmə keçidin təminatıdır. Əks təqdirdə, belə çıxmırmı ki, məsafədən tədris özünü lazımınca doğrultmur deyə, qollarımızı sallayıb boş oturmalıyıq...?”.

Nadir İsrafilov tədris iliylə bağlı məsəyəyə aydınlıq gətirib.


"Məlum olduğu kimi,  fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər barədə Nazirlər Kabinetinin  24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarı var. O da birmənalı qəbul edilməlidir ki, mövcud vəziyyətlə bağlı bütün rəsmi məlumatlar Operativ Qərargaha istinadən verilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın  keçirdiyi son mətbuat konfransında isə Mətbuat Xidmətinin rəhbəri bəyan edib ki, bu gün təhsil və tədrisin nə zaman bərpa olunacağı barədə danışmaq tezdir, bu məsələ aktiv müzakirədədir: "Təhsil və tədrisin bərpa olunması hər zaman gündəlikdədir və müzakirə olunur. Biz hələ virusa qalib gəlməmişik. Bu hələ qeyri-müəyyənlikdə qalır. Bu, bizdən asılı olan məsələ deyil”.

O, Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən söz açıb.

"Baxmayaraq ki, Təhsil Naziri Ceyhun Bayramovun da hamının arzu və iradəsini ifadə etdiyi kimi "təhsil sistemində çalışan hər kəsin arzusu yenidən ənənəvi işinə qayıtmaqdır” - bununla belə bu, hələ ki, tam reallaşması yaxın günlərdə olmasa da, hər halda yaxın həftələrdə,  ən uzağı yaxın aylarda reallaşması mümkün olan haldır. Belə bir qənaətə gəlmək üçün isə hər cür əsasımız var. Nəzərə alsaq ki, bir neçə ölkədə və əyalətlərdə artıq tədrisə başlamaq imkanları reallaşır, bizdə isə vəziyyət digərlərindən daha əminli və etibarlıdır.

Çünki,  hər kəsə  aydındır ki, yaranmış vəziyyətdən mümkün qədər zərərsiz çıxmaq  üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb, kompleks və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Təhsil Nazirliyi də öz növbəsində təhsilimizin dayanıqlılığını və davamlılığını saxlamaq üçün bütün mümkün olan imkanlardan lazımınca istifadə edir. Yəni, müəyyən prosedurlar  nəzərə alınmazsa, təhsilimizlə bağlı nəsə elə də ciddi bir problem yaranacağı istisna olunur. Lakin tədrisə tam və ya regionlar üzrə mərhələli başlamaq üçün kəskin respirator virus infeksiyasının bitməsi, ən azından kəskin azlması lazımdır.

Təhsil Nazirliyi yanında İctimai Şura olaraq məsafədən əlaqələrin təşkili, istifadə olunan resurslar və prosesin gedişi barədə sualları cavablandırmaq üçün teams.microsoft.com.proqramına qoşulmuşuq. Hamımız bir nəfər kimi təhsildə maraqlıyıq və dövlətimizin vəziyyəti tam nəzarətdə saxladığının bilavasitə şahidiyik. Tədrisə start veriləcəyi və ya  müddətin növbəti dəfə uzadılacağını səbrsizliklə gözlədiyimiz rəsmi məlumatın elan ediləcəyi  saata və ya günə isə o qədər də çox qalmayıb”.
Qeyd edək ki, tədris ilinin uzadılması məsələsi hələ ki, müzakirə edilir. 
azedu.az 



Загрузка...
Həmçinin oxuyun:
Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov

Məktəblərdə tətilin mayın 31-dək davam edəcəyi xəbərlərinə RƏSMİ CAVAB

Məktəblərdə tətilin mayın 31-dək davam edəcəyi xəbərlərinə RƏSMİ CAVAB

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Məktəblərdə tədrisin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlarla bağlı AÇIQLAMA

Məktəblərdə tədrisin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlarla bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Nadir İsrafilov: “Mövcud durum, elə təhsilimizin özü üçün də bir məktəbdir…”

Nadir İsrafilov: “Mövcud durum, elə təhsilimizin özü üçün də bir məktəbdir…”

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Mayın 10-da dərslər başlayır? - RƏSMİ

Mayın 10-da dərslər başlayır? - RƏSMİ

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

“Virtual məktəb” layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcək? - Nazirlikdən açıqlama

“Virtual məktəb” layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcək? - Nazirlikdən açıqlama

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Məktəblərdə tətil 30 aprelə uzadıldı? – Rəsmi

Məktəblərdə tətil 30 aprelə uzadıldı? – Rəsmi

Tətil müddəti uzadılacaq? – Təhsil nazirindən cavab

Tətil müddəti uzadılacaq? – Təhsil nazirindən cavab

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək - RƏSMİ

Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək - RƏSMİ