Xəbərlər
05 aprel 2020
2 340


ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektoru, Eldar Aslanov Mektebgushesi.az- a yaranmış  mövcud vəziyyətlə əlaqədar universitetdə onlayn təhsilin təşkilindən danışıb:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş tətil və məzuniyyət günlərində yaz semestri üzrə tədris materiallarının tələbələrə çatdırılması, imtahan sessiyasından əvvəlki hazırlığa nail olunması məqsədi ilə universitetimiz də distant təhsilə qoşulub. Müəllimlərimizin  hansı proqramla işləmək imkanı varsa (ZOOM, Microsoft Teams, WhatsApp), onların tətbiqi yolu ilə online-virtual dərslər davam etdirilir.

Distant təhsilin universitetdə həyata keçirilməsi prosesində ilkin olaraq ADPU -nun rektoru, professor Cəfər Cəfərovun xüsusi tapşırığı ilə təlimat hazırlanaraq professor-müəllim və tələbə heyətinə təqdim edilib.
Distant təhsil texnologiyaları ilə tədrisin məsafədən təşkil olunması üçün universitet bütün resurslarını səfərbər edib və malik olduğu elektron tədris platformasının funksionallığını artıraraq tələbələrin ixtiyarına verib. Universitet daxili strukturların əməkdaşlarının əlaqə saxlaması məqsədi ilə korporotiv elektron poçt ünvanlarına giriş üçün şəxsi kabinet istifadəyə verilib və rəsmi sənədlərin fasiləsiz dövriyyəsi təmin olunub.
Tələbələrin mövcud elektron tədris resurslarına çıxışının təmin olunması, mühazirə mətnlərinin əldə edilməsi, həmçinin hər bir fənn üzrə imtahan sualları, sillabus və auditoriyadankənar saatlara aid işlərin mövzularının əlçatan olması üçün elektron tədris platformasında fakültə, ixtisas və akademik qruplar üzrə xüsusi bölmələr açılıb, bütün zəruri tədris materialları tyutorlar tərəfindən virtual qovluqlara yerləşdirilib.

Prorektor Eldar Aslanovun sözlərinə görə, tələbə heyətinin distant təhsil texnologiyaları vasitəsi ilə keçirilən dərslərdə maksimum iştirakına problem yaradan məqamlar da var. Biz əvvəcədən bütün mühazirələrin tələbələrə ötürülməsini təmin etsək də, ucqar yerlərdə yaşayan tələbələrin internetə çıxış imkanlarının olmaması onların onlayn dərslərdə iştirakına imkan vermir. Dərslərin tam şəkildə qavranılması üçün tələbələrin suallarının cavablandırılması, xüsusilə metodika fənlərində əlavə izahatların verilməsi çox vacibdir. Müəllimlər bu məsələni onlayn dərslərdə də təmin etməyə çalışırlar.

Prorektor bildirdi ki, onlayn dərslərə qoşulmaq imkanı olmayan tələbələrin təşvişə düşməsinə heç bir əsas yoxdur. Təhsil Nazirliyinin tövsiyəsi də nəzərə alınmaqla, əvvəlki qaydada dərslərə  başlayan zaman biz tələbələrlə sorğular keçirəcəyik. Hansı tələbə özünü hazır hesab edəcək onlardan imtahanlar götürüləcək. İnternetə çıxış imkanları olmaması səbəbindən onlayn dərslərə qoşula, dərsləri tam mənimsəyə bilməyən tələbələr üçün xüsusi qrafiklə 10-15 gün müddətində dərslər keçirildikdən sonra imtahan götürüləcək. Bu gün vacib olan tələbələrin sağlamlığıdır, bir daha qeyd edirəm ki, onların narahatlığına əsas yoxdur. Nazirliyin təlimatlarına əməl etməklə və universitet kollektivinin xüsusi səyi ilə yay semestrini uğurla yekunlaşdıracağıq.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

6000 tələbə və 500 müəllim onlayn dərslərdə

6000 tələbə və 500 müəllim onlayn dərslərdə

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

“Elektron universitet” nəyə xidmət edir?

“Elektron universitet” nəyə xidmət edir?

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

ADPU-da imtahan sessiyası başladı

ADPU-da imtahan sessiyası başladı

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər