AzTehsil.com


Xəbərlər
15 aprel 2020
7 499


Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK



 

Aprelin 15-dən "Virtual məktəb" portalında "Virtual əlaçı” bilik yarışmasına start verilir. Təhsil Nazirliyindən  bildirilib ki, məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Yarışmada iştirak etmək üçün portalda "Teams -> General” bölməsindən "Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

"Virtual əlaçı” bilik yarışmasının hər həftə təşkili nəzərdə tutulur.

Qeyd edək ki, yaxın zamanlarda "Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Belə ki, hazırda müəllimlərin portalda mərhələli şəkildə qeydiyyatı həyata keçirilir.

Portalda qeydiyyatdan keçmək üçün virtual.edu.az saytına daxil olub, e-poçt və SMS vasitəsilə göndərilmiş rəqə[email protected] istifadəçi adı və şifrədən istifadə etmək lazımdır. İstifadəçi adı və şifrəni itirmiş şəxslər yenidən virtual.edu.az saytında qeydiyyatdan keçməklə şəxsi hesablarını bərpa edə bilərlər. "Virtual məktəb” portalında qeydiyyat və istifadə üzrə çətinlik çəkən şagirdlər və onların valideynləri texniki dəstək üçün [email protected] e-poçt ünvanına müraciət edə bilərlər.

Nəzərinizə çatdıraq ki, "Virtual məktəb" layihəsinə aprelin 2-də Təhsil Nazirliyi tərəfindən start verilib. Aprelin 14-dək ölkənin 65 şəhər və rayonundan 250 min şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Sözügedən portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirir, video dərsləri izləyə bilir, əlavə tədris resurslarından faydalanır və həmyaşıdları ilə fikir mübadiləsi apara bilirlər.



Загрузка...
Həmçinin oxuyun:
“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Azərbaycan elmində yenilik - virtual laboratoriya yaradılır

Azərbaycan elmində yenilik - virtual laboratoriya yaradılır

Süni intellektli virtual həkim hazırlanıb

Süni intellektli virtual həkim hazırlanıb

“Virtual məktəb” layihəsinin ən əsas faydaları nələrdir?

“Virtual məktəb” layihəsinin ən əsas faydaları nələrdir?

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

Daha bir sınaq imtahanı pulsuz oldu

Daha bir sınaq imtahanı pulsuz oldu

Şagirdlər dərslərini buradan oxuya bilərlər

Şagirdlər dərslərini buradan oxuya bilərlər

Rezidenturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə!

Rezidenturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə!

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Ödənişsiz onlayn sınaq imtahanlarına 20887 istifadəçi tərəfindən 48411 yazılış qeydə alınıb

Ödənişsiz onlayn sınaq imtahanlarına 20887 istifadəçi tərəfindən 48411 yazılış qeydə alınıb

Virtual konfransda məruzələr təqdim olunub

Virtual konfransda məruzələr təqdim olunub

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Abituriyentlər otk.az portalında bütün istiqamətlər üzrə onlayn sınaq imtahanı verə biləcəklər

Abituriyentlər otk.az portalında bütün istiqamətlər üzrə onlayn sınaq imtahanı verə biləcəklər

“Elektron hökumət” portalında daha 3 yeni xidmət

“Elektron hökumət” portalında daha 3 yeni xidmət