AzTehsil.com


Xəbərlər
08 aprel 2020
1 628


Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?



Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

 

"Heç kəs hazırkı durumun baş tutacağını düşünmürdü. İndiki durumda Təhsil Nazirliyinin hər bir addımı dəstəklənməlidir. Bunlar şagirdlərin evdə boş qalmamasına hesablanıb" - İlqar Orucov

  Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. "Virtual məktəb" layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

"Virtual məktəb" portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün "Chat" funksiyasından istifadə edə biləcəklər.

Ancaq bəzi valideynlər "virtual məktəb" layihəsindən digər məqsədlər üçün istifadə etməyə başlayıblar.

Portalın çat bölümündə valideynlər arası təhsildən kənar söhbətlər aparılır. Bəzi vətəndaşlar isə portala qeydiyyata düşə bilmədiklərindən şikayətlənirlər.

Sputnik Azərbaycan təhsil ekspertləri ilə bu problemləri müzakirə edib.

Təhsil eksperti Qoşqar Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlayn təhsil dünyada çox geniş yayılmış təcrübədir.

"Nazirliyin rəhbərləri də qeyd etdilər ki, bu, əvvəldən də üzərində işlənilən bir proqram idi. Və müəllimlərdən motivasiyası yüksək olanlar özləri onlayn dərslər keçirdilər. Virtual məktəb əvəzedilməz bir üsuldur. Teledərslər bir dəfə televiziyada verilir. Əgər şagird ona baxa bilmirsə, o, dərsi buraxmış olur. Amma virtual məktəb bir portaldır. Və dərslər yaddaşda qalır. Uşaqlar istədiyi qədər həmin dərslərə baxa biləcəklər. Teledərslər virtual məktəb portalına yüklənəcək və bu, karantin dönəmindən sonra da şagirdlərin köməyinə çatacaq. Virtual məktəb əyani təhsili dəstəkləyəcək çox lazımlı platformadır", - deyə Qoşqar Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bütün onlayn vasitələr sui-istifadəyə açıq olduğu üçün bunun qarşısını almaq mümkün deyil:

"Həyatda hər şey mənfi də, müsbət də istifadə edilə bilər. Hansısa vasitədən mənfi məqsədlər üçün istifadə edilirsə, biz bunun qarşısını ala bilmərik. Ümumiyyətlə, çat da, "Facebook" da, "Whatshap" da mənfi məqsədlər üçün istifadə edilə bilər. Platformanın hazırkı vəziyyəti, dövlətin təqdim etdiyi budur. Bundan istifadə etmək lazımdır. Microsoft teams yüzlərlə şirkətin istifadə etdiyi bir proqramdır. Virtual məktəb platforması da bu proqramdan istifadə edir. Yəni virtual məktəb təkmil bir sistemdir".

Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov isə bildirib ki, hazırki pandemiya vəziyyəti, əlbəttə ki, nəinki Azərbaycan, bütün dünya üçün gözlənilməz oldu və bunun təsirləri bütün sferalarda olduğu kimi, təhsil sahəsidə də ciddi şəkildə hiss edildi.

"Azərbaycanın Təhsil Nazirliyi ilk növbədə şagirdlərin sağlamlığını düşünərək məhz dərslərin təxirə salınması ilə bağlı məsələ qaldırdı. Nazirlər Kabineti yanında operativ qərargah bu çağırışa cavab olaraq məktəblərdə mart ayında üst-üstə 2 müddətə dərs günlərinin təxirə salınması ilə bağlı qərar qəbul etdi. Növbəti dəfə isə karantin rejimi tətbiq olunduğu üçün aprel ayının 20-nə qədər dərslər təxirə salındı. Belə olan şəraitdə Təhsil Nazirliyi şagirdlərin dərslərdən geri qalmaması üçün bir neçə alternativ variant təklif etdi. Bunlardan biri teledərslərdir. Teledərsləri müşahidə etmək üçün heç bir məhdudiyyət yoxdur. Kənd yerlərində belə şagirdlərimiz bu teledərsləri dinləmək imkanına malikdirlər. Teledərs formatı indiki durumda ən real addım idi. Teledərslər çərçivəsində bu dərslərdən sonra şagirdlərin müəllimlərlə hər hansı üsulla - "Whatsapp" və s. - əlaqə saxlaması qadağan edilmədi".

İ.Orucov vurğulayıb ki, şagirdlərin dərs proqramından geri qalmaması üçün bütün imkanlar mövcuddur.

"Azərbaycanın tətbiq etdiyi teledərs prosesindən sonra Britaniya BBC telekanalında teledərslərin yayımlanmasına qərar verib. Qeyd edək ki, teledərslərdə ənənəvi dərslərdən fərqli olaraq interaktivlik yoxdur. Teledərslər, təbii ki, ənənəvi dərsləri əvəz edə bilmir. Bu, birmənalıdır.

Yalnız distant təhsillə müəyyən qədər ənənəvi dərslərə yaxınlaşmaq olardı. İnteraktivlik təmin etmək olardı. Ancaq hazırkı durumda Azərbaycanda distant təhsillə bağlı imkanlar mümkün deyil. Bundan yalnız paytaxtda bir qrup şagird yararlana bilər. Bu baxımdan teledərslər variantı daha optimaldır".

Ekspertin fikrincə, virtual məktəb layihəsi Nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris üçün əlavə bir vasitədir. Əlbəttə ki, virtual məktəb platforması özlüyündə bir çox yenilikləri əhatə edir.

"Təqdim olunmuş layihədə ənənəvi məktəbdəki kimi qiymətləndirmə mümkün deyil, amma bu platforma ilə şagirdlərə qiymətləndirmə alətlərini, müəllimlər ilə, sinif yoldaşları ilə interaktiv əlaqə qurmaq və bunun kimi bir sıra imkanları təqdim etmək planlaşdırılır.

Burada, əlbəttə ki, virtual məktəb layihəsi ilə bağlı bizə də müraciətlər olunur. Buraya qoşula bilməyən şagirdlər bunun üçün bizə müraciət edirlər. Bunlar başadüşüləndir. Anlayırıq, amma burada mütləq şəkildə bütün şagirdlərin qoşulmasından söhbət getmir. Bu bir alətdir, vasitədir. Hər halda, əlavə imkanlar yaradacaq. Vəziyyət budur ki, karantin rejiminin müddəti məlumdur. Amma hazırda pandemiyanın nə qədər davam edəcəyi və xüsusi karantin rejiminin müddətinin artırılıb-artırılmayacağı məlum deyil. Bunu heç kim planlaşdıra bilmir. Təhsil Nazirliyi bu kimi vasitələr ilə hər halda şagirdlərin bilik almasına imkan yaradır".

Bizi yeni dövr gözləyir: Pis, yoxsa yaxşı olduğunu sonra biləcəyik...>>

İctimai şuranın katibi vurğulayıb ki, heç bir vasitə ənənəvi dərsləri əvəz edə bilməz. Ancaq şagirdlərin heç nə ilə məşğul olmamağındansa, bu vasitələrlə hansısa bilikləri əldə etməsi daha yaxşıdır.

"Virtual məktəb layihəsinin üstünlüyü ondan ibarətdir ki, vaxt və zaman fərqi olmadan qeydiyyatdan keçmək olur. Nəzərə alaq ki, 1.6 milyon şagird kontingentindən söhbət gedir. Bu qədər şagirdin qeydiyyatdan keçməsində problemlərin yaranması başadüşüləndir. Bunu anlayışla qarşılamaq lazımdır".

İ.Orucov həmçinin bildirib ki, platformada yaradılmış ünsiyyət imkanlarından qeyri-səmərəli istifadəyə nəzarət etmək mümkün deyil. Bu, öyrənənlərin potensialında asılı olan bir məsələdir:

"Yaxşı olardı ki, yazışma üçün ayrılmış hissədə dərslər ilə bağlı məsələlər müzakirə edilsin. Suallar, problemlər qoyulub, onunla bağlı məsələlər müzakirə edilsin. Bu çat həmin məsələlərin müzakirəsi üçün nəzərdə tutulub.

 Heç kəs hazırkı durumun baş tutacağını düşünmürdü. İndiki durumda Təhsil Nazirliyinin hər bir addımı dəstəklənməlidir. Bunlar şagirdlərin evdə boş qalmamasına hesablanıb. Evdə qalmaqla, öz sağlamlıqlarını qorumaqla bərabər, proqramlardan geri qalmasınlar və məktəb proqramı davam etdirilsin. Formasından asılı olmayaraq proqramlar üzərində iş getsin".

Ekspert əlavə edib ki, "Microsoft" şirkəti texnologiyalar sayəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir. Dünyanın təqdim olunan məsafəli təhsil formalarından ən optimalı isə onlayn təhsildir: "Bu səbəbdən də biz çətinlikləri və narahatlıqları başa düşürük. Çünki hazırkı durumda başqa variantlar yoxdur".




Загрузка...
Həmçinin oxuyun:
“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

“Virtual məktəb” layihəsinin ən əsas faydaları nələrdir?

“Virtual məktəb” layihəsinin ən əsas faydaları nələrdir?

“Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ

“Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ

Süni intellektli virtual həkim hazırlanıb

Süni intellektli virtual həkim hazırlanıb

Emin Əmurullayev: Əslində tədris yoxdursa, KSQ-dən danışmağın da mənası yoxdur

Emin Əmurullayev: Əslində tədris yoxdursa, KSQ-dən danışmağın da mənası yoxdur

Azərbaycan elmində yenilik - virtual laboratoriya yaradılır

Azərbaycan elmində yenilik - virtual laboratoriya yaradılır

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Məktəblərlə bağlı daha bir anormallıq

Məktəblərlə bağlı daha bir anormallıq

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi