Bu universitetin tələbələri üçün metroda tələbə kartı ilə ödəniş imkanı yaradılıb - RƏSMİ
Bu universitetin tələbələri üçün metroda tələbə kartı ilə ödəniş imkanı yaradılıb - RƏSMİ
Sosial şəbəkə hesablarında Bakı Metropolitenində ilk dəfə olaraq tələbə kartlar ilə təmənnasız ödəniş sistemi test rejimində istifdəyə verilməsi ilə bağlı xəbər paylaşılıb.
Bu xəbər həqiqəti əks etdirirmi?
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı Təhsil Portalı Bakı Metropoliteninə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, Bakı metropolitenində ilk dəfə olaraq sərnişinlərin gediş haqqını bank kartları ilə təmassız şəkildə ödəmək sistemi test rejimində istifadəyə verilib:
"Hazırda layihə BakıKART və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir və ilkin mərhələdə sınaq prosesi "Kapital Bank"a məxsus tələbə kartları üzərindən aparılır.Yeni layihəni sınaqdan keçirmək imkanı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə verilərək aşağıdakılar nəzərə çatdırılıb:
Pilot mərhələdə hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından (məsələn, BakıKart vasitəsilə) istifadə edin.Balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər, buna görə də yalnız balanslı kartlardan istifadə etməyiniz tövsiyə olunur.Keçid zamanı problem və ya sual yaranarsa, info@metro.gov.az ünvanına və ya Bakı Metropoliteninin rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz",-deyə qeyd edilib.![]()










