Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin komandaları STEAM Azərbaycan Festivalının finalında!
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin komandaları STEAM Azərbaycan Festivalının finalında!
AzTehsil.com xəbər verir ki, 2025-ci il üzrə keçirilən STEAM Azərbaycan Festivalı (SAF) çərçivəsində təşkil olunan seçim mərhələlərinin nəticələrinə əsasən, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 30 komanda uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıb.
Bu nəticə son 5 il ərzində bölgə üzrə ən yüksək göstərici olmaqla yanaşı, şagirdlərin innovativ düşüncə, komandada işləmək və yaradıcılıq bacarıqlarının inkişafına verilən önəmin bariz nümunəsidir.
STEAM Azərbaycan Festivalı məktəblilər arasında elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinə marağı artırmaq, XXI əsr bacarıqlarını formalaşdırmaq məqsədi daşıyır.
Final mərhələsində iştirak edəcək komandalar öz layihə və prototiplərini təqdim edəcək, müxtəlif nominasiyalar üzrə mübarizə aparacaqlar.
Gəncə-Daşkəsən RTİ olaraq bütün finalçılarımızı və onların əzmkarlıqla çalışan mentorlarını 🎊 ürəkdən təbrik edir, qarşıdakı mərhələdə böyük uğurlar arzulayırıq! ![]()












