AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Psixoloq / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Bölgə / Tədbirlər
21 oktyabr 2025
1 183

Gənclərin narkomaniyaya qarşı maarifləndirilməsi məqsədilə görüş keçirilib

Gənclərin narkomaniyaya qarşı maarifləndirilməsi məqsədilə görüş keçirilib.

AzTehsil.com xəbər verir ki, Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların

prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə

dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə “Narkotik asılılıq, onun psixoloji səbəbləri və ali məktəbdə görülməli işlər” mövzusunda tədbir keçirilib.

 Əvvəlcə Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini t.f.d Mürvət Əliyev tədbirin keçirildiyi Azərbaycan Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi haqqında ətraflı məlumat verib.

Tədbiri açıq elan edən filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva qonaqları və tədbir iştirakçılarını filialın direktoru professor Yusif Alıyevin adından salamlayıb, filialda maarifləndirmə istiqamətində görülən işləri diqqətə çatdırıb.

Quba Rayon Polis Şöbəsinin İnspektoru, baş

leytenant Aynur Şahbazova çıxışında tədbirin keçirilmə zərurətini izah edib. Bildirib ki, qloballaşma çərçivəsində cəmiyyətin bir hissəsində deqradasiya prosesi baş verir, gənclər narkotik və psixotrop maddələrə meyl edirlər. Aynur Şahbazova çıxışında həmçinin Quba Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Mehman Əliyev və əməkdaşları tərəfindən mütəmadi olaraq rayonun ali və ümumtəhsil məktəblərində keçirilən görüşlərin əhəmiyyətini də diqqətə çatdırıb. 

Mentis Psixoloji Nitq İnkişaf Mərkəzinin

rəhbəri, psixoloq Musa Məmmədzadə vurğulayıb ki, bu məsələlərdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Cəmiyyətin bu bəladan qurtulması yolunda ən böyük dəstəyi isə elə gənclər verə bilər. Bu baxımdan belə tədbirlər önəmlidir. Bu tip görüşlərin gələcəkdə də davam edəcəyini düşünürəm. Narkomaniya bəlasına düçar olan insanların reablitasiya prosesləri vasitəsilə müalicə olunaraq cəmiyyətə qazandırılması üçün çalışmalıyıq. Tədbirdə məruzəçi qismində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Sektor müdiri Raqif Allahverdiyev çıxış edib. Raqif Allahverdiyev söyləyib ki, narkotik asılılıq dünyanın əsas problemlərindən biridir. Dünya təcrübəsində göstərilib ki, gənclərin bu barədə məumatlılıq səviyyəsi nə qədər çox olsa, nəticə o qədər yaxşı olar. Məruzəçi həm də qurumun bu günə qədər apardığı təbliğatdan, gördüyü işlərdən bəhs edib. Vurğulayıb ki, gənclər çox vaxt yeni növ narkotik vasitələr barədə məlumatsız olur və təsir altına düşürlər. Çıxışda sırf narkotik cinayətlərə görə məhkumluq həyatı yaşayanların, onla arasında qadınların sayı ilə bağlı stastistikalar açıqlanıb. Narkotik maddə istifadə edən şəxslərin görünüşündə baş verən dəyişikliklər, bu vasitələrin xarici görünüşü təsvir edilib. Vurğulanıb ki, narkotik vasitələr cinayətə təşviqdir. Həmçinin istifadəçilər arasında yayılan xəstəliklər, intihara meyillilik, aludəçiliyin fəsadları sadalanıb. Qurumun narkomaniyaya qarşı mübarizə məqsədilə xüsusi qaynar xətt yaratması, elə bunun nəticəsində həmin bəladan əziyət çəkən gənclərin könüllü olaraq məlumat verməyə meyillilikləri qeyd edilib. 

Tədbir tələbələrlə sual-cavab formatında davam edib.

Həmçinin oxuyun:
230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

LDU “Narkomaniyaya yox!” dedi

LDU “Narkomaniyaya yox!” dedi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Balakəndə “narkomaniyaya və erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib - FOTO

Balakəndə “narkomaniyaya və erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib - FOTO

Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Nadir İsrafilov – Nədən, filiala müstəqil universitet statusu verilməsi barədə düşünməyək...

Nadir İsrafilov – Nədən, filiala müstəqil universitet statusu verilməsi barədə düşünməyək...

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Peşə təhsili və ali təhsil sahələrində əməkdaşlıq...- ƏTRAFLI

Peşə təhsili və ali təhsil sahələrində əməkdaşlıq...- ƏTRAFLI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəblilərin narkoloji müayinədən keçirilməsi ajiotaj yarada bilər : ŞƏRH

Məktəblilərin narkoloji müayinədən keçirilməsi ajiotaj yarada bilər : ŞƏRH

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

“Azərbaycanda qadın hüquqları: tarixilik və müasirlik kontekstində” adlı tədbir keçirilib

“Azərbaycanda qadın hüquqları: tarixilik və müasirlik kontekstində” adlı tədbir keçirilib

ADPU-nun Quba filialında pedaqoji təcrübə hesabatı ilə bağlı görüş keçirilib

ADPU-nun Quba filialında pedaqoji təcrübə hesabatı ilə bağlı görüş keçirilib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

UNEC-də beynəlxalq konfrans keçirilib

UNEC-də beynəlxalq konfrans keçirilib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib