AzTehsil.com
RU


Xəbərlər
23 may 2024
404


Balakəndə “narkomaniyaya və erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib - FOTO




Mayın 22-də Balakən rayonu R.Hədisov adına Yeni Şərif kənd tam orta məktəbində Balakən Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilmişdir.


Tədbiri giriş sözü ilə açan Balakən RİHB-nın birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Turan Dibirov Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamından irəli gələn vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, müasir dövrdə ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıb.


Tədbirdə çıxış edən RPŞ-nın Qabaqçöl bölməsi üzrə rəisi Vilayət Allahverdiyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, DSX-nin Zaqatala üzrə hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin rəisi Məqsəd Məhərrəmov, Balakən Rayonu üzrə Təhsil Sektorunun metodisti Fərhad Bazarov əsrin bəlasına çevrilmiş narkomaniyanın və erkən nikahın fəsadlarından, həmin hallara qarşı aparılan mübarizə tədbirlərindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyası və hüquq-mühafizə orqanları rayon ərazisində mütəmadi olaraq zərərli vərdişlər və erkən nikahın fəsadları barədə maarifləndirmə tədbirləri həyata keçirdir. Həmin tədbirlərin sağlam həyat tərzinin təbliğində, gənclərin sağlam ruhda tərbiyə olunmasında, onların zərərli vərdişlərdən uzaqlaşmasında rolu böyükdür.


Daha sonra çıxış edən Balakən RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova və həkim Rəfail Ramazanov tədbir iştirakçılarına 3 böyük bəla olan alkoqolizm, siqaret çəkmək və narkomaniya barədə ətraflı məlumat verib, cəmiyyətin və gələcək nəsillərin sağlamlığını təhdid edən bu zərərli vərdişlər barədə iştirakçıları məlumatlandırıblar. Balakən RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Arzu Əliyeva isə erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu diqqətə çatdırıb.

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.















Загрузка...
Həmçinin oxuyun:
230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Balakəndə deputat Nəsib Məhəməliyevin təşəbbüsü ilə kənd futbolunun inkişafı ilə bağlı tədbir keçirildi

Balakəndə deputat Nəsib Məhəməliyevin təşəbbüsü ilə kənd futbolunun inkişafı ilə bağlı tədbir keçirildi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

LDU “Narkomaniyaya yox!” dedi

LDU “Narkomaniyaya yox!” dedi

Suraxanının polis rəisi məktəblilərə "Narkomaniya" adlı bəladan danışdı

Suraxanının polis rəisi məktəblilərə "Narkomaniya" adlı bəladan danışdı

Məktəblilərin narkoloji müayinədən keçirilməsi ajiotaj yarada bilər : ŞƏRH

Məktəblilərin narkoloji müayinədən keçirilməsi ajiotaj yarada bilər : ŞƏRH

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Suraxanı məktəbləri narkomaniyaya qarşı maarifləndirildi

Suraxanı məktəbləri narkomaniyaya qarşı maarifləndirildi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

Balakəndə orta məktəbdə yanğın olub

Balakəndə orta məktəbdə yanğın olub

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası