Xəbərlər
05 fevral 2017
3 450


ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

 

2 fevral 2017-ci il tarixində Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Quba Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənclər Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir Quba şəhərində yerləşən Yay sarayında keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının nümayəndələri də iştirak ediblər. Tədbir iştirakçıları öncə təşkil olunmuş sərgi ilə tanış olub, 2016-cı ildə Quba gənclərinin uğurları ilə tanış olublar. Sonra tədbiri giriş sözü ilə açan Quba RİH-in başçısı Yaşar Məmmədov gənclərə göstərilən dövlət qayğısından, gənclərimizin müasir dövrdə xalqımıza, dövlətimizə xidmət edən fəallıqlarından, əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib.
 

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

 

Tədbirdə həmçinin rayonun ictimai həyatında fəal iştirak edən, öz uğurları ilə seçilən gənclər Quba RİH-in başçısı Yaşar Məmmədov və Quba Rayon Gənclər və İdman İdarəsinin müdiri Mustafa Nöhbalayev tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Mükafat və diplom alan gənclər arasında filialın Tələbə Gənclər Təşkilatının (TGT) sədri İlkin Xanlarzadə, fəal tələbələri Elvin Seyfəddinov, Raman Kərimov və digərləri də olublar. Filialın "Tarix və coğrafiya müəllimliyi” ixtisasının III kurs tələbəsi Elvin Seyfəddinov multikulturalizmlə bağlı layihənin təşkilatçısı kimi "İlin ən fəal gənci” mükafatına layiq görülüb.
Tədbir bədii hissə ilə başa çatıb.
Məqalə Göndər








Загрузка...