AzTehsil.com


Xəbərlər
25 oktyabr 2017
4 790


Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO



Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bakıda 20 yanvar, 3-cü mikrorayon və Nizami rayonu ərazisində apteklərdə narkotik tərkibli dərmanlar yeniyetmə, gənclərə reseptsiz satılır.


Bu günlərdə mətbuatda oğlu və yaxın qohumları belə apteklərin "toru”na düşən bir qadının çəkdiyi video vəziyyəti çılpaqlığı ilə göstərmiş oldu. Həmin görüntülər Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 11 A ünvanında (3-cü mikrorayon dairəsinin yaxınlığı) yerləşən "Optika” adlı aptekdə çəkilib. Qiyməti 5 manatdan çox olmayan "Tramal”, "Kontramal” adlı dərmanlar burada yeniyetmələrə 10 manata satılır. Videonu çəkən qadın bu dərmanların gənclərdə narkotik asılılıq yaratdığını bildirir.


İnternetdə kiçik bir axtarış zamanı bəlli oldu ki, Bakıda bu cür apteklərin sayı heç də az deyil. Həmin apteklərdə bu dərmanlarla yanaşı, qıcolma əleyhinə, "Lirika”, depressiyanın müalicəsi üçün "Koaksil” də gənclərə reseptsiz satılır. Düzdür, Səhiyyə Nazirliyi 2013-cü ilin yanvarından "Lirika” preparatının fayda və risk nisbətlərinin monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər bu həblərin satışını dayandırılıb və dövlət qeydiyyatından çıxarıb. Bu həblərdən 17 yaşından aşağı uşaqlar istifadə edə bilməzlər.


Bəs bu dərmanları qəbul edənlərdə hansı dəyişiklər baş verir?


Məsələn, "tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malikdir və yalnız həkim göstərişi əsasında satılmalıdır. Bu preparatdan ancaq güclü ağrısı olanlar, xərçəng xəstələri istifadə edə bilərlər. "Tramal” dərmanının əlavə təsirindən biri asılılıq yaratmasıdır. Bu dərmanların əlavə təsirləri: eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur.


Həmçinin başgicəllənmə, baş ağrısı, zəiflik, yorğunluq, nasazlıq, paradoksal CNS stimullaşdırılması (əsəbilik, təşviqat, anksiyete, tremors, əzələ spasms, euphoria, emosional davamsızlıq, varsanılar), yuxululuq, yuxu pozuqluqları, qarışıqlıq, koordinasiya fəsadları, mərkəzi mənşəli nöbet (yüksək dozada tətbiqi və ya antipsikotik (nöroleptikler), depressiya, yaddaşsızlıq, dəyərsizləşmiş idrak funksiyası kimi əlamətlər yaranır. Dərman qəbulundan sonra 15-30 dəqiqə ərzində təsir göstərir və 6 saat davam edir.


"Lirika” adlı dərmanı isə artıq dozada qəbul zamanı eyforiyaya səbəb olur və hərdən qavrama pozğunluğu (illuziya, hallusinasiya) ilə müşahidə olunur. Narkotik maddə ilə birlikdə qəbulu narkotik maddənin narkogenlik xüsusiyyətini artırır. Mütəmadi qəbul isə asılılığın yaranmasına, "şəxsiyyətin deqradasiyası"na gətirib çıxardır.


"Koaksil” qısa zamanda asılılıq yaradır və çətinliklə aradan qaldırılır. Bu zaman xəstələr aşağı ətraflarda, oynaqlarda olan ağrılar, ayaq əzələlərində qıcolmalar, üşütmə, tərləmə, əhval-ruhiyyənin enməsi və yuxu pozğunluğundan şikayətlənirlər.

Təsirləri narkotik vasitələrin təsirindən fərqlənməyən bu dərmanların yeniyetmə və gənclərə bu qədər rahatlıqla satılmasının yarada biləcəyi fəsadları təxmin etmək isə çətin deyil.


Aztəhsil.com publika.az-a istinadən xəbər verir ki, şikayət olarsa... Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova açıqlamasında mətbuatda yayılan videogörüntülərin yeni olmadığını, həmin aptekin fəaliyyətini dayandırdığını bildirdi.


Apteklərdə bu gün həmin dərmanların satışına nəzarətə gəldikdə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova Publika.az-a bildirib ki, onlar yalnız reseptlə satıla bilər:


"Bu cür dərmanların satışı üçün aptekin mütləq lisenziyası və Daxili İşlər Nazirliyindən icazəsi olmalıdır. Əgər bu sənədləri yoxdursa, aptek belə dərmanları sata bilməz. Bu dərmanların yalnız reseptlə satışına icazə verilir. Nadir xəstəliklərdə, narkotik tərkibli, güclü təsiredici dərmanlarla bağlı xüsusi siyahı var ki, onlar yalnız reseptlə satılır. "Tramal” da güclü təsiredici dərmanlar siyahısına daxildir”.


Bu cür satış həyata keçirən apteklərə qarşı görülən tədbirlərə gəldikdə E.Ələkbərova son iki ildir ki, yoxlamaların dayandırıldığını xatırladır: "Ona görə də apteklərlə bağlı yoxlamalar aparılmır. Yalnız vətəndaş dəqiq ünvan və adın qeyd olunduğu şikayət ərizəsi ilə müraciət etdiyi halda araşdırma aparıla bilər. Bu zaman araşdırma Səhiyyə və Daxili İşlər Nazirliyi tərəfindən aparılır”.


Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyev Publika.az-a açıqlamasında bildirib ki, ağrıkəsici kimi istifadə edilən dərmanların hamısının narkotik tərkibi var.


"Bu dərmanlar qəbul edənlərdə ağrını götürür. Əsasən, "Tramal”ı narkotik asılılığı olan insanlar qəbul edir. Narkotik maddədən asılılıq səbəbindən yaranan ağrıları aradan qaldırmaq, eyforik vəziyyətə çatmaq üçün bu dərmandan istifadə edirlər. "Lirika” son vaxtlar xüsusilə qızlar arasında çox yayılmış bir dərman idi. Bu dərmanı qəbul edən insanda eyforik hal yaranır, bir neçə saat müddətində əhval ruhiyyəsi dəyişir. Bu dərmanlardan istifadə etməklə onlar həm də həyatlarını riskə atırlar. Çünki, bu zaman bədəndə problemlər yaranır. İnsanlar dərk etmədən bu həbləri qəbul etməklə ondan asılı olur. Özlərində olmayan yeni bir xəstəlik yaradırlar”.


M.Əliyevin sözlərinə görə, bu hallar daha çox savadsızlıq və məlumatsızlıqdan irəli gəlir:


"Düşünürəm ki, dərmanların satışında ehtiyatlı olmaq lazımdır. Bu sahədə nəzarət tədbirlərinin daha da sərtləşdirilməsi vacibdir. Yeniyetmə və gənclərin aptrekləri asanlıqla əldə etməsi qanunla qadağandır. Həmin apteklər bu cür satışa görə məsuliyyət daşıyırlar. Hər bir insanın vətəndaş məsuliyyəti var.


Aptek sahibləri bu dərmanları gənclərə reseptsiz satmağın nə qədər təhlükəli olduğunu başa düşürlər. Bu dərmanları asanlıqla gənclərə satmaq cinayət məsuliyyəti yarada biləcək haldır. Onlar gəncliyə qarşı belə bir terroru törədilməsinin təhlükəsini dərk etməlidirlər. Bu kimi tibbi təyinatı olan həblər ağır xəstələr üçün vacibdir.


Bu xəstələr üçün həmin həblərin satışı qanunidir. Lakin bu dərmanların gənc və yeniyetmələrə satışı onları böyük bir problemlə üz-üz qoyur. Narkomaniya ilə mübarizə aparmaq istəyiriksə, hər bir vətəndaş məsuliyyətini dərk etməlidir”.


Hazırkı durumda Analitik Ekspertiza Mərkəzi apteklərdə yalnız vətəndaşların şikayəti əsasında yoxlama aparması apteklərdə bu dərmanların rahatlıqla satılmasına həm də imkan yaratmış olur.


Axı şikayəti kim edəcək?


Alan razı, satan razı. Amma şübhə yoxdur ki, bu apteklərin ətrafındakı iaşə obyektləri, eləcə də, digər aptek sahibləri bundan xəbərdardır. Yeganə şərt onların vətəndaş mövqeyi orta qoyub, həmin aptekləri ifşa etməsidir.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, telefona cavab verilmədi.




Загрузка...
Həmçinin oxuyun:
Suraxanının polis rəisi məktəblilərə "Narkomaniya" adlı bəladan danışdı

Suraxanının polis rəisi məktəblilərə "Narkomaniya" adlı bəladan danışdı

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

Bu yumurta xərçəngin QARŞISINI ALIR- DİQQƏT

Bu yumurta xərçəngin QARŞISINI ALIR- DİQQƏT

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Qan verməyin faydaları

Qan verməyin faydaları

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi

ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi

AMEA 20 milyona zəhər satmaq üçün alıcı axtarır

AMEA 20 milyona zəhər satmaq üçün alıcı axtarır

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

Boğaz ağrısına faydalı olan bitki çayları

Boğaz ağrısına faydalı olan bitki çayları

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Mikayıl Cabbarovun təhsil biznesi: Dərs vəsaitləri məcburi satılır?

Mikayıl Cabbarovun təhsil biznesi: Dərs vəsaitləri məcburi satılır?

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır