AzTehsil.com


Kurikulum / İnnovasiyalar / Müəllim
30 oktyabr 2016
27 108


Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları



Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

 Motivasiya.- Fəal dərsdə motivasiya dərsin vacib komponentidir. Təfəkkür prosesini hərəkətə gətirən və şagrdlərin idrak fəallağına təkan verən prosesdir. Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və müstəqilliyidir. Uşaq öz fikrini "Zənnimcə”  , "Mənə belə gəlir ki” , "Mən belə hesab edirəm ki” sözlərindən istifadə etməklə ifadə edir.


 Müəllim motivasiyanı  düzgün qurubsa , oun dərsinin 50%-i yerinə yetirilmiş sayıla bilər.

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ?

1.Problemi qoymaq  üçün  sual və tapşırıq verilir-yönəldici suallar təklif olunur – tətqiqat sualı çıxarılır-fərziyyələr irəli  sürülür.


2. Fəal dərsin birinci elmenti olan motivasiyanı həyata keçirmək nə üçün lazımdır? Motivasiya- dərs ərzində  şagirdin idrak fəallığına təkan verən prosesdir və  dərsin vacib komponentidir. Onun yaradılması və həyata keçirilməsi o qədər də asan iş deyil və dərsin nəticəsi onun müvəffəqiyyətlə həyata keçirilməsindən asılıdır.


3. Dərsdə tətqiqat sualının hansı rolu  var?

Şagirdin qarşısında problem qoyulursa  o zaman onda idrak fəallığı yaranır.


4.Motivasiyanı yaradan daha hansı amillər var? 

– Müxtəlif fərziyələri yaradan problemli situasiya;

– obyektin xüsusiyyətləri ( qeyri-adilik , sərbəst düşüncə və maraq yaradan ) ;

–Tətqiqat imkanının olması ;

_Yaradıcılıq imkanının olması.


 


Motivasiyanın quruluşu:

Yeni bilik ilə əlaqəli məqsəd

Yönəldici suallar, tapşırıqlar

Tətqiqat sualı. Dərsin əsas məqsədini əks etdirir: tədqiqat sualı= məqsəd; adətən bir sual olur. Dərsin sonunda ona qayıtmaq vacibdir.

                                          Motivasiyanın yaradılması yolları:

Motivasiyanın yaradılmasının bütün mümkün yollarının 3 əsas qrupa bölmək olar:

1.Rəmzi ( simvolun)   materialın şərhi. Bu rəsm, fotoşəkil, simvol, melodiya,  ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və.s ola bilər.

Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara  cavab verməyi təklif edir  " Bu  nəyi bildirir? ", "Bunun  bizim öyrəndiyimiz mövzuya  nə kimi aidiyyəti var”?


2.Sual verməyə həvəsləndirmə, təfəkkür prosesini aktuallaşdıran sualların 3 növü mövcuddur:

Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar. Suallar verilib qutardıqdan sonra onların arasında  mövcud tətqiqata uyğun  olanlarını seçib  ayırırlar.

Müəllimə  yalnız bu qalır ki , tətqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst  ifadə etməyə yönəltsin.

Açıq suallar, yəni iki və daha çox  cavab variantı olan suallardan istifadə olunur

Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir.

                                   Motivasiya zamanı buraxılan səhvlər:

Səhv 1. Müəllim motivasiya qismində real problem əvəzində bir həll variantı olan çalışmadan istifadə edir. Bilmək lazımdır ki, idrak motivasiyanı  doğuran mexanizm-problemdir.

Səhv 2. Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan və ya  onun  təqdimatı üsullarından istifadə edir. Həvəsləndirci material şagidlərdə nə qədər maraq oyatsa da o , yalnız şagirdlərin qeyri-iradi diqqətini cəlb etməyə xidmət edir, lakin təfəkkürü oyada və fəallaşdıra bilmir.





Загрузка...