Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.
Tənqidi təfəkkür, aldığı, anladığı biliklərin şagird tərəfindən yoxlanılması, qiymətləndirilməsi, inkişaf etdirilməsi və tətbiqi prosesi getdikcə inkişaf edir. faktların yadda saxlanılması və müəyyən ideyaların anlaşılması prosesi tənqidi təfəkkürün lazımi ilk şərtlərindən biridir. Ənənəvi metodlar adətən anlama prosesinin birinci mərhələsi ilə kifayətlənir. Lakin çalışıb sonrakı mərhələlərə də keçmək lazımdır. Tənqidi təfəkkürdə yaradıcı təfəkkürün bir çox elementləri vardır. Blum taksonomiyası deyilən interaktiv üsul məhz idrak prosesinin səviyyəsini nəzərə alaraq onun qurulması metodikasını təmin edir:
Hafizəni yoxlayan suallar (formal səviyyəli sual) – məlumatın xatırlanmasını nəzərdə tutur.
Qiymətləndirici suallar. Bu tipli sualların qoyuluşu şagirdlərdə rəy və mühakimə yürütmək bacarığını formalaşdırır. Qiymətləndirici suallar müəyyən bir fakta, prosesə görə lehinə, yaxud əleyhinə mühakimə yürütmək tələb edir. «Yaxşıdır, yoxsa pis? Niyə» kimi suallar qoyula bilər.
Təhliledici, analizedici suallar. Belə suallar ümumi anlayışların kiçik hissələrinin baxılmasını nəzərdə tutur. Alınmış informasiyanı hissə-hissə analiz etməyə imkan verir. Məsələn, «O nədən ibarətdir?» kimi suallar qoyula bilər.
Sintezedici suallar. Qeyri-adi, orijinal formada qoyulmalıdır. Məsələn, «Təsvir et, müqayisə et, o nə ilə oxşar və ya fərqlidir?» kimi .
Tətbiqi suallar. Belə suallar problemin həllini, ümumiləşdirmə aparmağa imkan yaradır. Tətbiqi suallar şagirdlərə problemləri həll etmək imkanı verir. Aldıqları informasiyanı nə dərəcədə qəbul etdiklərini və əlaqədar problemləri necə həll etdiklərini müəyyən etmək olar. «Ondan necə istifadə edə bilirsiniz?» kimi suallar qoyula bilər.
Çevirmə və interpretasiya sualları. Belə tərzdə qoyulan suallar informasiyanın yeni formalara çevrilməsini nəzərdə tutur. İdeyalar arasında qarşılıqlı əlaqə yaratmaq imkanı verir. Məsələn: «O sizə nəyi xatırladır?» kimi sual qoyula bilər. Çevirmə suallar öyrəncidən informasiyanın formasını dəyişməyi tələb edir. İnterpretasiya sualları şagirdlərə faktlar, təriflər və dəyərlər arasında əlaqəni tapmaq üçün verilir. Suallara cavablar sadədən mürəkkəbə doğru ardıcıllıqla verilməlidir. Belə müxtəlif tərzdə qoyulan suallardan daima istifadə etmək lazımdır.
Venn diaqramı
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir
Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur
Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir