AzTehsil.com
EN


Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
11 dekabr 2017
4 523


İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə



Tarixən pedaqoji tətqiqatlar göstərmişdir ki, tədrisdə, pedaqoji prosesdə qiymətləndirmə mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanda qiymətləndirmənin tarixi XIX əsrə təsadüf edir. Belə ki, şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi tarixən Azərbaycan pedaqoji ictimaiyyətinin diqqət mərkəzində olmuş, bu sahədə ilk tədqiqatlar Məmməd Tağı Sidqi tərəfindən aparılmış və 1892-ci ildə Ordubad şəhərində təsis etdiyi "Əxtər” adlı məktəbdə tətbiq edilmişdir. 


Məsələn, bəzi mövzulara aid nümunələr göstərmək olar: 


"Sadə həndəsi fiqurların öyrədilməsi” mövzusu keçildikdən sonra həmin dərsdə fəal olan şagirdlər dəyərləndirilə bilər. Müəllim yeni mövzunu izah edərkən sual-cavabda aktiv olan şagirdlərə dərsin sonunda həmin fiqurların modellərini hədiyyə edə bilər.


Bu dəyərləndirmənin müsbət nəticəsi olaraq deyə bilərik ki, sonrakı dərslərdə digər şagirdlər də yeni mövzuların izahı zamanı fəal olmağa çalışacaqlar. Müəllim bu üsuldan istifadə etməklə şagirdlərin dərsə marağını, diqqətini artırmış olacaqdır.


"Ədədlərin müqayisəsi < > = ” mövzusunu da keçərkən müəllim müstəqil işlərin nəticəsini qiymətləndirərkən fərqlilik edə bilər. Səhvi olmayan şagirdləri > =, 40-8 səhvi olanları isə < 40-9 işarəsi ilə qiymətləndirə bilər. 


Bundan başqa, hər hansı oxu materialının soruşulub qiymətləndirilməsində müəllim yenilik edə bilər. Məsələn, kim hekayəni düzgün danışsa, səhvi olmasa bütün sinif həmin şagirdi alqışlayacaq. Burda əsas məqsəd bütün sinfin danışana diqqətlə qulaq asması və həmçinin şagirdlərin bir-birlərini dəyərləndirməsidir.


Alternativ qiymətləndirmə üsullarına əlavə olaraq şagirdlərin vəzifələndirilməsini də qeyd etmək olar. Belə ki, dərsdə fəal olan şagirdlərə hər hansı vəzifə verilməsi. Məsələn: vəzifələndirilən şagird sinfin təmizliyinə nəzarət etməli, müəyyən işlərində müəllimin yardımçısı olmalı və s. Bu üsul da şagirdlərdə müəyyən xüsusiyyət və keyfiyyətləri, eləcə də kiçik yaşlardan idarəçilik qabiliyyətlərini üzə çıxaracaqdır.


Əlavə olaraq cəzalandırılaraq dəyərləndirmə üsulunu da misal göstərmək olar. Məsələn, şagirdlərə bildirilir ki, səhvi olan şagirdə müxtəlif cəzalar veriləcək. Yəni, dərs danışan şagird səhvə yol verərsə digər şagirdlər tərəfindən deyiləni edəcək. Cəza olaraq ya şeir, ya mahnı, ya nağıl və s. söyləyə bilər. Bu üsulda cəza yumşaq xarakter daşıyır. Cəzalandırılaraq dəyərləndirmədən qrup işlərində də istifadə etmək olar.


Alternativ qiymətləndirmə üsullarından istifadə şagirdlərdə dərsə marağın artırılmasında, həm də təlimin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Çünki qiymətləndirmə, dəyərləndirmə şagirdləri daha diqqətli olmağa, verilən tapşırıqlarını səylə yerinə yetirməyə sövq edir, onlarda səliqəli, özünə tələbkar olmaq və həmçinin kollektivçilik kimi keyfiyyətləri formalaşdırır.




Загрузка...
Həmçinin oxuyun:
Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

HƏMKARA DƏSTƏK kitabından testlər  I TEST

HƏMKARA DƏSTƏK kitabından testlər I TEST

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri