Qiymətləndirmə və ya refleksiya
Fəal dərsin fərqli mərhələlərindən biri refleksiya mərhələsidir. Refleksiya¬nın nəticəsində şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur. Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prose¬sinin refleksiyası biliklərin mənimsənil-məsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.
Fəal dərsin quruluşu tədqiqat prosesinin mərhələlərini xatırladır (təlim prosesinin mərkəzi tətqiqatdır) ənənəvi dərs illüstrativ-izahedici xarakter daşıyır (təlim prosesinin mərkəzi- mühazirədir)
ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırıldığı halda, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin özü vasitəsi ilə əldə edilir
hər iki dərsdə tətbiq etmə mərhələsi axırda olur, lakin fəal dərsdə bu mərhələ daha yaradıcı xarakter daşıyır
Qiymətləndirmənin istiqamətləri
Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur. Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır:
beynəlxalq qiymətləndirmə;
milli qiymətləndirmə;
məktəbdaxili qiymətləndirmə.
Beynəlxalq qiymətləndirmə :
•Beynəlxalq standartlara əsaslanır.
•Cəmiyyətdə inteqrasiya prosesinin nəticəsi kimi təzahür edir.
•Hər bir ölkənin vətəndaşına digər ölkədə təhsil alma imkanı yaradır.
•Beynəlxalq və milli ekspertlər tərəfindən keçirilir.
Milli qiymətləndirmə:
•Təhsil Nazirliyi tərəfindən keçirilir.
•Bütün pillələr və səviyyələr üzrə təlim nəticələrinin səviyyəsini müəyyən etmək məqsədi ilə aparılır.
Məktəbdaxili qiymətləndirmə:
•Diaqnostik - ( ilkin səviyyənin qiymətləndirilməsi)
•Formativ - (irəliləmə və geriləmələrin izlənilməsi)
•Summativ - ( böyük və kiçik)
Qiymətləndirmə müxtəlif üsullara həyata keçirilir. Bu prosesdə müxtəlif qiymətləndirmə vasitələrindən istifadə olunur. Qiymətləndir¬mənin məqsədindən asılı olaraq üsul və vasitələr dəyişir.
Qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri
1.Qiymətləndirməni əvvəlcədən planlaşdırılması. Dərs hazırlayan zaman qiymətləndiriləcək fəaliyyəti planlaşdırmaq üçün məqsədləri müəyyən edin. Hansı qiymətləndirmələrdən və hansı vaxt ərzində isti-fadə edəcəyinizi planlaşdırın. Qiymətləndirmə bir sıra təlim nəticələrini əhatə etməlidir.
2.Qimətləndirmənin tez-tez aparılması.Təlim fəaliyyətində şagirdin səviyyəsini düzgün müəyyənləşdirmək üçün prosesdə kifayət qədər qiymətləndirmələr aparın.Tez-tez aparılan qiymətləndirmələr müəllimə imkan verir ki,proses davam etdikcə sinifdə olan inkişafı müəyyən etsin və bunun vasitəsilə də təlim metodologiyası ilə bağlı zəruri qərarları qəbul etsin.
3.Fərqli qiymətləndirmə vasitələrindən istifadə olunması. Şagird-lərin hamısı öz qabiliyyətini konkret bir şəkildə göstərə bilmir.Bəzi şagirdlər yazı işlərini yaxşı yerinə yetirir,digər şagirdlər konkret layihə üzərində işləyərkən özünü göstərə bilir.Odur ki, qiymətləndirmə vasitələrini hazırlanmasında yaradıcı cəhət ön planda dayanmalıdır.
4.Qiymətləndirmə nəticələrinin qeydə alınması. Qiymətləndirmə nəticə¬sində şagirdlərin təlim fəaliyyəti haqqında vaxtında və düz-gün qeydiyyat aparın. Qiymətləndirmənin tarixi, vaxtı, təsviri, şagidlər barədə məlumat və ayrı – ayrı şagirdlərin göstəriciləri ilə bağlı əlavə qeydləri dəqiq yazın. Düşüncələrinizi və qənaətlərinizi qiymətlən¬dirmədən sonra deyil, qiymətləndirmə zamanı yazın. Bu subyektivliyi azaldır.
5.Nailiyyətlərin qiymətləndirilməsi zamanı nailiyyət faktorları (dav¬ra¬nış, münasibət, çalışqanlıq, motivasiya) arasında fərqin müəyyən olunması.
6.Hər bir qiymətləndirmənin nisbi çəkisinin aydın şəkildə müəyyən olunması.
7.Fəaliyyət meyarlarını əhatə edən rubriklərin hazırlanması.
HƏMKARA DƏSTƏK I kitabından