Deputat: Müəllimlərin tədqiqatla məşğul olması üçün qrantlar ayrılmalıdır
Universitetlər dünyada öz rolunu dəyişib. Əvvəllər onlar yalnız təhsillə məşğul olurdular. Lakin son illərdə Qərb, indi isə Asiya ölkələrində universitetlər tədqiqat və innovasiya mərkəzlərinə çevrilib. Bu qurumlar artıq texnoloji yeniliklər və kəşflər edir, onları kommersiyalaşdıraraq bazara çıxarır və bununla da iqtisadi inkişafı stimullaşdırırlar”.
AzTehsil.com xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib.
O bildirib ki, universitetlərdə yaradılan texnoparklar bu dəyişikliyin nümunəsidir. Şirkətlər universitetlərlə əməkdaşlıq edir, vergi güzəştlərindən faydalanır, müasir laboratoriyalardan və təhsil resurslarından istifadə edirlər. Nəticədə biznes və ali məktəblər birləşərək innovasiya və texnoloji inkişafı irəli aparır:
“Hazırda bizim universitetlərdə, əsasən, klassik yanaşma hökm sürür, yalnız tədris fəaliyyətinə diqqət yetirilir. Ənənəvi olaraq, ölkəmizdə tədqiqatların böyük hissəsi Milli Elmər Akademiyasında aparılır. Bu, sovet dövründən miras qalmış bir sistemdir. Universitetlərdə tədqiqat üçün nə ayrıca fondlar mövcuddur, nə innovasiya işləri aparılır, nə də kommersiyalaşdırma fəaliyyətləri həyata keçirilir.
Universitetlər öz rolunu yalnız tədrisdə görür və bazara yeni məhsulların çıxarılması, kəşflərin edilməsi, innovasiyaların tətbiqi kimi məsələlərə diqqət yetirmirlər”.
Onun fikrincə, bu yanaşma dəyişilməlidir. Universitetlərdə yeni imkanlar yaratmaq, tədqiqat fondları təsis etmək lazımdır. Müəllimlərin tədrislə məşğul olması ilə yanaşı, tədqiqat işləri apara bilməsi üçün də qrantların ayrılması təmin edilməlidir:
“Beləliklə, həm innovasiyanı, həm də ölkəmizin iqtisadiyyatını irəli apara bilərik. Universitetlərin biznes mühitinə inteqrasiya olunması isə bu prosesin mühüm bir hissəsini təşkil edir. Burada, əsasən, müəllimlər, tədqiqatçılar və gənc alimlərdən söhbət gedir. Lakin startap və innovasiya layihələrində tələbələrin iştirakı da vacibdir. Tələbələr belə layihələrə qoşulduqda onlarda tədqiqatlara maraq yaranır və nəticədə gənc kadrlar yetişir”.
Fariz İsmayılzadənin sözlərinə görə, hazırda elm sahəsində gənc kadrların azlığı müşahidə edilir. Elmi araşdırmalarla əsasən yaşlı nəsil məşğuldur:
“Lakin bu cür layihələr və universitetlərin tədqiqat fəaliyyəti vasitəsilə gəncləri də bu işlərə cəlb edə bilərik. Burada həm şəffaflıq, həm də rəqabətə əsaslanan idarəetmə üsulu olmalıdır. Ən yaxşı layihələr, qrantlar və elmi potensiala malik araşdırmalar dəstək almalıdır”.
Deputat əlavə edib ki, əgər tədqiqatların sayı artarsa, elmi nailiyyətlərin sayı da çoxalar və bu, universitetlərimizin reytinqinə müsbət təsir edər. Eyni zamanda, nəşrlərin sayı çoxalar, alimlərimizin reputasiyası yüksələr və beynəlxalq səviyyədə ikitərəfli və çoxtərəfli tədqiqat layihələrinin həyata keçirilməsi üçün imkanlar yaranar.
Qeyd edək ki, universitetlərdə tədqiqat fondlarının yaradılması təşəbbüsünü deputat Fariz İsmayılzadə Milli Məclisin martın 14-də keçirilmiş plenar iclasında da səsləndirib.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Uğurlu təhsil islahatlarının banisi

Pedaqoji Lüğət

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil mürəkkəb dinamik sistemdir

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Distant təhsilə doğru ilk addımlar

Repetitorlar nazirlik tərəfindən rəsmi sertifikasiyadan keçməlidir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”