Kamran İsmayılov: Təhsil sahəsində antikorrupsiya davranış modelinin formalaşması əsas məqsəddir
Kamran İsmayılov: Təhsil sahəsində antikorrupsiya davranış modelinin formalaşması əsas məqsəddir.
“Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda təhsil müəssisələrində korrupsiya ilə mübarizə tədbirləri prioritet istiqamət kimi götürülüb”.
AzTəhsil.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov Abşeron-Xızı Regional Təhsil İdarəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda keçirilən görüşdə deyib.
O bildirib ki, hər il elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə tədbirlər planı təsdiq olunur: “Təhsil sahəsində antikorrupsiya davranış modelinin formalaşması əsas məqsəddir. Bu istiqamətdə biz ötən ildən başlayaraq Baş Prokurorluqla çox ciddi əməkdaşlıq edirik. Ötən il Baş Prokurorluğun Elm və Tədris Mərkəzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə 2 günlük təlim keçirmişik. Bu tədbiri indi Abşeron-Xızı Regional Təhsil İdarəsində keçiririk, növbəti günlərdə isə Quba-Xaçmaz Regional Təhsil İdarəsində təşkil olunacaq”.