AzTehsil.com

Cəmiyyət / Xəbərlər / Ziyalılar
27 fevral 2025
316

Ortaq dəyərlər və birgə məqsədlər uğurlu gələcəyə aparır



AzTehsil.com - Azərbaycanla Pakistan arasında tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərə dayanan sıx əlaqələr mövcuddur. Bu iki ölkə bölgə və qlobal problemlər üzrə ortaq maraqlara və oxşar baxışlara sahibdir. Pakistan, 12 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Diplomatik əlaqələr isə 9 iyun 1992-ci ildən etibarən qurulmuşdur. 1993-cü ilin 12 martında Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda daimi nümayəndəliyi fəaliyyətə başlamışdır. 9 aprel 1996-cı ildə Ulu öndər Heydər Əliyevin Pakistana rəsmi səfəri zamanı iki ölkə arasında 9 sənəd imzalanmışdır. Azərbaycan və Pakistan dövlət rəsmiləri Kəşmir məsələsində və Dağlıq Qarabağ münaqişəsi zamanı bir-birilərini dəstəklədiklərini bəyan etmişlər. Pakistan müstəqil Azərbaycanın hər zaman dəstəkləyicisi olmuş, Qarabağın işğalını beynəlxalq səviyyədə qınamış və ölkəmizlə olan geosiyasi və strateji maraqları müdafiə etmişdir. Həmçinin, Pakistan Ermənistanla diplomatik əlaqələr qurmayaraq onu dövlət olaraq tanımamış, Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Cari ilin 23 fevral tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizə səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə görüş keçirilib və hər iki lider mətbuata bəyanatlarla çıxış ediblər.


Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında olduqca vacib məqamlara toxunub. Dövlətimizin başçısı bildirib ki, bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq: “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.


Dövlətimizin başçısı qeyd etdi ki, bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur: “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”.


Baş nazir Məhəmməd Şahbaz Şərif bəyanatında Azərbaycan-Pakistan əlaqələrinin dostluq və qardaşlıq üzərində qurulduğunu vurğulayıb. O, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanın iki ölkə arasında siyasi, hərbi və iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib. Baş nazir, həmçinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və gələcəkdə də bu dəstəyi davam etdirəcəklərini bildirib.


Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla yanaşı, Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlətlərarası münasibətlər yalnız iki ölkənin maraqları ilə məhdudlaşmır, həm də regionda sülh və sabitliyin qorunmasına mühüm töhfə verir. Bu dostluq əlaqələri növbəti illərdə daha da dərinləşəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.


Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Azərbaycan xalqına bəxş edilən ən böyük miras: Gələcək üçün görülən işlərin simvolu

Azərbaycan xalqına bəxş edilən ən böyük miras: Gələcək üçün görülən işlərin simvolu

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi

Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi