AzTehsil.com


Xəbərlər / Müəllim
12 iyun 2020
1 291


Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi



Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi

 

Keşməkeşlərdən keçən şərəfli ziyalı ömrü

Bəşəriyyətə insan adı məlum olan vaxtdan indiyə kimi tarix bir çox simaların şahidi olmuşdur. Bu simalardan Neron, Napoleon, Hitler, Stalin kimi imperatorlar tarixə misli görünməmiş fəlakət və müsibətlər acısı yaşatmışlar. Arximed, Kopernik, Nyuton və Eynşteyn kimi dahilər dünyanın dərk təsəvvürlərini kökündən dəyişə biləcək dərəcədə ixtira və kəşflər bəxş ediblər. Şah İsmayıl Xətai, Nadir şah, Bismark, Pyotr, Atatürk, Heydər Əliyev kimi dahi şəxsiyyətlər isə dövləti yoxdan var edərək xalqa xidmət, Vətənə sevgi və millətə bağlılıq nümunələri göstəriblər. Belə dahilərdən ərmağan qalan Vətəni isə vətən övladları qorumalıdır.

Ümumiyyətlə, hər bir insanın Vətən adlanan coğrafi bir məkanı olmalıdır. Bu Vətənin keşiyini və təəssübünü çəkmək isə onun vətəndaşlarının müqəddəs və şərəfli borcudur. Həmin müqəddəs borcları daim düşünən və bu yolda zəhmətini, bilik və bacarığını heç bir vaxt əsirgəməyən şəxsiyyətlərdən biri də dərin tarixi bilik və yaddaşın sahibi İmrayıl müəllim idi.

İmrayıl Mustafa oğlu Alıyev 16 iyun 1940-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Uşaqlıq illəri dəhşətli İkinci Dünya müharibəsinin acı illərinə təsadüf etmişdir.  

1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filoloji fakültəsinə qəbul olan gənc İmrayıl müəllimləri Əbdüləzəl Dəmirçizadənin, Mikayıl Rəfilinin, Şıxəli Qurbanovun, İsmayıl Şıxlının və digər müəllimlərin oxuduğu mühazirələrdən həvəslənərək elmi mütaliəyə başlamışdır. Elmi ədəbiyyatların sistemli şəkildə araşdırılması və öyrənilməsi istiqamətində aspiranturada təhsil alan Həsən Mirzəyevin və tələbə yoldaşı Yasin Qaraməmmədlinin köməkliyi olmuşdur. İmrayıl müəllim özünün dünyagörüşünün formalaşmasında və gənc pedaqoq kimi püxtələşməsində institut müəllimlərinə borclu və minnətdar olduğunu, savadlı və istedadlı tələbə yoldaşları haqqında tələbələrinə danışardı.

İnstitutu uğurla bitirdikdən sonra bir müddət Yardımlı rayon Vəlixanlı kənd orta məktəbində müəllim işləyib. 1963-cü ildən Qazax rayonunun Yuxarı Salahlı kənd orta ümumtəhsil məktəbində tarix və dil-ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Müəllimlik fəaliyyəti dövründə şagirdlərə mükəmməl savad vermək, onları milli vətənpərvərlik ruhunda tərbiyələndirmək və maarifləndirmək yolunda əzmlə çalışmışdır. Məhz bu fəaliyyətin nəticəsi idi ki, məktəbin onlarca şagirdi onun təbliğ etdiyi yolu davam etdirərək ölkəmizin və keçmiş ittifaqın qabaqcıl ali məktəblərinə qəbul olaraq daim müəllimlərinə minnətdar olmuşlar. Tələbələrindən Şahmalı Məmmədov, İsmayil Umudlu, Musa Vəliyev, Məzahir Vəkilov, Məmmədhəsən Vəkilov, Mahmud Qocayev və digərləri İmrayıl müəllimin onların həyatında oynadiğı mühüm rolu həmişə iftixar hissi ilə dilə gətirirlər. İmrayıl müəllim də həmişə həmin tələbələri ilə görüşər və çoxlu polemikalar edərdilər.

O, hərbi xidmətdən gəldikdən sonra tələbəlikdən dostluq etdiyi Həsən Mirzənin və müəllimi İsmayıl Şıxlının məsləhəti ilə elmi fəaliyyətini davam etdirmək üçün aspiranturaya qəbul olmaq istəyirdi. Lakin atası Mustafa kişi dünyasını dəyişdikdən sonra ailənin ağır yükü onun çiyinlərinə düşdüyündən bu yoldan məcburən uzaqlaşmışdı.

İmrayıl müəllim elmi dərəcə, elmi ad almasa da, elm və təhsil yolunda qarşısına qoyduğu məqsədə nail olmağı bacaran şəxsiyyət idi. Onun üçün ən ümdə məsələ azərbaycançılıq, milli birlik məsələləri idi. Hələ 1960-cı illərdə Qırmızı imperiyanın xalqları öz "məngənə”sində sıxdığı, Türk adının çəkilməsinin yasaq olunduğu bir vaxtlarda, milli kimliyin danıldığı və təhrif olunduğu dövrdə şair və yazıçıların əsərlərindən sitatlar gətirərək 1918-ci ildə istiqlalını elan etmiş Azərbaycan Demokratik Cümhuriyyəti haqqında gerçək məlumatları şagirdlərinə dolayı yolla anlatmışdır.

İmrayıl müəllimin pedaqoq kimi özünəməxsus dərs demək qabiliyyəti və məharəti vardı. Hər hansı mövzunu keçərkən həmin mövzu ətrafında ekskurs edərək, haqqında bəhs olunan subyekt barəsində şagirdlərə əlavə bilgilər verərək onların keçilən dərsin daha dərindən mənimsəmələrini bacarırdı.

İmrayıl müəllim qısa müddət ərzində yüksək intellektual mədəniyyəti, dərin və əhatəli elmi-pedaqoji bacarığı kənd və rayon camaatı arasında yüksək hörmət qazandı. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra milli düşüncəli müəllimlərin fəaliyyəti bir qədər rahatlanmışdır. Tarix fənninin tədrisinə geniş yer verilmiş, fakültətiv kurslar vasitəsilə şagirdlərin təfəkkürünü bir qədər də milli düşüncəyə kökləmək olurdu. Bütün bu işlərin Heydər Əliyev tərəfindən həyata keçirildiyini, milli düşüncəli insanların qorunmasını çoxları kimi İmrayıl müəllim də tam dəqiqliyi ilə bilirdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin etdiyi dövrlərdə iqtisadiyyatın durumunu yerlərdə öyrənmək üçün tez-tez rayonlara səfər edirdi. Həmin səfərlərin birini də 17 sentyabr 1979-cu ildə Qazax rayonuna etmişdir. Həmçinin həmin vaxt ulu öndər Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ulu öndərin səfər protokoluna böyük Səməd Vurğunun doğulub, boya-başa çatdığı Yuxarı Salahlı kəndində şairin adına inşa edilmiş "Poeziya evi”nin açılışı münasibətilə rayon və kənd zəhmətkeşləri ilə görüşü də daxil edilmişdir. Yuxarı Salahlı kəndində Səməd Vurğunun "Poeziya evi”nin açılışında ictimaiyyətlə təşkil olunmuş görüşdə rayon sakinləri adından savadlı, intellektual davranışlı, xüsusi hörmətə malik olan bir ziyalı - İmrayıl Alıyev ulu öndər Heydər Əliyevi salamlamış və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi münasibətilə onu təbrik etmişdir.

Bu qarşılanmadan 25 il keçdikdən sonra, yəni 15 iyun 2004-cü ildə həmin ünvanda yenidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstan Respublikasından səfərdən qayıdarkən kənd sakinləri ilə görüşü zamanı kənd ictimaiyyəti adından Prezident İlham Əliyevi də İmrayıl Alıyev salamlayaraq kəndin tarixi və qayğıları haqqında məlumat vermişdir.

İmrayıl Alıyev 42 illik müəllimlik fəaliyyəti dövründə dövlət tərəfindən bir çox təltif və mükafatlara layiq görülmüşdür. Həmçinin 1975-ci ildə Azərbaycan Maarif Nazirliyi tərəfindən "Qabaqcıl maarif xadimi” nişanı və digər mükafatlarla təltif olunmuşdur. İmrayıl müəllim, həmçinin gənclik illərində idmanın sərbəst güləş növü üzrə bir sıra yarışların qalibi olmuşdur.

Azərbaycanın müstəqillik mübarizəsini hərtərəfli dəstəkləyərək şagirdlərinə, əqidədaşlarına müstəqilliyin, milli azadlığın önəmindən danışaraq xalqın mübarizə əzminə dəstək olurdu. Mənfur qonşularımız ermənilərin Azərbaycana qarşı ərazi iddiaları təkcə Qarabağ və ətraf rayonlarla bitmədiyindən 1991-ci ildən başlayaraq Qazax rayonunun sərhəd kəndlərinə də hücumlar edərək bir neçə kəndi işğal etmiş, əhalisini isə vəhşiliklərə məruz qoyaraq didərgin salmışlar. Həmin vaxtlarda İmrayıl Alıyev də erməni təhlükəsindən qorunmaq üçün kənd camaatından təşkil olunmuş dayaq dəstələrinin (özünümüdafiə dəstəsi) yaradıcılarından biri olmuşdur. Müharibə vaxtı isə mütəmadi olaraq "Qazax” Xeyriyyə Cəmiyyətinin nümayəndələri ilə birgə Qazağın cəbhə kəndlərindəki səngərlərə gedərək əsgərlərə, kənd sakinlərinə yardımlar paylayırdılar.

Dövlətə, dövlətçiliyə, milli təfəkkürə, el-obaya sədaqətlə bağlı olan İmrayıl Alıyev həm də Qazax qəzasının tarixini daha dərindən araşdırmış, mahalda yaşamış ağaların, bəylərin və digər əsilzadələrin soykök şəcərələrini mükəmməl bilirdi. Qazax mahalının tədqiqatçılarına və araşdırmaçılarına da bu yolda dəyərli məsləhətlər və istiqamətlər vermişdir.

İmrayıl müəllim, həmçinin qayğıkeş ailə başçısı, səmimi insan, sərt və tələbkar ata idi. O, övladlarına və şagirdlərinə "həmişə çalışın elə işlər görün ki, bu işinizdən xalqımız, dövlətimiz, dünya xeyir görsün, ümumilikdə isə nə iş görürsünüzsə, o işi yüksək səviyyədə görün”, - deyərdi. Ağıllı hərəkət etməyi, qərar verəndə dərindən düşünməyi tövsiyə edərək deyərdi: "Əgər dünən səhv qərar verdiyinizi düşünmüsünüzsə, o qərardan yayının. Təbii ki, sizə deyəcəklər ki, bəs dünən belə demirdin. Onda deyin ki, kim mənə, bu gun dünənkindən ağıllı olmağı qadağan edə bilər”.

Ailədə hər-hansı səhvi çətin bağışlayırdı, səhv ikinci dəfə təkrarlansa onu heç bağışlamazdı. Bu tələbkarlığın nəticəsində onun övladları yüksək səviyyədə ali təhsil aldılar.

İmrayıl müəllim xalqın özünüdərki, maariflənməsi üçün şagirdləri ilə çox şey etmək istəyirdi. Lakin amansız ölüm onun ömür karvanını axıra kimi getməyə qoymadı. 2005-ci ilin iyun ayının 9-da o, üçüncü dəfə infarkt keçirdi. Bu infarktdan sonra cəmi 25 saat yaşasa da həmin vaxtda da ölümə yenilmək istəmirdi. Ölüm ayağında da dahi Səməd Vurğunun şeirini deyirdi:

Döyür pəncərəmi qışın ruzigarı,

Vaxtsız ölümmüdür üstümə gələn.

Çəkilin gecənin qaranlıqları,

Ömürə son sözümü deməmişəm mən.

Vaxtsız ölümmüdür üstümə gələn.

10 iyun 2005-ci ildə İmrayıl müəllim əbədi olaraq bu dünyaya gözlərini yumaraq, ömür karvanının  son mənzilinə yetişdi.

 Daim millətinin və Vətəninin yolunda mübarizliyi ilə seçilən İmrayıl müəllimin xatirəsi onu sevənlərin və onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Yusif ALIYEV
 
 muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

“Milli Qurtuluşdan inkişafa” adlı tədbir

“Milli Qurtuluşdan inkişafa” adlı tədbir

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Müəllim şagirdə təkcə fənnini yox, həyatı öyrətməlidir”

“Müəllim şagirdə təkcə fənnini yox, həyatı öyrətməlidir”

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Qazax rayonunda məktəb açılışı

Qazax rayonunda məktəb açılışı

“ULU Öndər xatirələrdə”adlı onlayn müsabiqə başa çatıb

“ULU Öndər xatirələrdə”adlı onlayn müsabiqə başa çatıb

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ