Biliklərin tətbiqi - Bacarıq və vərdişlərin formalaşmasına yönələn çalışmalar sistemi
Əldə olunmuş biliklər (eyni zamanda fəaliyyət üsulları) şagirdin mənimsəməyə yönəldiyi sistemin elementləridir. Element və onun daxil olduğu sistem arasında isə dialektik əlaqə mövcuddur.
Mənimsəmənin komponentləri olan möhkəmləndirmə və tətbiqin əlaqəsi, onların bilik və bacarıqların inkişafı baxımından təlim prosesində həyata keçirilməsi yolları haqqında elmi ədəbiyyatda dəyərli mülahizələr vardır, həm də burada bacarıqların və vərdişlərin əmələ gəlməsi, onların daxili münasibətləri, mahiyyəti haqqında da fikirlər söylənilir.
Bacarıq və vərdişlərin formalaşması üçün çalışmalar sistemi əhəmiyyətli rola malikdir.
Çalışmalar sistemindən istifadə olunması işinin aşağıdakı ardıcıllıqla təşkil olunması məqsədəuyğundur:
1) formalaşdırılan bacarıq və vərdişin əhəmiyyəti başa salınır;
2) zəruri biliklər yada salınır, formalaşdırılmış bacarıqlar reallaşdırılır (işə qoşulur);
3) təlimat verilir;
4) çalışma müəllimin yaxından iştirakı və ciddi nəzarəti altında icra edilir;
5) müstəqil çalışmalar yerinə yetirilir.
Yaradıcılıq bacarığının inkişafı baxımından biliyin yeni şəraitdə tətbiqi məsələsinə xüsusi fikir verilməlidir.
Təlim sistemində biliyin möhkəmləndirilməsi, bacarıq və vərdişlərin formalaşdırılması üçün çalışmaların sistemləşdirilməsində aşağıdakı iki tezis məntiqi olaraq qəbul oluna bilər:
1. Möhkəmləndirmə işi mənimsəmə proseinin mühüm mərhələlərində diqqət mərkəzində saxlanılmalıdır və yeni biliyin əldə olunmasında keçmiş təcrübənin, əldə olunmuşların zəruri hissəsinin seçilərək istifadə olunması, fəal işlənməsi həmin biliklərin möhkəmləndirilməsinin ən optimal yollarındandır.
2. Bacarıq və vərdişlər biliklərin müxtəlif növ tətbiqində formalaşır və inkişaf edir. Bu prosesdə bilik, bacarıq və vərdişlərin dialektik vəhdəti daha yaxşı təmin edilir və bu da onların inkişafını şərtləndirir. Belə ki, əvvəla, müvafiq biliyin biliklər sisteminə doğru irəliləməsi üçün mövcud bacarıq və vərdişlərin inkişafı ilkin şərt rolunda çıxış edə bilir. İkincisi, biliklərin standarta uyğun gəlməyən situasiyalarda tətbiqi isə yaradıcı bacarıq və müvafiq vərdişlərin formalaşmasına səbəb olur.
Bu əsasdan biliyin möhkəmləndirilməsinə, bacarıq və vərdişlərin formalaşdırılmasına, reallaşmasına yönələn çalışmaların aşağıdakı sistemini məqbul saymaq olar:
1)nümunə üzrə ica edilən;
2) alqoritmlərə əsaslanan;
3) sistemləşdirici tələb qoyan;
4) alqoritmlərin tərtibini tələb edən;
5) variativ, yeni şəraitdə biliyi tətbiq etməyə yönələn;
6) yeni biliyin əldə olunması üçün zəruri biliklərin bərpasını və fəallaşdırılmasını tələb edən;
7) yeni biliyin əldə olunması üçün zəruri biliklərin bərpası tələb olunan və yeninin daxil edilməsi ilə yerinə yetirilən;
8) şagirdi yaradıcı işlərə yönəldən çalışmalar.
Təlimin mərhələləri - Bilik, bacarıq və vərdişlərin tətbiqi.
Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması
Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı
Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.
Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM
Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi
Fəal dərsin ümumi quruluşu
Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO
Təlim prinsiplərinin səciyyəsi və vəhdəti
Təhsil standartları, milli kurikulum və təlimdə keyfiyyət
Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ
TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK
Təhsil Nazirliyi: 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib
MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3
Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları
Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ
Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq
Təhsilin məzmunu
MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.
"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"
Müasir təlimin 7 prinsipi
Təhsilin məzmunu
DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?
Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.