Xırdalanda müəllimlərə qızıl hədiyyə edilməsinə görə CƏZA
Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 1 və 9 saylı məktəblərin şagirdlərinin valideynlərinin müəllimlərə qızıl zinət əşyaları hədiyyə etmələri barədə yayılan görüntülərlə bağlı yeni açıqlama verib.
Qurumdan Oxu.Az-a verilən açıqlamaya görə, sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin dördüncü sinif və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin birinci sinfinin tədris ilinin yekunu ilə əlaqədar keçirilmiş tədbirləri ilə bağlı videogörüntülər yayımlanıb:
“Hər iki məsələ ilə bağlı xidməti araşdırma aparılıb. Araşdırmanın nəticəsi ilə bağlı bildiririk ki, 10.06.2023-cü il tarixində Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın, 11.06.2023-cü il tarixində Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Cəlalə Abdullayevanın iştirakı ilə tədbirlər keçirilib. Tədbirlərlə bağlı yayılan videogörüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyələrin təqdim olunması əks edilib.
Qeyd edək ki, bu tipli tədbirlərin təşkilinə ciddi nəzarətin olmamasına görə Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub. Eyni zamanda, müəllimlərlə söhbət aparılıb.
Bildiririk ki, sözügedən hərəkətlər müəllimlərin etik davranış qaydalarını, xüsusilə ictimai etimad prinsipini pozmaqla müəllimin peşə nüfuzuna xələl gətirir”.
“Qeyd edək ki, ümumi təhsil müəssisələrində müəllimlərin peşə fəaliyyətinə zidd olan belə hallara yol verilməməsi ilə bağlı dəfələrlə məktəb rəhbərlərinə təlimat və tapşırıqlar verilib, bu və ya digər hallarla əlaqədar müxtəlif cəza tədbirləri həyata keçirilib.
Göstərilən halların yenidən baş verməməsi üçün valideynləri belə təşəbbüslərdən çəkinməyə çağırırıq”, - deyə qeyd edilib.
16:36
Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynlərinin “Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə etməsi barədə yayılan görüntülərə münasibət bildirib.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma davam etdirilir:
“İlkin məlumat belədir ki, həmin hədiyyə sırf valideynlərin istəyi əsasında verilib. Bu hadisə dərsdən kənar vaxtda olub. Bundan məktəb rəhbərliyi və müəllim xəbərdar olmayıb. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun özlərinin istəyi ilə olduğu və müəllimin günahının olmadığını bildiriblər”.
Qeyd edək ki, Xırdalan şəhəri 1 və 9 saylı məktəbdə valideynlər müəllimə qızıl qolbaq, sırğa, üzük hədiyyə ediblər.
Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi
Paytaxt təhsili 2021-ci təqvim ilində
Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu
Metodbirləşmələr
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"
10-cu ibtidai sinfinin məzunlarını görən 65 illik müəllim ömrü
"“Apar bunu anana ver” deyən müəllimlərə qarşı ən qətiyyətli mübarizə aparmaq lazımdır"
Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)
Məktəb həkiminin işi haqqında təlimat
Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)
Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir
Uşaqlar valideynlərini necə idarə edir?
Ekspert: Cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi faydalı olar
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI
Yaqut Qarayeva infeksiyaya nəzarət proqramlarından DANIŞDI
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu
Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri
Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri
Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI
Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!
Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU