AzTehsil.com


Xəbərlər / Ekspert
13 mart 2021
1 212


Ekspert: Cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi faydalı olar



Ekspert: Cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi faydalı olar

 

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması ilə bağlı təkliflər səslənir. 
 
İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində yer alan təklif artıq dünya ölkələrinin təcrübəsində uğurla həyata keçirilir. Ombudsmanın hesabatında qeyd edilib ki, Məhbuslarla Beynəlxalq Standart Davranış Qaydalarına görə, təhsildən bəhrələnməyi bacaran məhbuslara onu davam etdirmək imkanı təmin edilməlidir. Belə ki, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan şəxslərin buraxılış imtahanlarında iştirakına şərait yaradıldığını nəzərə alaraq, cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və bununla bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əlavə edilməsi təklifi irəli sürülüb. Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah olunması, şəxsiyyətinin inkişafı və azad olunduqdan sonra cəmiyyətə adaptasiyası məqsədilə "Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah edilməsi və sosiallaşması” üzrə müvafiq dövlət proqramının qəbul edilməsi məsələsi də hesabatda yer alıb.
 
Təcrübə göstərir ki...
 
Qeyd edək ki, qonşu Rusiyada məhkumların ali təhsilə cəlb edilməsi mexanizmi çoxdan hazırlanıb və həyata keçirilir. Belə ki, son on ildə cəza koloniyalarında təhsil alanların sayı üç dəfə artıb. Rusiya Federal Xidmətinin məlumatına görə, hazırda bütün ölkə üzrə minə yaxın məhbus ali məktəblərdə təhsil alır ki, onların arasında ömürlük məhbuslar da var. Hətta uğurlu göstərici əldə edilib. Barmaqlıqlar arasında təhsil alan insanlar arasında azadlığa çıxandan sonra öz biznesini quran və maraqlı iş tapanlar da az deyil.

Hazırda məhbuslar müxtəlif ixtisaslar üzrə istəklərinə uyğun distant təhsil alırlar. Seçdikləri isə ən çox iqtisadiyyat, menecment, kiçik biznesin idarə olunması, maliyyə və kredit, reklam üzrə mütəxəssis, sosiologiya, bank işi və psixologiya ixtisaslarıdır. "Məhkumların ixtisas seçimi də sərbəstdir. Əlbəttə, tədris təhsil müəssisənin qaydalarına uyğun həyata keçirilir. Koloniyalarda xüsusi təhsil meydançaları var. Bir çox kompüterlərdə müəllimlə ünsiyyət və onlayn-kurslar üçün vebkameralar quraşdırılıb. Məhkumlar internetin köməyi ilə həmçinin tapşırıq alır və yerinə yetirdikləri mövzuları və imtahan cavablarını göndərirlər. Bununla birlikdə, bir qayda olaraq, tədris materialının əksəriyyətinin öyrənilməsi audio və video qeyd funksiyası, eləcə də internetə giriş olmadan kompüter və elektron kitablardan istifadə etməklə həyata keçirilir. Tələbələr üçün lazım olan bütün materiallar təhsil təşkilatları tərəfindən təmin edilir” - deyə FX-dan bildiriblər. Məlumatlara görə, Rusiyada keçən il 100-dən çox məhbus ali təhsili bitirmək haqqında diplom alıb. Hazırda ali məktəblərdə distant olaraq oxuyan məhkumlar arasında 9 ömürlük məhbus da var. "Məhkumlar üçün, eləcə də adi tələbələr üçün büdcədən maliyyələşdirilən yerlər ayrılır. Bəzi bölgələrdə belə bir əməkdaşlıq Rusiya Federal Penitensiar Xidmətinin ərazi orqanları ilə ali təhsil müəssisələri arasında qurulub. Məhkumlar üçün büdcə yerlərinin ayrılmasına dair müvafiq müqavilələr bağlanıb. Rusiyanın Federal Penitensiar Xidməti, ölkədəki universitetlərdə məhkumlar üçün mümkün qədər çox pulsuz yer olmasını təmin etməyə çalışır. Məhkumlar üçün ali təhsilin inkişafı büdcə vəsaitlərini israf etmir. Təcrübə göstərir ki, diplom alan məhkumlar nadir hallarda koloniyalara qayıdırlar. İnsan azadlıqda öz yerini tapanda, artıq cinayətlərə cəlb olunmur. Məhkum olunarkən təkrar cinayətlər törətmiş şəxslərin təhsil səviyyəsinin göstəricilərinin monitorinqi göstərir ki, ali təhsilli məhkumlar daha az təkrar cinayətlər törədirlər” - deyə xidmət bildirir. Rusiya Federal Penitensiar Xidmətinin apardığı təhlillərə görə, əvvəllər cəzalarını çəkmiş və 2016-2017-ci illərdə islah müəssisələrindən azad edilmiş ali təhsilli məhkumların sayı təkrar cinayətlər törətmiş bütün məhkumların yalnız 3.3% -ni təşkil edir.
 
Humanizmin bütün dünyaya nümayişi
 
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirir ki, cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında məhkumlarla tərbiyə tədbirlərinin keçirilməsi şərtləri və onların təhsilinin təşkili fəslində müəyyən müddətdə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili, peşə təhsili və peşə hazırlığının müvafiq normativ aktlara əsasən təşkil edilməsi məsələləri yer alıb. Belə ki, məhkumların ümumi orta təhsili, peşə təhsili və peşə hazırlığının bir rejimdə cəza çəkən məhkumların digərindən təcrid edilmə tələblərinə riayət olunmaqla həyata keçirilməsi barədə ayrıca maddə var: "Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ümumi orta təhsil və peşə təhsili üzrə imtahan vermək üçün Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Cəzaçəkmə müəssisələrinin müdiriyyəti orta ümumtəhsil və peşə təhsili məktəblərinə, onların işində hərtərəfli köməklik göstərir və məhkumların təhsilinə nəzarəti həyata keçirir. Nazirlər Kabinetinin qərarına əsasən, "Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi təsdiq edilib. Peşə məktəbi, bir qayda olaraq, istehsalat sahəsində yerləşir. Bu halda istər-istəməz belə bir sual ortalığa çıxır: bir halda ki, cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili, peşə təhsili və peşə hazırlığının müvafiq normativ aktlara əsasən təşkil edilməsinə yol verilir, elə isə məhkumlara ali məktəblərə daxil olmaq üçün imtahan vermək hüququ niyə verilməsin? Bu məqsədlə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah olunması, şəxsiyyətinin inkişafı və azad olunduqdan sonra cəmiyyətə adaptasiyası məqsədilə "Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah edilməsi və sosiallaşması” üzrə müvafiq dövlət proqramı niyə qəbul edilməsin...? Bu baxımdan, cəzaçəkmə müəssisələrində çəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması barədə təklifin məhz İnsan hüquqları üzrə müvəkkili tərəfindən verilməsi başadüşüləndir və ali təhsilin hamı üçün əlçatan olması baxımından məqbul sayıla bilər”. Təhsil eksperti bildirir ki, belə bir təklif Məhbuslarla Beynəlxalq Standart Davranış Qaydaları ilə də səsləşir və humanizmin bütün dünyaya nümayişi baxımından da əhəmiyyət kəsb edə bilər: "Bir də ki, cəza çəkənlər də bizim vətəndaşlarımızdır, onların arasında adi bir yanlışlıq üzündən cəza çəkənlər və səhvini başa düşərək peşman olanlar da az deyil. Bununla belə, bu, təkcə təhsil məsələsi olmayıb, ümumi qanunvericiliklə bağlı geniş spektrli ciddi bir məsələdir. Ümumi rejimdə, ciddi rejimdə, xüsusi rejimdə cəza çəkənlər, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşlar var. Habelə, təhsildən bəhrələnmək arzusunda olanlar, azadlığa çıxdıqdan sonra belə tüfeyli həyat sürmək əqidəsində olanlar var. Buna görə də çəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və onun işlək hala gətirilməsi üçün, ədliyyə orqanları, DİM nümayəndələri və təhsil ekspertlərini iştirakı ilə geniş müzakirələr keçirilməsi faydalı olar”.
 
Həbsxanada distant təhsil

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev hesab edir ki,  hər kəsin təhsil almaq hüququ olduğundan ali təhsil almaq hüququ ilə bağlı hamı üçün bərabər imkanlar və şərait təmin olunmalıdır. Bu, xüsusən cəzaçəkmə müəssisələrində həyata keçirilməlidir: "Həbsxanalarda bir çox insanlar var ki, törətdikləri hər hansı cinayət üzündən ya təhsillərini yarımçıq qoyublar, ya da ikinci təhsil almaq istəyirlər. Hesab edirəm ki, bu istiqamətdə mexanizmlər hazırlamaq mümkündür. COVİD-19 pandemiyası zamanı hansı mexanizmlərin həyata keçirilməsinə də cavab tapıldı. Yəni distant təhsillə cəzaçəkmə müəssisələri üçün bu mexanizmi qurmaq mümkündür. İKT bunun üçün müvafiq imkanlar yaradır. Çox rahat şəkildə distant təhsil vasitəsi ilə məhkumların müəssisələrdə ali təhsilalma məsələlərini həll etmək mümkün olacaq. Bunun üçün elə də böyük xərcə ehtiyac yoxdur. Çünki virtual olaraq internet üzərindən və nəzarət altında bu işi təşkil etmək mümkündür. Ayrı-ayrı ölkələrin də bununla bağlı təcrübəsi var”. Məhkumların sosial adaptasiyası ilə bağlı məsələyə gəlincə, hüquq müdafiəçisi bildirir ki, 2007-ci ilin may ayında  "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun qəbul edilsə də, onun normaları tam olaraq icra edilmir: "İcra mexanizmlərinin həyata keçirilməsi üçün belə bir dövlət proqramının qəbul edilməsi yaxşı olardı. Həmin sənəddə məşğulluq, və yeni ixtisaslar, sosial-hüquqi-psixoloji yardımlar, yaşayış yerləri və s. ilə bağlı məsələlər əksini tapar. Düzdür, indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sığınacaq tikilib və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Amma bütövlükdə regional olaraq belə mərkəzlərin yaradılmasına ehtiyac var. Cəzaçəkmə müəssisələrində cəzaçəkən şəxslərin reinteqrasiya imkanlarını yarada bilərik. Eyni zamanda, özəl sektorun bu proseslərə daxil edilməsi, məşğulluğun artırılması istiqamətində müəyyən işlər görmək mümkündür. Çünki bu gün cəzaçəkmə müəssisələrində məşğulluq problemləri ən yaxşı halda 25 faizə qədər həll olunur. Amma bu faizi daha da yüksəltmək mümkündür”. Hüquq müdafiəçisinin sözlərinə görə, azad edilmiş şəxslərin yenidən cinayət etməsi o zaman baş verir ki, onların müvafiq işlə təmin edilməsi imkanları olmur: "Bekarçılıq bir çox hallarda yeni cinayət əməllərinin yaranmasına gətirib çıxarır. Digər bir problem cəzaçəkmə müəssisələrindən çıxan çəxslərin azad ediləndən sonra cəmiyyət tərəfindən atılmış hesab edilməsi ilə bağlıdır. Onlar cəmiyyətdə özlərinə yer tapa bilmirlər. Ona görə də belə bir fəaliyyət planının hazırlanması həm də bu istiqamətdə olan maneələrin aradan qaldırılmasına yeni imkanlar verəcək”.

Ekspertlərin fikrincə, təklif kifayət qədər aktualdır, sadəcə mexanizmin yaranması və icrası üçün hərəkət lazımdır.

Təranə Məhərrəmova



Загрузка...
Həmçinin oxuyun:
Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Rektor qadın məhbuslarla görüşüb

Rektor qadın məhbuslarla görüşüb

Peşə məktəblərinə imtahansız qəbul

Peşə məktəblərinə imtahansız qəbul

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

Nazir müşaviri peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını şərh edib

Nazir müşaviri peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını şərh edib

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Tələbələr təhsil haqqından azad edilsin… – QƏNİRƏ PAŞAYEVA

“Tələbələr təhsil haqqından azad edilsin… – QƏNİRƏ PAŞAYEVA

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib

Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Tələbə qəbulunda daha bir

Tələbə qəbulunda daha bir

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri