Xəbərlər / Müəllim / Ekspert
12 iyun 2023
779


"“Apar bunu anana ver” deyən müəllimlərə qarşı ən qətiyyətli mübarizə aparmaq lazımdır"


"Hələ uşaq ikən təbiət fənlərindən öyrəndiklərimizdən bilirdik ki, materiya, bizim dildə desək kainat sonsuzdur. İndi, deyəsən məktəbə, müəllimə olan basqının da sonsuzluq kateqoriyasına daxil ediləcəyi ilə əlaqədar dilemma qarşısında qalmalı olacağımızın artıq aksiomaya çevriləcəyi ilə üz-üzə qalmaqdayıq. “8 mart bayramı” münasibətilə hədiyyə alınması, “Müəllim günü” münasibətilə pul yığılması “ənənəsinə” “Əlifba bayramı” və “buraxılış tədbirində” daha sanballı hədiyyələrin – qızıl zinət əşyalarının hədiyyə edilməsi kimi bir yenilik də əlavə olunaraq, bir daha qınaq obyektinə çevrildi. Özü də, tədris ilinin başa çatmasının son günlərində. Yenə də, həmişə olduğu kimi məsələ ilə bağlı araşdırma aparıldığı,  müəllimin nüfuzuna xələl gətirən davranışın qınanılması və belə halların yolverilməz olduğunun bir daha vurğulandığı və araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi barədə rəsmi məlumatlar yayıldı".


Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilməsi ilə bağlı görüntülərdən danışarkən bildirdi. 


Onun sözlərinə görə, araşdırılma aparılmalı və müəllim nüfuzuna xələl gətirən davranışa obyektiv qiymət verilməlidir:


"Bir halda ki, məsələ artıq ictimailəşib və araşdırmanın nəticəsini səbirsizliklə gözləyənlərin sayı da az olmamış deyil. Lakin məsələnin mahiyyəti, təkcə hədiyyədə və onun dəyərindədirmi, yoxsa günahkar qismində müəllim və ya valideynin ittiham edilməsində? Əvvəla heç kəs hansısa valideyni övladının ibtidai təhsil pilləsini bitirməsi ilə əlaqədar onun müəlliminə öz diqqət və sayğısını bildirmək əlaməti olaraq hədiyyə verməsinə görə qınaya bilməz. Belə bir jest əslində valideyn tərəfindən onun övladına ikinci valideynlik etmiş müəllimə olan hörmət və minnətdaləğın təzahürüdür. Hədiyyənin müəllim tərəfindən qəbul edilməməsi isə onun zəhmətini qiymətləndirən  valideynə qarşı bir növ hörmətsizlik və saymazlıq kimi də dəyərləndirilə bilər. Qınağa səbəb olan hal isə hesab edirəm ki, hədiyyənin nümayişkarənə surətdə təqdim edilməsi olub ki, bu da yolverilməz idi. Valideynin emosiyası hardasa başa düşülən olsa belə, müəllim gərək bundan çəkinməli idi. Axı, o müqəddəs və şərəfli müəllim adının daşıyıcısıdır. Bir də ki, bəzi sosial şəbəkələrdə “valideynlərin müəllimə qızıl əşyalar hədiyyə etməsi”, bəzilərində isə “müəllimin valideynlərə özünə qızıl əşyalar aldırması” ilə bağlı iddialar yer alıb. Halbuki, “valideynlərin müəllimə qızıl əşyalar hədiyyə etməsi” ilə “müəllimin valideynlərə özünə qızıl əşyalar aldırması” daban-dabana zidd anlayışlardır.  Araşdırılmalı məqam məhz budur. İstənilən halda, bu kimi olayların ictimailəşdirilib gündəmə gətiriməsi yol verilməzdir. Çünki, hər hansı bu qəbildən olan məsələ böyüdülüb şişirdiləndə müstəvisindən çıxıb, özünə yeni-yeni tərəfdarlar və əleydarlar tapır, şou səviyyəsinə qaldırılaraq geniş ictimaiyyəti təhsilin əsas vəzifələrindən yayındırır".


N.İsrafilov həmçinin bildirdi ki, hamı tərəfindən birmənalı qarşılanmayan sıradan olan bir görüntü piqmalion – gözlənti effekti müəllim haqqında mənfi rəy yaratmaqda, müəllim adına qarayaxma kompaniyasının yeni vüsət almasında kifayət qədər öz işini görmüş olur, onsuz da zədələnmiş müəllim nüfuzuna əlavə bir sarsıdıcı zərbə rolunu oynayır:


"Bu kimi hallara ictimai sferanın bütün sahələrində müxtəlif dərəcədə rast gəlindiyi halda, nə üçün ən çox qınağa tuş gələn məhz, məktəb və müəllim olmalıdır? Sanki, hansısa qüvvələr tərəfindən bilərəkdən müəllim nüfuzuna kölgə salınır. Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bununla belə, kimlərsə bu kimi görüntülərin yayılmasını aşkarlıq və şəffaflığın prinsipləri kimi dəyərləndirsə də, unutmasınlar ki, müəllimin nüfuzunun aşağılanmasına xidmət edən belə “aşkarlıq” və “şəffaflıq” təkcə müəllimə deyil, bütövlükdə dövlətimizə və cəmiyyətimizə də baş ucalığı gətirmir.  Bu kimi neqativ hesab edilən halların qarşısını almaq üçün bu kimi video görüntüləri tirajlamaq deyil, əlaqədar qurumlara göndərib, araşdırma nəticələrini ictimailəşdirmək daha yüksək vətəndaşlıq borcu olardı, nəinki, bir müəllimin davranışını bütövlükdə müəllim obrazı kimi ümumiləşdirmək yolunu seçmək... Müəllimlik peşədir. Bu peşənin sahibi də bir varlıq olaraq insandır. Hesab edirəm ki, məsələnin əsl mahiyyətini müəllimin rəqs etməsində deyil, videonun görüntülərini tirajlayıb yayanların məqsədində axtarmaq lazımdır. Rəqsin “Məsti xumar” musiqisi ilə müşayət olunmasının qabardılması da qərəzli məqsəddən xəbər verən amillərdən biridir. Bütün peşələrdən ən çox diqqətə ehtiyacı olan peşə sahibi müəllimdir. Bəlkə, kiçik bir hədiyyə ilə kimsə müəllimə öz ehtiramını bildirmək istəyir. Ehtiramdan imtina etmək isə, ehtiramı göstərənə qarşı hörmətsizlikdir, sayğısızlıqdır. Əgər,  kimsə müəllimini təbrik etmək istəyirsə, niyə də etməsin? Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz? Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bəlkə də, “Müəllim günü”nün təsis edilməsinin başlıca məqsədlərindən biri elə, cəmiyyəti, geniş ictimaiyyəti müəllimə olan diqqət və ehtirama dəvət etmək olub? Halbuki, hədiyyə etməklə, hədiyyə üçün pul yığmaq tam fərqli anlayışlardır və ikincinin qarşısı hər vəchlə alınmalıdır".


Ekspertin fikrincə, bununla belə, kimlərsə bu kimi halları “əgər müəllimlər normal maaş alsa, heç vaxt özünü alçaldıb cəmiyyət, şagirdlər qarşısında gözükölgəli eləməz”, “pul yığılmasının əsas səbəbi müəllimlərin maaşının az olması ilə bağlıdır” və s. bu kimi arqumentlərlə əsaslandırırlar:


"Digərləri isə hesab edirlər ki, nə qədər ki, cəzasızlıq hökm sürür, o zamana qədər də bu cür hallar olacaq, ona görə də pul yığımı aşkarlanan məktəblərdə bu problemi beşikdə boğmaq lazımdır. Digər səbəblərə gəlincə, “valideynlərin öz təşəbbüsü ilə bu addımın atılması”, “bu işə məktəb direktorlarının rəvac verməsi” qənaətində olanlar da, bu işdə zəmanəni, mühiti günahlandıranlar da. Təəssüf ki, əksər hallarda valideyn və ya şagirdin müəllimə öz hörmət və rəğbətini hər hansı bir kiçik hədiyyə ilə ifadə etməsi faktı ifrat dərəcədə qabardılaraq rüşvət və hətta korrupsiya səviyyəsində cəmiyyətə təqdim olunur. Halbuki hər hansı bir formada təmənnasız minnətdarlığı rüşvət və korrupsiya ilə eyniləşdirmək son dərəcə təhlükəli tendensiyadır. Sovet dönəmində də məktəbə, müəllimə hörmət, diqqət, rəğbət müxtəlif hədiyyələrlə ifadə olunub, lakin bu hal indiki qədər müəllimin nüfuzuna xələl gətirməyib. Nə qədər uğursuz müqayisə kimi görünsə də, təkzib olunmaz reallıqdır ki, kiminsə kiməsə nəsə verməsi və ya bağışlaması sıradan olan adi bir hal kimi qəbul edildiyi halda, müəllimə münasibətdə bu hal faciə səviyyəsində şişirdilir, müəllim nüfuzu alçaldılır. Sadəcə olaraq hər kəs bilməlidir ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarə olunmasında iştirakı və töhfəsi məsələləri "Təhsil haqqında" qanunun və "Təhsilin inkişafı strategiyası"nın müvafiq bəndləri ilə tənzimlənir. Müəllimin üstünə bu dərəcədə getmək olmaz. Burda söhbət heç də hədiyyə alınıb-verilməsindən, ümumiyyətlə bu kimi hallara haqq qazandırılmasından gedə bilməz. Müəllimi rəsmi qaydada tənbeh etmək, cəzalandırmaq, işdən kənarlaşdırmaq olar, ancaq ictimailəşdirib qınaq obyektinə çevirmək olmaz. Bir para müəllim fərdinin əməlinin bütövlükdə müəllimlik məfhumunun üzərində ümumiləşdirilməsi yolverilməzdir".


N.İsrafilov sonda onu da dedi ki, müəllim şəxsiyyətinə münasibətdə düşüncəmizi, yanaşma tərzimizi dəyişmək üçün geniş müzakirələr aparmağa böyük ehtiyac var.


"Bu günün müəllimi necə olmalıdır ki, öz peşə nüfuzunu qoruyub saxlaya bilsin, cəmiyyət tərəfindən şərəfli peşə sahibi kimi qəbul edilsin. Hesab edirəm ki, məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, məktəbin, müəllimin nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “Günah keçisi”  qismində önə çəkmək nəinki, təhsilimizə, cəmiyyətimizə heç şəxsiyyətimizə də baş ucalığı gətirmir. Müəllimini təbrik etmək istəyən şagirdə hədiyyəyə baxıb, ucuz olduğunu gördükdən sonra bütün uşaqlar qarşısında “Apar bunu anana ver” deyən bu kimi müəllimlərə qarşı ən qətiyyətli mübarizə aparmaq isə, hər kəsin vətəndaşlıq borcudur. Təəsüf ki, bu kimi hallar da istisnalıq təşkil etmir. Bir də ki, hər müəllimlik diplomuna sahib olan kəs müəllim deyil axı… İstənilən halda müəllim və valideynlər arasında nifaq sala biləcək bütün çağırışlara son qoyulmalı, məktəb-müəllim-valideyn münasibətlərinin optimal həlli yolları barədə düşünülməlidir", - deyə ekspert bildirdi.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması,  vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident uşaqlarla bağlı qanun imzaladı

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Metodbirləşmələr

Metodbirləşmələr

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz...?" - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ

"Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz...?" - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Birincilərin birincisi

Birincilərin birincisi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Nadir İsrafilov: Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz…?

Nadir İsrafilov: Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz…?