AzTehsil.com


Xəbərlər
12 oktyabr 2017
2 885


"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"



 

 
"Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək.

Yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək.” 

Aztəhsil.com xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir və bu istiqamətdə aparılacaq işlərə artıq birinci il deyil ki, start verilib.

Məlum olduğu kimi 20 sentyabr 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri və təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi aparılmış və ümumi razılıq əldə edilmişdir. Düzdür kurikulum əsasında təhsil alan uşaqların iki ildən sonra yeni model üzrə aparılacaq buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklərlərin konkret olaraq nədən ibarət olmasına bir müddət öncə DİM sədri Məleykə Abbasadə son açıqlamasında da lazımı qədər aydınlıq gətirilsə belə iki ildən sonra tətbiq olunacaq yeni modelə ictimai münasibət heç də birmənalı olmayıb, müxtəlif iradlar, mülahizələr, rəylər, təklıflər səsləndirilib ki, bunu da təbii qəbul etmək lazımdır.

Bunula belə bu məsələdə vəziyyəti həddən artıq dramatikləşdirməyə lüzum görmürəm. Yəni artıq bəyan edildiyi kim 2019-cu ildə də buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq, buraxılış imtahanının formatı necə olubsa, yenə həmin format nəzərdə tutulub. Sadəcə olaraq yeni modelə əsasən buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələcək ki, bu da ümumi nəticə əldə olunmasına xidmət edəcək. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq.

Göründüyü kimi imtahan prosesinə belə bir yanaşmada nəsə bir mürəkkəblik və ya hansısa bir mənfi təzahür axtarmağa ehtiyac qalmır. Əksinə, belə bir yanaşma prosesin daha da sadələşməsinə və obyektivliyinə xidmət edə bilər. Bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin proporsional bölgüsündəki ziddiyyətləri aradan qaldırar. Nazirin "Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək” fikrinə qalınca isə, bəli təhsil təkcə bilikdən ibarət deyi, bacarıq və vərdişləri qiymətləndirmək üçün isə testin imkanları məhduddur. Düzdür, açıq testləri cavablandırmaqda məktəblilər müəyyən çətinliklərlə üzləşirlər, bunula belə artıq bu istiqamətdə müəyyən işlər aparılıb, 9-cuların imtahanlarına esse daxil edilib, imtahanlarda açıq testlərin xüsusi çəkisi artırılıb və təbii ki, qarşıdaki iki ildə də yeni modelə hazırlıq istiqamətində lazımi addımlar atılacaqdır.

Ən önəmlisi isə mərhələlər üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək ki, bu da son dərəcə vacib və zəruri məqamlardan biri olub şagirdlərdən tələb olunan bacarıq və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi üçün son dərəcə önəmlidir. Şübhəsiz ki, buraxılış və qəbul imtahanlarının yüngüllük və ağırlıq dərəcələri də nəzərə alınacaq, çünki məzunların heç də hamısı təkcə ali məktəblərə sənəd vermir.

Bir də ki, belə bir təcrübə dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Rusiyada və Türkiyədə neçə ildən artıq bir müddətdir ki, uğurla tətbiq olunur. Hesab edirəm ki, imtahanlara əvvəlki yanaşmaya nisbətən daha sadə, optimal və məqbul hesab ediləcək bu modelə keçilməsində biz hələ müəyyən qədər ləngimişik. Belə bir modeli tətbiq etmək və təkmilləşdirməklə yaxın gələcəkdə buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik. Bu isə öz növbəsində həm də məzunlarımızın fiziki və psixoloji yükünü və deməli gərginliyini xeyli azaltmış olar. Əlbəttə, tam dəqiqləşdirilməyə ehtiyacı olan müəyyən məqamlar var ki, bunlara da gedişat prosesində müəyyən redaktələrin və korrektələrin edilməsi istisna olunmur. Hər halda tam və təkmil olmasa belə əvvəlki format ilə müqayisədə "Yeni model” daha sadə, müasir və mütərəqqidir. Bu baxımdan nazirin son çıxışındaki fikirlərlə razılaşmamaq olmur.
 
Nadir İsrafilov, təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Təmayülləşmə 720 məktəbi əhatə edib

Təmayülləşmə 720 məktəbi əhatə edib

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Yeni qəbul modeli: Buraxılış imtahanlarında 300, qəbul imtahanlarında 400 bal

Yeni qəbul modeli: Buraxılış imtahanlarında 300, qəbul imtahanlarında 400 bal

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

DİM ittihamlara cavab verdi

DİM ittihamlara cavab verdi

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirdi

Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirdi

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Yeni qəbul imtahanı MODELİ - EKSPERTLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ - VİDEO

Yeni qəbul imtahanı MODELİ - EKSPERTLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ - VİDEO

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI