Qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra summativ sayının azaldılması orta məktəblərdə formativqiymətləndirməyətələbatın artmasına səbəb olub.
Bu dəyişiklərdən sonra ibtidai təhsil səviyyəsində summativqiymətləndirmələrin sayı təxmini100, ümumi orta təhsil səviyyəsində isə hər sinif üzrə təxminən 25 vahid azaldılıb.
X-XI siniflərdə 22 summativqiymətləndirmələğv edilib. Ümumilikdə tam orta təhsil səviyyəsi üzrə summativqiymətləndirmələrin sayı 347 vahid azaldılıb.
Summativsayındakı bu kəskin azalma formativ qiymətləndirməyə olan tələbatı artırır və onun tam düzgün, standartlara uyğun aparılmasını zəruri edir.
Formativ qiymətləndirmə nədir və o digər qiymətləndirmənövlərindən nə ilə fərqlənir?
Formativ qiymətləndirmə şagirdin bilik vəbacarıqların nə vəziyyətdə olmasını izləmək, qarşıya çıxan problemləri aradan qaldırmaq məqsədilə aparılır. O, tədrisin düzgün istiqamətlənməsinə xidmət edir. Bu, dərsi müşayiət edən prosesdir və müntəzəm həyata keçirilir.
Onu digər qiymətləndirmənövlərindənfərqləndirən əsas cəhətlər isə şagirdin gündəlik dərsə hazırlıq səviyyəsini əks etdirərək,hər gün həyata keçirilməsi, qiymət və ya balla deyil, meyarlar şəklində, sözlərlə ifadə olunmasıdır.
Formativ qiymətləndirmə necə aparılır?
Formativ qiymətləndirmənin aparılması qaydalarına görə, müəllim məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Formativ qiymətləndirməşagirdlərin standartlarda tələb olunan bacarıqlara yiyələnməsi məqsədi daşıyır. Müəllim şagirdin fəaliyyətini konkret mövzular üzrə izləyir. Eyni standart dərslikdəki bir neçə mövzu ilə uzlaşırsa, həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti dərslərdə də istifadə edilə bilər. Eyni standart bir neçə dərsdə reallaşdığına görə jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.
Formativ qiymətləndirməüçün yalnız testlərdən deyil, yazı işləri, çalışmalardan da istifadə edilə bilər. Qiymətləndirmənin bu növündə müəllim nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır. Nəticələr formativ qiymətləndirmədəftəri və məktəbli kitabçasında sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, "mənimsəyir”,"mənimsəmir”, "bilir”, "bilmir”, "yaxşı”, "orta”, "zəif” və digər bu kimi ifadələrdən istifadəedilməməlidir.
Meyarlar necə müəyyənləşdirilməlidir?
Şagird fənlər üzrə meyarlara uyğun olaraq zəif, orta və yüksək qiymətləndirilə bilər. Məsələn, müəllim Azərbaycan dili fənnindən mühakimə yürütmə, fikri əsaslandırma, sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirmə kimi meyarlar müəyyənləşdirə bilər.
Mühakimə qabiliyyəti meyarına əsasən, "Mühakimə yürütməkdə çətinlik çəkir” ifadəsi şagirdin mühakimə yürütmə qabiliyyətinin zəif, "mühakimələri mətndəki əsas fikri qismən əhatə edir” ifadəsi orta, "əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir” ifadəsi isə yaxşı olduğunu göstərir. Və ya şagirdin fikrini əsaslandırma qabiliyyətinin orta səviyyədə olmasını "faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir” cümləsi ilə əks etdirmək olar.
Müəllimləri narahat edən əsas məsələ:
Əvvəlki qaydalara görə, müəllim formativ qiymətləndirilməni aparır, şagirdin nəticəsini məktəbli kitabçasında sözlə, müəllimin formativ qiymətləndirmə dəftərində isə səviyyələr üzrə rum rəqəmi ilə qeyd edirdi. İndi isə müəllim şagirdin nəticələrini yalnız sözlə həm məktəbli kitabçası, həm də müəllimin formativ qiymətləndirmə dəftərində qeyd etməlidir. Əksər müəllimlər 45 dəqiqə ərzində bütün şagirdləri bu şəkildə qiymətləndirməyin fiziki baxımdan mümkünsüzlüyündən narahatdırlar.
Əslində isə yeni qaydalarda bütün bunlar nəzərə alınıb. Formativ qiymətləndirməgündəlik aparılsa da, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilmə nəticəsinin məktəbli kitabçası və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması kifayətdir.
Qeyd edək ki, müəllim dərs ilinin yarımillərinin sonunda müəllimin formativ qiymətləndirmə dəftərindəki qeydlər əsasında təhsilalanınyarımillik fəaliyyətinin qısa təsvirini hazırlayır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.
Yekun qiymətlər isə summativqiymətləndirmədəyarımillər üzrə olan balların toplanıb ikiyə bölünməsi, həmin bala uyğun qiymət çıxarılması üsulu ilə həyata keçirilir.azedu.az