AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
16 noyabr 2025
1 252

Regional inkişaf və Xalqa xidmət modeli...



Regional inkişaf və Xalqa xidmət modeli...

AzTehsil.com təqdim edir.

Ölkə Prezidenti cənab İlham Əliyevin yeni təyin olunan icra başçıları ilə görüşündə səsləndirdiyi mesajlar dövlət idarəçiliyində yeni mərhələnin konturlarını müəyyənləşdirərək bütün istiqamətləri artan templə yekun məqsədə – mərkəzi hədəfi İnsan, onun hüquqlarının təminatı olan icma, o cümlədən ailə məsələləri, qadın və uşaqların mənafeyinə xidmət edən yerli idarəetmə modelinin qurulmasına yönəldir. 


Prezidentin xalqa xidmət, şəffaflıq, məsuliyyət və təvazökarlıqla bağlı tapşırıqları yerli səviyyədə icra hakimiyyətlərinin fəaliyyətinə yeni nəfəs gətirir və sosial sahədə daha çevik, daha dəqiq koordinasiya olunan iş mexanizmlərinin formalaşdırılmasını tələb edir. Bu yanaşma şaquli və üfüqi resursların əlaqələndirilmiş şəkildə tətbiqi ilə icmaların sosial maraqlarının təmin olunmasını hədəfləyir.


Beləliklə həm dövlət strukturları arasında, həm də icra hakimiyyətləri ilə vətəndaş cəmiyyəti institutları, yerli ictimai birliklər, sosial xidmət təşkilatları arasında əməkdaşlıq mədəniyyətinin gücləndirilməsi aktuallaşır.


Prezidentin vurğuladığı şəffaflıq və nəticəyönümlülük prinsipləri ailə və uşaq rifahı sahəsində xidmətlərin əlçatanlığının artırılması, gender əsaslı ayrıseçkiliyin aradan qaldırılması, bərabər iştirakçılığa yol açan proqramların icrası vasitəsilə risk qruplarına erkən müdaxilə və sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi kimi sahələrdə daha peşəkar və sistemli yanaşmaları zəruri edir. 


Yerli İcra orqanlarının üzərinə düşən əsas vəzifələrdən birinin regional inkişaf proqramlarının sosial istiqamətlərdə daha səmərəli tətbiqi, qadınların məşğulluğu, uşaqların təhsili və sağlamlığı üçün yaradılan imkanların genişləndirilməsi, yeni sosial layihələrin təşkili və mövcud təşəbbüslərin gücləndirilməsidir. 


Bu, yerli səviyyədə sosial infrastrukturların – uşaq və qadın mərkəzlərinin, ictimai dəstək xidmətlərinin, psixoloji və hüquqi yardım mexanizmlərinin – daha funksional şəkildə fəaliyyət göstərməsini tələb edir.


Cənab Prezidentin “xalqa yaxın olma, vətəndaşa münasibətdə prinsipiallıq və həssaslıq” kimi çağırışları icra hakimiyyətləri üçün administrativ tələb olmaqla yanaşı, həm də sosial məsuliyyət modelinə geniş yol acır. 


Xüsusilə ailə və uşaq məsələlərində məmur davranışının humanist, çevik və operativ olması, problemlərin birbaşa həyat tərzinə təsir vasitəsilə həllinin təmin edilməsini aktuallaşdırır.Bu çərçivədə yeni təyinatlar və onların qarşısında qoyulan vəzifələr dövlətin sosial sahədə güclü və dayanıqlı icma əsaslı idarəetmə modelinə keçid niyyətini gücləndirir.


Nəticədə Prezidentin görüşdə səsləndirdiyi mesajlar həm dövlət idarəçiliyinin yenilənməsi, həm də ailə rifahının prioritet sosial xətt kimi möhkəmləndirilməsi üçün strateji çərçivə yaradır. 


Şaquli və üfüqi koordinasiyanın gücləndirilməsi ilə yerli icra orqanlarının sosial layihələri daha səmərəli tətbiq etməsi, resursları daha düzgün bölüşdürməsi və ən əsası, hər idarəetmə addımını insanın rifahına yönəltməsi qarşıdakı dövrün əsas hədəflərindən biri kimi formalaşır. 


Bu yanaşma ölkənin bütün bölgələrində dayanıqlı, inklüziv və insan mərkəzli icmaların qurulmasına xidmət edən yeni inkişaf mərhələsinin əsasını qoyur.

Uğurlar olsun!!!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova.



Həmçinin oxuyun:
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İdarəetmə səviyyələri və idarəetmə prosesləri

İdarəetmə səviyyələri və idarəetmə prosesləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Prezident Horovlu kəndində sakinlərlə GÖRÜŞÜB

Prezident Horovlu kəndində sakinlərlə GÖRÜŞÜB

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi