AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
16 noyabr 2025
1 332

Məktəblərdə bu ştatlar ləğv edilir, bəzilərində artıq edilib

Məktəblərdə bu ştatlar LƏĞV EDİLİB 

Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrildiyini qeyd edərək bunu təqdirəlayiq hesab edib. Lakin deputat burada müəyyən problemlərin yarandığını da qeyd edib. O, lazımlı ştatların da ləğv olunduğuna diqqət çəkib. 

AzTehsil.com - n məlumatına görə, modern.az-a açıqlama verən Tahir Rzayev bildirib ki, lazımsız ştatların ləğvinə münasibəti müsbət olsa da bir çox vacib ştatlar da ləğv olunur:

“Onların ləğv olunması məqsədə uyğun deyil və bunu bildirdim”.

Deputat ləğv olunan önəmli ştatlar haqqında da danışıb:

“Rayonlarda mədəniyyət şöbələrində sürücü ştatları, müəyyən texniki ştatları, xadimə,lobarant və digər ştatlar ləğv olunub. Belə bir sual yaranır: bəs bu sənət adamları hansısa hərbi hissəyə və ya başqa tədbirlərə gedirsə nədən istifadə etməlidir? Yaxud rayonlarda fəaliyyət göstərən təhsil sektorları var. 70 məntəqəsi olan bir rayonun təhsil sektorunda 3-4 nəfərlik ştat saxlayıblar. Bu mütəxəssislər bu qədər məktəbi əhatə edə bilərlər? Təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı müəyyən tapşırıqları verə bilərlər? Yerlərə gedə bilərlər? Mümkün deyil. Sektor müdirinin maşını yoxdur, sürücüsü yoxdur. Hətta oradakı gözətçi də, xadimə ştatları da ləğv olunub. Bu məktəbləri, bağçaları, bağları kim qorumalıdır? Kim yaşatmalıdır? Ya bu otaqları kim təmizləməlidir?”

“Elə nazir var bir neçə müşavir götürüb, elə komitə sədri var özünə ayrı-ayrı köməkçilər, məsləhətçilər, nələr-nələr götürüb yüksək əməkhaqqı verirlər. Amma yerlərdə, məktəblərdə bu texniki ştatlarının ləğv olunması, müəyyən sayda azaldılması heç də yerinə deyil”- qeyd edən deputat bu qədər vəzifənin lazım olmadığını qeyd edib. Bu gün ölkə rəhbəri qarşıya bir vəzifə qoyur ki, kənddən insanlar şəhərə axın etməsin, rayonlarda yaxşı şərait yaradılsın. Yerlərdə iş yeri açılsın, adamlar məşğul olsun. Ancaq kitabxanalar, klublar, mədəniyyət evləri, oralarda olan ştatlar, əksəriyyəti ləğv olunub, yoxdur: 

“Bu adamlar, bu insanlar sözsüz ki, işsiz qalıb, ailəsinə baxa bilməyib. Nəticədə ali, orta ixtisas təhsilli insanlar məcbur olub şəhərə üz tutur. Buna görə də gərək bu barədə ciddi fikirləşilsin. Ləğv elədikləri ştatda çalışanlar da bir o qədər yüksək əmək haqqı da almırlar. Ancaq burada müşavirlər, köməkçilər, məsləhətçilər var, - onlar həmin işçilərdən beş dəfə artıq əməkhaqqı alırlar və fəaliyyətləri də göz qabağında deyil. Amma məktəbin bağbanı, gözətçisi, məktəbdə abadlıq işləri görür, təmizliyə riayət edir, konkret işlər görür”.

Tahir Rzayev qeyd edib ki, ştatlar ixtisar olunarkən mütləq reallıqlar nəzərə alınmalıdır:

“150 min əhalisi olan rayonun aqrar inkişaf mərkəzində də eyni ştat olsun, əhalisi və ərazisi ondan iki dəfə az olan rayonda da eyni ştat olsun – bu nə qədər doğrudur? Bu hansı qaydaya, hansı əsaslara söykənərək belə ştatlar tərtib olunub və ya fəaliyyət göstərir?”

“Büdcəyə qənaət, büdcənin qorunması hər bir vətəndaşın, hər bir vəzifəli şəxsin borcudur. Ancaq sırf qənaət məqsədilə insanları işdən azad etmək, ixtisara salmaq mənə görə düzgün deyil” – deyə o bildirib.

Həmçinin oxuyun:
PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Balakəndə deputat Nəsib Məhəməliyevin təşəbbüsü ilə kənd futbolunun inkişafı ilə bağlı tədbir keçirildi

Balakəndə deputat Nəsib Məhəməliyevin təşəbbüsü ilə kənd futbolunun inkişafı ilə bağlı tədbir keçirildi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Deputatlar tətildən yeni təkliflərlə QAYIDIB

Deputatlar tətildən yeni təkliflərlə QAYIDIB

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Dərhal Şahlar müəllimə telefon açdım, prezidentin Milli Məclisə ünvanladığı təklifini ona bildirdim"

"Dərhal Şahlar müəllimə telefon açdım, prezidentin Milli Məclisə ünvanladığı təklifini ona bildirdim"

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri