Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT
Məktəb yaşına qədər uşaqların fiziki və zehni inkişafının əsas vasitəsi oyundur. Əsas məsələ uşaqla nə qədər oyun oynadığınız deyil, necə və hansı oyunları oynadığınızdır.
Yəni əsas olan kəmiyyət deyil, keyfiyyətdir. Özünüzü övladınızla oynamağa məcbur etməyin. O, canınızın sıxıldığını bilir və hiss edir. Oyun zamanı sizin özünüzə də maraqlı olan məşğuliyyətləri seçməyə çalışın.
Birlikdə olan oyunlardan əlavə, uşaq özü də sərbəst şəkildə başını qatmalı və oynamalıdır. "Özüm edirəm”, "özüm kəşf edirəm” bir müddət sonra "özüm düşünürəm”-ə keçir. Siz uşağın əvəzinə onun fikir istiqamətini qurub, təyin edə bilməyəcəyinizə görə, yalnız "biz birlikdə” deyil, eyni zamanda "mən özüm” də olmalıdır.
Gələcəkdə anadan daimi asılılığın olmaması, "görəsən nə ilə məşğul olum, nə edim?” kimi sualların qarşısında aciz qalmaması üçün əvvəlcədən uşağı öz məşğuliyyətlərində (tək buraxmaq yox!) azad buraxmaq lazımdır. Mühüm olan uşağın özünün sərbəst oynaması üçün müəyyən vaxtdan sonra ehtiyatla oyundan uzaqlaşmağı bacarmaqdır.
Bundan əlavə, uşağın gördüyü işlərlə əlaqədar valideynin tez-tez "biz” deməsi məqsədəuyğun deyil: "Biz bağçaya getdik”, "biz 2-ci sinifə keçdik”, "biz bu il məktəbə getməyə hazırlaşırıq”, "biz ali məktəbə daxil olduq” və s. Burada vacib olan əsas məsələ uşağın harada "ana ilə”, harada "mən özüm” olduğunu ayırd edə bilməsidir.

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Valideynin ölümünü uşağa necə deyək?

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu

Yapon uşaqları niyə dahi olur?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Uşaqlar valideynlərini necə idarə edir?

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Uşaq psixologiyasını bilirsinizmi?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə