AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
21 noyabr 2017
3 428


Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?



Əminəm ki, bir çox valideynləri belə bir sual düşündürür: "Mən necə edim ki, uşaq mənim sözümə qulaq assın?" ( Məs: uşağa "evə gəl " deyəndə o saat gəlsin və s) və ya " Filan işi ona necə gördürüm ( Məs: Oyuncaqlarını oynadıqdan sonra yığışdırsın və s).

 

Bəzi valideynlər uşaq onların dediyini etmirsə, kötəkləmək variantına əl atırlar. Bir növ məcbur etmək istəyirlər ki, uşaq onların sözündən çıxmasın. Çox vaxt bu öz səmərəsini vermir.

 

Bəs, necə etmək olar ki, uşaq valideynin sözündən çıxmasın?

 

Əslində sadəcə uşağa sizə qulaq asması üçün yardım etmək lazımdır, məcbur etmək yox.ana sevgisi (valideyn məhəbbəti) uşaq üçün ən böyük xoşbəxtlikdir. Valideyn uşağına nümunə olmalıdır. Yəni əgər o, uşağının yanında yalan danışıb, sonra "yalan danışmaq olmaz" deyəcəksə təbii ki, uşaq nəyinki onun dediyini etməyəcək , hətta anasının ya atasının yalançı olduğunu düşünəcəkdir. Illərlə bu onun üçün adiləşəcək və o , "valideynim də yalan danışırdı, nə olsun?" fikirləşərək, yalan danışan insanlardan olacaqdır.

 

Başqa bir misal, ata siqaret çəkir və 3 yaşlı oğlu :" Ata siqaret çəkmək olmaz, ana düz deyirəm?" (bunu anasından eşitmişdi)- deyir. Ana da, ata da ikisi birdən: "Düzdür, bala, sən ağıllısan, olmaz" - deyirlər. bir azdan uşaq atasının hələ də siqaret çəkdiyini görür, anasına yaxınlaşır: " Bəs , ata niyə siqaret çəkir?", ana bu sualın qarşısında aciz qalır. "Əsas nə deməyin deyil, nə etməyindir" - ifadəsi necə də düz deyilmişdir.

 

Valideyn tərbiyə edəcəyi xüsusiyyətləri özü də etməlidir. Ana və uşaq yol gedirlər. Qarşıda bir dolubədənli, yaxşı geyinmiş bir qadın gedir. Özünün xəbəri olmadan pul kisəsi çantasından yerə düşür. Bunu ana-bala görürlər. Uşaq: " Bax , ana , pul kisəsi, nə qədər pul var , mənə çipsi alarsan?". Ana etiraz edərək :" Nə danışırsan , ay bala, bu bizim pul deyil, yiyəsinə vermək lazımdır. " və tələsik pul kisəsini sahibinə verir. Bu hadisə uşağın yadında qalır, o anlayır ki, heç vaxt başqasının əşyasına , puluna, malına sahib çıxmaq olmaz. Yuxarıdakı misalla müqayisəsə , burada ana təkcə dillə tərbiyə etmədi , bunu əməli ilə də göstərdi. Necə deyərlər tərbiyə evdən gəlir. 

 

Bir valideyn danışırdı: "Mən oğluma deyirəm, bunu mənə ver, ya get topu stolun altından çıxart, gətir", o daha mənim dediyimi etmir. "Yəqin böyüyüb, xoşlamır ki, onu buyurasan" - dedim. Dedi: " Yox, sadəcə  bir - iki dəfə məndən su istədi, dedim ki. yorulmuşam sonra verərəm, bundan sonra onu buyuranda" yorulmuşam, edə bilmirəm" deməyə başladı". 


Yaxşı ki, valideyn öz səhvini anlamışdı və uşağının hərəkətinin haradan qaynaqlandığını bilmişdi. Bunu müşahidəçi valideyn daha tez hiss edir. Bu çox yaxşıdı. Əksinə diqqətsiz valideyn uşağının onun sözündən çıxdığını zənn edir və problem elə bundan sonra başlayır. İnadla öz dediyini etdirir. Yadımda idi , bir ana uşağı sözünə baxmayanda otağa salar və qapını bağlayardı. Uşaq bərkdən qışqırar, "ana eləmə" - deyə fəryad edərdi. Ana isə " Ağıllan, sənə bir sözü neçə dəfə deyərlər, axı?". Onu öz iradənizə tabe etdirməyin, "mənlik" hissini qırmayın. Seçim etməkdə kömək edin. İstəyirsinizsə o sizə qulaq assın, siz də ona qulaq asın. " Mənliyi" ona çox lazım olacaq. Həyatda nəyəsə nail olmaqda , siqareti atmaq istəyəndə, pis vərdişlərini tərk etmək istəyəndə iradəsi, "mənliyi" ona hələ çox lazım olacaq. Uşağı cəzalandırmazdan əvvəl, etdiyi səhv hərəkəti aydınlaşdırın. Onu otağa salıb , stressə salmaqdansa, söhbət etmək, səhvini ona göstərmək , problemi bir yerdə həll etmək daha yaxşı nəticələrə gətirib çıxarar.


Uşaq heyvan fiqurlarından ibarət peçenyeləri yerə tökmüş və onlarla oynayırdı. Qəfil ana gəlib çıxdı və gördüyü mənzərədən dəhşətə gəldi . " Mən bu uşaqla nə edim" - deyə deyindi.

 

Ana:

- Ay bala, niyə belə etmisən? Adam da peçenyeni yerə tökər?


- Ana, çox maraqlıdı, bax, pişik peçenyeni bir sıraya, at peçenyeni, it peçenyeni, dovşan peçenyeni də bir sıraya düzmüşəm. Gəl sən də düz.


Ana başladı gülməyə:

-Balam, mən sənlə oynayardım, amma peçenye oyuncaq deyil, gəl mən sənə kömək edim, birlikdə sıra ilə, sən deyən kimi əvvəl pişik , sonra at, it və dovşan peçenyeləri boşqaba düzək . Bir də belə etmə , çünki onları yemək lazımdı, oynamaq yox.


Göründüyü kimi uşağın məqsədi pis deyildi, o oynayırdı və həmin anda onun məntiqi inkişaf edirdi. Onu cəzalandırmaqdansa, ona düzgün yol seçməkdə yardım edin.




Загрузка...
Həmçinin oxuyun:
XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Öyrədərkən bildiyinizi bildirməyin!- Bunu əvvəllər bacarmırdım...

Öyrədərkən bildiyinizi bildirməyin!- Bunu əvvəllər bacarmırdım...

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Yapon uşaqları niyə dahi olur?

Yapon uşaqları niyə dahi olur?

Uşaq psixologiyasını bilirsinizmi?

Uşaq psixologiyasını bilirsinizmi?

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Uşaq psixologiyasını bilirsinizmi ?

Uşaq psixologiyasını bilirsinizmi ?

"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu

"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir