AzTehsil.com


Xəbərlər / Valideyn
15 noyabr 2017
2 741


Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir



Son vaxtlar faciəli uşaq ölümlərinin sayı artıb.Baş verən hadisələrin əsas səbəblərindən biri də heç şübhəsiz ki, valideyn məsuliyyətsizliyidir. Müşahidələr göstərir ki, bədbəxt hadisələr daha çox nəzarətsizlikdən baş verir. Bu baxımdan evdə uşaqları nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb edilməsi məsələsi yenidən gündəmə gəlib.


Qanunun icrası niyə baş tutmur?


Xatırladaq ki, bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi hazırlayıb. Həmin sənəddə evdə uşaqları nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb edilməsi əksini tapır. Hazırda İnzibati Xətalar Məcəlləsində valideyn məsuliyyəti ilə bağlı yalnız bir maddə var. Həmin maddə əsasında da uşağın tərbiyəsinə lazımi qədər diqqət yetirməyən valideyn cərimələnir. Bu cərimənin məbləği isə çox azdır və 40 manatdan yüksək deyil. Yeni hazırlanan layihədə isə yalnız uşağın tərbiyəsi deyil, onun sağlamlığı və təhlükəsizliyi də nəzərə alınır. Layihəyə əsasən, əgər uşağın evdə nəzarətsiz (bağlı qapı arxasında) qalması bir dəfə aşkarlanarsa, valideyn cərimələnəcək.Ancaq uşağın evdə bağlı qapı arxasında, nəzarətsiz, tək qalması mütəmadi təkrarlanarsa, valideynin uşağın təhlükəsizliyi ilə maraqlanmadığı aşkarlanarsa, onda valideynə xəbərdarlıq ediləcək.

 

Qanunvericiliyə görə, uşağın tərbiyəsi və ona nəzarət edilməsi üçün yerli icra hakimiyyəti orqanı tərəfindən nümayəndə təyin ediləcək. Həmin nümayəndə uşağa birbaşa nəzarət etməklə yanaşı, uşağın tərbiyəsində valideynlə birgə işləyəcək.


Əgər valideyn bu xəbərdarlıqlardan nəticə çıxarmazsa, İXM-yə əsasən, bir neçə dəfə cərimələnərsə, onda valideyn məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilə bilər.


Aztəhsil.com xəbər verir ki, millət vəkili Musa Quliyev "Cümhuriyət” qəzetinə açıqlamasında sözügedən layihənin parlamentə təqdim olunmadığını deyib:


"Hələki belə bir layihə Milli Məclisə baxılması üçün təqdim olunmayıb. Həmin layihədə nəzərdə tutulan müddəalar barədə də xəbərsizik.Həmin layihə ilə tanış olduqdan sonra hər hansı söz deyə biləcəyik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə sorğu şifahi olaraq cavablandırılmayıb. Bildirilib ki, sorğu rəhbərliyə ünvanlanacaq və yalnız onun vasitəsilə məsələ ilə bağlı mövqe açıqlanacaq.


Qeyd edək ki, valideyn diqqətsizliyi ucbatından həyatını itirənlər daha çox 1-3 yaşarası uşaqlardır.


Məlumat üçün qeyd edək ki, bu günlərdə Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-cı il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor onun başına düşüb. Azyaşlı ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb.


Daha sonra Tovuz rayonunda uşaq-Yanıqlı kənd sakini, 1 yaş 6 aylıq Rüstəmzadə Nurlan Elməddin oğlu evdə valideynlərinin gözündən yayınaraq su ilə dolu hamam vannasına düşüb. Valideynləri tez onu sudan çıxarsalar da, uşağın halı pisləşdiyindən onu xəstəxanaya aparıblar.


Valideyn diqqətsizliyi Nəsimi rayonunda daha bir bədbəxt hadisəyə səbəb olub. Səməd Vurğun parkının yaxınlığında yerləşən hündürmərtəbəli evin 6-cı mərtəbəsində yaşayan 1 yaş 8 aylıq German Andreyeviç mənzilin pəncərisindən yerə yıxılıb.Körpə xəstəxanaya aparılarkən yolda ölüb.


Maraqlıdır, "Valideyn məsuliyyəti haqqında” qanunun icrası və valideynlərin cinayət məsuliyyətinə cəlb olunması problemi çözə biləcəkmi?

Valideynlərin cəzalanmasında balans qorunmalıdır...


Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov "Cümhuriyət” qəzetinə bildirib ki, valideyn məsuliyyəti ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulub:


"Valideynlərin tam və qismən valideyn hüququndan məhrum edilməsi, yaxud valideyn hüququnun məhdudlaşdırılması artıq qanunvericilikdə xeyli müddətdir ki, var. Məsələ ondan ibarətdir ki, qanunvericiliyin icrası nə dərəcədə icrası mümkün və ya mümkün deyil. Kim müəyyən edəcək ki, valideyn öz vəzifələrini düzgün, tam yerinə yetirir və yetirmir? Biz yalnız kobud davranış, laqeydlik baş verdikdə, uşağın sağlamlığına böyük zərər yetiriləndə və nəhayət zorakılıq uşağın ölümü ilə nəticələnəndə xəbər tuturuq. Amma uşaqların məktəbə buraxılmaması, onların oyun oynamaq, istirahət hüquqlarının pozulması, "tərbiyə” məqsədilə döyülməsi, məktəbdə, həyatda və ya evdə alçaldılması kimi hallar həm Azərbaycanda, həm də dünyada gizli qalır. Belə hallar yalnız o zaman bəlli olur ki, onlar ya özləri qaynar xəttə zəng edib məlumat verirlər, ya da məktəbdə müəllimlər, klinikada həkimlər uşağa qarşı baş vermiş bu cür halları qeydə alır və müvafiq orqanları məlumatlandırırlar. Əslində əlavə müddəaların qanunvericiliyə əlavə edilməsinin nə dərəcədə fayda verəcəyini söyləmək bir qədər çətindir. Çünki qanunvericilikdə bunlar qeyd olunub. Sadəcə, bunun icra mexanizmi çətindir. Azərbaycanda azyaşlıların işi ilə bağlı komissiyalar var ki, onların fəaliyyəti yenidən təkmilləşməli və beynəlxalq stanadartlara uyğun qurulmalıdır. Bu həmin halların qarşısını almağa, vaxtında hadisəyə müdaxilə etməyə köməklik göstərə bilər. Əks halda, iş çətindir.

 

Məlum olduğu kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də cəmi 15 filialı var. Yəni onlar bütün ölkəni əhatə edə bilməz. Bu məsələdə qeyri-hökumət təşkilatlarının da böyük rolu var”.

 

QHT rəhbəri qeyd edib ki, valideyn diqqətsizliyindən kənarda qalan uşaqların bədbəxt hadisələrdə ölümündə valideyn mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır:


"Məsuliyyətin nə dərəcədə ağır olub-olmaması artıq vəziyyətdən asılıdır. Valideyn 7 aylıq uşağı masanın üzərinə qoyub gedir. Dərk etmir ki, uşaq bu yaşda artıq hərəkət edə bilir. Nəticədə yıxılır, başı əzilir və yaxud digər fəsadlar baş verir.Amma bunu hüquq-mühafizə orqanları bilmir. Çünki məişət hadisəsidir.Amma əslində xarici ölkələrdə xəbər verilir. Əgər hadisə ehtiyatsızlıqdan baş veribsə, heç bir tədbir görülmür. Biz bu məsələdə balans saxlamalıyıq ki, lazımsız yerə insanlar cinayət məsuliyyətinə cəlb olunmasın. Bu həm məhkəmə-hüquq sisteminin fəaliyyətinin yükünün artması, həm də cəza aparatının gücləndirilməsidir. Bu da insanlar arasında sosial problemlərin artmasına gətirib çıxarır. Hesab edin ki, biz uşağa icazə verdik ki, gedib həyətdə oynasın. Həyətdə oynadığı yerdə onu maşın vurur. Bu halda məsuliyyət valideynin, sürücünün, yoxsa yolları düzgün qurmayanlarındır? Yəni burada şəffaf bir balans olmalıdır”.




Загрузка...
Həmçinin oxuyun:
Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Yapon uşaqları niyə dahi olur?

Yapon uşaqları niyə dahi olur?