İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT
"Uşağım yemək yemir” tez-tez rast gəlinən şikayətlərdəndir. İştahasız uşağa necə yanaşmaq lazımdır? İştahasızlıq nə vaxt problemdir, nə vaxt isə adi hal? Nə vaxt narahat olmalı, nə vaxt isə uşağı öz-özünə buraxmalıyıq?
İlk olaraq bir problemin olub-olmamasını araşdırmaq lazımdır. Görəsən, uşağın yeməsini ümid etdiyimiz qida miqdarı onun yaşına, boyuna və çəkisinə görə uyğundur? Yoxsa ümidlərimizi dəyişməliyik. Bu sualın cavabını ən yaxşı sizə uşaq həkimi, diyetoloq verə bilər. Hər yaşın lazımı norması nə qədərdi?
Məsələn, yaşyarımlıq bir uşağın gönorta yeməyində bir dənə kotlet, yarım kasa düyü və bir necə xörək qaşığı göy noxud yetərlidir. Əgər ana uşağının bundan daha da çox yeməsini düşünürsə bu zaman o, yiyən uşağını "iştahasız uşaq” kimi təyin edir. Halbuki uşaq lazım olan miqdarı yeyir.
Xüsusilə 1-3 yaş arası uşaqların bir qida qəbulu zamanı yaxşı yeyərkən digər bir qida qəbulu zamanı o qədər də yaxşı yeməmələri təbiidir. Qidalanmanı da günbəgün deyil, həftəlik olaraq qiymətləndirmək lazımdır. Bundan başqa, uşaqlar onlar üçün ən sağlam qidalanma şəkli olan «az-az, tez-tez» yeməyə meyllidirlər. Bəzən də uşaqların yemək arasında çoxlu maye içmələri, ya da ayaqüstü tezbazar "nəisələr” yemələri də yemək əsnasında nisbi bir iştahszlık yarada bilər.
Əgər problem gözləmələrimiz ya da yuxarıda qeyd etdiyim digər səbəblər deyil isə, uşağımız yaşına görə lazım olandan az qidalanırsa bu problemin müvəqqəti yoxsa daimi olduğuna baxmaq lazımdır. Müvəqqəti iştahasızlıq qışda tez-tez rast gəlinən yuxarı tənəffüs yollarının infeksiyalarından ya da digər xarici amillər kimi səbəblərdən ötəri ola bilər. Dərman istifadəsi, iqlim dəyişikliyi ya da romantik səbəblər də uşaqların iştahlarının azalmasına səbəb ola bilər tip iştahsızlıklar ötəridir və daha sonrasında iştaha normaya dönər.
Əgər daimi bir iştah problemi varsa uşağa kompleksli şəkildə yanaşmaqda yaklaşmakta fayda ola bilər. Öncelikle büyümesi değerlendirilmelidir. Çəkisi yaşına uyğun artırmı? Boyu yaşına uyğun artırmı?
Boyla çəki nisbəti birbirinə proporsional artırmı? Bədən kütlə indeksi yaşa uyğundumu? Uşağın böyüməsində də, inkişafında da bir problem yoxdur ki? Bu sualı incə fərqlərinə belə fikir verərək yaxşı cavablandırmaq lazımdır. Böyüməsində də inkişafında da problem olmayan uşağı belə problemsizdir deyə nəzərə almamaq səhv olar, ancaq böyümə və inkişafında problem varsa bu uşağın daha ətraflı araşdırılması lazımdır. Əvvəlcə aldığı kalorinin və qidanın kafi olub-olmadığına nəzarət yetirilir və kifayət olmadığı halda ailə ilə əlbir olaraq bunların necə artırılacağı barədə birgə qərar verilməlidir. Bəzi hallarda qəlxanvari vəzin göstəriciləri, ümumi və biokimyəvi qan təhlili, lazım gəlsə iltihab markerləri kimi testlərin keçirilməsi faydalıdır.
İştahsızlığın və böyümə problemi olan uşaqda yatan xroniki bağırsaq xəstəliyi, qalxanvari vəz problemi kimi problemlər ola bilər.
Ancaq iştahsızlığın tibbi problemlərə bağlı olması nadirdir. Çox vaxtı bu ya quruluş problemidir və uşağın quruluşu, vərdişləri və ailənin yanaşması kimi faktorların birinin ya da bir neçəsinin cəmləşməsi ilə ortaya çıxır. Amma əksəriyyət hallarda, ailə içi bir uyğunluq görəcəksiniz. Çox iştahsız, incə quruluşlu bir uşağın ana və ya atası da uşaqkən oxşar yemə və böyümə nümunəsi göstərmiş ola bilər.
Daimi iştahasızlığı olan, yümək yeməyən uşağa isə çox incəliklə yanaşmaq lazımdır. Bir yandan ailənin yemək süfrəsi ətrafındakı mənfi duyğuları, savaşmaları dəstək şəklində həll edilməsinə çalışılmalıdır, digər tərəfdən isə uşağın həm tələblərinə uyğun həm də istəyi ilə hazırlanmış menyu tərtib edilməlidir. Uşağa seçmə imkanı verməyən, onun seçimlərini, duyğularını hesaba almayan bir qidalanma sistemi sağlam olmaz.
Əvvəlcə uşağa «Bu sənin sağlamlığın, özün üçün yeyirsən» hissi verilməlidir. Yeməyi müsbət və keyfli bir hal vəziyyətinə gətirmək, bir tərəfdən də öz sağlam qidalanma vərdişlərimizlə yaxşı nümunə olmaq lazımdır. Uşağın fərd olduğunu və bir az azad qərarvermə şansının da olmasının lazım olduğunu xatırlamaq sağlam uşaq qidalanmasının əhəmiyyətli şərtlərindəndir. Bəslənmə planının necə irəliləyəcəyi ailəyə və uşağa görə dəyişə bilər və olduqca səbr istəyən bir müddət ola bilər. Səbirli olmaq və asan olan səhv vərdişlərdən çəkinmək vacibdir. Məsələn, televiziya qarşısında yemək və ya kotleti yesin deyə şəkər vermək.
Səbirlə və düzgün prinsiplərlə yaxınlaşmamız iştahsız uşaqların qidalanmasını daha zövqlü və daha da yaxşılaşdıra bilər.