AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
26 oktyabr 2025
1 135

Bəzi idarəedicilər məktəblərdə şagirdlər arasında xəbərçilik mədəniyyətinin formalaşmasına şərait YARADIR



Məktəblərdə qruplaşmaların artması və idarəetmədəki problemlər.


AzTehsil.com xəbər verir ki, müasir dövrdə məktəblərdə yalnız təhsil prosesinə deyil, şagirdlərin sosial münasibətlərinə də diqqət yetirmək vacibdir. Son illərdə bir çox məktəbdə şagirdlər arasında qruplaşmaların artması müşahidə olunur ki, bu da tədris mühitinə mənfi təsir göstərir. Qruplaşmaların yaranması təkcə şagirdlərin davranışından deyil, bəzən məktəb rəhbərliyinin və müəllimlərin fəaliyyətindən də asılıdır.


Qruplaşmaların əsas səbəbləri arasında sosial fərqlilik, şagirdlərin maddi imkan və sosial status fərqləri, populyarlıq axtarışı və sosial media təsiri göstərilə bilər. Eyni zamanda ailədaxili münasibətlər və tərbiyə faktorları da şagirdlərin bir-biri ilə münasibətlərinə təsir edir. Nəticədə bəzi şagirdlər təcrid olunur və mobbinq halları baş verir.


Problem yalnız şagirdlər arasında deyil. Təəssüf ki, bəzi məktəblərdə əvəzedici direktorlar və bir neçə müəllim şagirdlər arasında xəbərçilik və intriqa mədəniyyətinin formalaşmasına şərait yaradır. Belə hallarda dərs prosesi ikinci plana keçir, şagirdlər arasında etimadsızlıq və qarşıdurma yaranır. Məktəb rəhbərliyi və müəllimlərin ədalətsiz davranışı qruplaşmaların möhkəmlənməsinə və sinif mühitinin parçalanmasına səbəb olur.Şagirdlərə dərs zamanı təhsil yox digər müəllimlər haqqında söhbətlər aparılır. Bu da gələcəkdə onların həyatlarına böyük zərbə vurur.


Qruplaşmaların mənfi təsirini minimuma endirmək üçün bir sıra tədbirlər həyata keçirilməlidir. İlk növbədə, məktəbin əsil ( imtahan da uğur qazanan)rəhbərliyi və müəllimlər arasında ədalətli və bərabər yanaşma təmin olunmalıdır. Məktəb daxilində etik davranış qaydaları tətbiq edilməli, psixoloq və sosial işçilər aktiv şəkildə şagirdlərin sosial bacarıqlarının inkişafına dəstək göstərməlidir. Həmçinin, şagirdlərə empatiya, hörmət və birlik kimi dəyərlər aşılanmalıdır.


Nəticə etibarilə, məktəbdə sağlam və təhlükəsiz tədris mühiti yalnız şagirdlərin deyil, həm də rəhbərliyin və müəllim heyətinin vicdanlı və ədalətli münasibətindən asılıdır. Məktəb rəhbərliyi və müəllimlər hər bir şagirdi ayrı-seçkilik etmədən dəstəkləyərək, tədris prosesini əsas prioritetə çevirərsə, qruplaşmaların yaratdığı mənfi halların qarşısı alınmış olar.


Qeyd: Bu hallar ən çox əvəzedici direktorlar tərəfindən aparılır , onlarda onlara müvəqqəti həvalə olunmuş vəzifəsindən sui-istifadə edirlər.




Həmçinin oxuyun:
Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Tərbiyənin mahiyyəti

Tərbiyənin mahiyyəti

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Uşağın şəxsiyyətinin formalaşmasına atanın təsiri.

Uşağın şəxsiyyətinin formalaşmasına atanın təsiri.

Tərbiyənin mahiyyəti və məzmunu

Tərbiyənin mahiyyəti və məzmunu

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Tərbiyənin növləri

Tərbiyənin növləri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası