AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
07 noyabr 2025
886

Dərsliklərin hazırlanmasında müəllimlərin iştirakı VACİBDİR



Dərsliklərin hazırlanmasında müəllimlərin iştirakı vacibdir.

Son zamanlarda sosial mediada “Dərsliklərin yazılma prosesində mütləq orta məktəb müəllimləri yaxından iştirak etməlidirlər” kimi çağırışların artması təhsildə cəmiyyətin aktivləşməsinin və real tədris problemlərinin gündəmə gəlməsinin göstəricisidir.


Bu sözləri  təhsil eksperti Kamran Əsədov söyləyib. 


O, qeyd edib ki, dərsliklərin hazırlanması prosesi yalnız elmi bilik deyil, həm də pedaqoji təcrübə tələb edir:


"Dərsliklərin hazırlanması prosesi təhsilin keyfiyyətinə birbaşa təsir edən ən həssas mərhələlərdən biridir. Dərslik sadəcə tədris vasitəsi deyil o, ideoloji, pedaqoji və elmi baxımdan ölkənin gələcək nəsillərinin düşüncə tərzini formalaşdıran strateji sənəddir. Son zamanlarda sosial mediada “Dərsliklərin yazılma prosesində mütləq orta məktəb müəllimləri yaxından iştirak etməlidirlər” kimi çağırışların artması təhsildə cəmiyyətin aktivləşməsinin və real tədris problemlərinin gündəmə gəlməsinin göstəricisidir. Bu yanaşma bir tərəfdən çox əsaslı və lazımlıdır, lakin digər tərəfdən peşəkar yanaşma və akademik məsuliyyət balansı qorunmadıqda, keyfiyyətin zəifləməsi riski də yarana bilər.


Hazırkı dərslik siyasətinə baxdıqda, bu proses Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil İnstitutu və Tədris Resursları Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəzdə dərsliklərin hazırlanması elmi-metodik şura, fənn ekspertləri və müəlliflər qrupu tərəfindən icra olunur. “Ümumi təhsil haqqında” Qanunun 11-ci maddəsində qeyd edilir ki, “ümumi təhsilin məzmunu pedaqoji, psixoloji və elmi əsaslara, milli və mənəvi dəyərlərə söykənməlidir.” Bu baxımdan, dərsliklərin hazırlanması prosesi yalnız elmi bilik deyil, həm də pedaqoji təcrübə tələb edir".


Təhlil göstərir ki, son illərdə dərsliklərin məzmununda bir sıra müsbət dəyişikliklər baş verib:


"Məsələn, 2018-2024-cü illər arasında 70-dən çox dərslik yenilənib, fənlər üzrə yeni formatda tapşırıqlar, differensial qiymətləndirmə və kompetensiya əsaslı məzmun tətbiq edilib. Lakin müəllimlərin iştirakı hələ də formal səviyyədədir, yəni onlar dərsliklərin rəy mərhələsində fikir bildirirlər, amma məzmunun ilkin formalaşdırılmasında birbaşa iştirak etmirlər. Halbuki dərsliyin praktik istifadəsini, tətbiqdə qarşılaşan çətinlikləri və uşaqların anlayış səviyyəsini ən yaxşı tanıyan şəxs məhz sinifdə dərs deyən müəllimdir.


Bu baxımdan, müəllimlərin yazı prosesinə cəlb edilməsi çox vacib və faydalıdır. Müəllimlərin iştirakı dərslikləri daha real, öyrədici və şagirdin psixoloji səviyyəsinə uyğun hala gətirər. Məsələn, Finlandiya, Estoniya və Sinqapurda dərsliklər universitet alimləri, elmi metodistlər və təcrübəli müəllimlərin birgə əməkdaşlığı ilə hazırlanır. Bu ölkələrdə müəllimlər yalnız “oxucu” deyil, həm də “müəllif” statusuna malikdirlər. Bu modelin uğuru ondadır ki, dərsliklər həm elmi baxımdan düzgün, həm də sinifdə tətbiq baxımından funksional olur.


Amma burada bir incə məqam da var: dərslik yazmaq sadəcə pedaqoji deyil, həm də akademik məsuliyyət tələb edən çətin prosesdir. Hər müəllim yaxşı pedaqoq ola bilər, amma hər pedaqoq dərslik müəllifi ola bilməz. Dərsliyin məzmunu təkcə fənn bilikləri deyil, həm də metodika, psixologiya, dil mədəniyyəti, terminoloji dəqiqlik və illərlə təcrübədən keçmiş akademik yazı bacarığı tələb edir. Buna görə də bu prosesdə müəllimlərin rolu genişləndirilməlidir, amma bu, sistemli və mərhələli şəkildə həyata keçirilməlidir".


AzTehsil.com xəbər verir ki, dərsliklərin yazılmasında orta məktəb müəllimlərinin iştirakı zəruridir, amma bu proses sistemli, elmi və pedaqoji prinsiplərə əsaslanmalıdı:


"Elm və Təhsil Nazirliyinin bu sahədə gördüyü işlər istiqamət baxımından müsbətdir. Nazirlik son illərdə “Müəllim-metodist”, “Ekspert müəllim” və “Tədris resursları müəllifi” kimi yeni statuslar təqdim edib və bu müəllimlərin dərslik və metodik vəsaitlərin hazırlanmasında iştirakı üçün platforma yaradıb. Bu, çox doğru və gələcəyə yönəlik addımdır, çünki artıq müəllimlər təkcə dərs deyən deyil, həm də təhsil məzmununun yaradıcı iştirakçısına çevrilirlər.


Mənim fikrimcə, ən optimal model dərsliklərin hazırlanmasında üçpilləli strukturun yaradılması olardı: elmi-nəzəri qrup (alimlər və metodistlər), praktik qrup (fənn müəllimləri) və redaksiya-nəzərət qrupu (dil, pedaqogika və psixologiya mütəxəssisləri). Beləliklə, dərsliklər həm elmi baxımdan möhkəm, həm də sinifdə tətbiq baxımından səmərəli olardı.


Cəmiyyətin bu məsələyə artan diqqəti müsbət tendensiyadır, çünki bu, göstərir ki, artıq insanlar təhsil keyfiyyətinin əsasını təkcə müəllimdə yox, həm də dərsliyin məzmununda görürlər. Əgər biz müəllimləri dərslik yaradıcı prosesinə daha çox cəlb etsək, bu, həm tədris keyfiyyətinə, həm müəllimlərin motivasiyasına, həm də dərsliyin ictimai etimadına müsbət təsir göstərəcək.


Mənim mövqeyim aydındır: dərsliklərin yazılmasında orta məktəb müəllimlərinin iştirakı zəruridir, amma bu proses sistemli, elmi və pedaqoji prinsiplərə əsaslanmalıdır. Müəllimlər dərsliyin müəllifi deyil, onun ruhunun daşıyıcısı olmalıdır. Təcrübə ilə elmin sintezi varsa, o dərslik həm öyrədir, həm düşündürür. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə müəllim iştirakını genişləndirməsi təhsil məzmununda yeni mərhələnin başlanğıcı ola bilər, bu, həm milli, həm də pedaqoji baxımdan çox müsbət addımdır".



Həmçinin oxuyun:
MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

Tərbiyənin metodları

Tərbiyənin metodları

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

Metodbirləşmələr

Metodbirləşmələr

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"