AzTehsil.com

Xəbərlər / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Bölgə
23 sentyabr 2025
1 227

Elm, İrs və İnnovasiyalar Konfransı” KEÇİRİLƏCƏK



“Akademik Yusuf Məmmədəliyev: Elm, İrs və İnnovasiyalar Konfransı” keçiriləcək.


AzTehsil.com xəbər verir ki, Azərbaycanın dünya miqyaslı kimyaçı alimi, akademik, pedaqoq, maarifçi və ictimai xadim Yusuf Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 3-4 dekabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində “Akademik Yusuf Məmmədəliyev: Elm, İrs və İnnovasiyalar Konfransı” keçiriləcək. 


Konfrans Elm və Təhsil Nazirliyi, Akademik Yusuf Məmmədəliyev Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutacaqdır.


Müasir dövrdə neft məhsullarına artan qlobal tələbat və mövcud ehtiyatların azalması fonunda ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan səmərəli yeni istehsal texnologiyalarının işlənməsi mühüm əhəmiyyət daşıyır. Konfrans alim və mütəxəssislərə mövcud texnologiyaların problemlərini müzakirə etmək, onların effektiv həlli yollarını təqdim etmək və əldə olunan nailiyyətləri elmi ictimaiyyətlə bölüşmək imkanı yaradacaqdır.


Tədbirdə neft emalı və neft-kimya sintezi məhsullarının istehsalı və emal texnologiyaları, neft emalı və neft-kimya proseslərində kataliz, bu proseslərin ekoloji problemləri, həmçinin neftçıxarma və neft emalı sənayesində nanotexnologiyaların və nanomaterialların tətbiqi mövzularında elmi müzakirələr aparılacaqdır.


Konfrans çərçivəsində yuxarıda qeyd olunan istiqamətlər üzrə ingilis dilində məqalələrin qəbulu həyata keçiriləcək.


Məqalələrin təqdim olunma müddəti 15 noyabr 2025-ci il tarixinədək davam edəcəkdir. Məqalələr submission@aym.foundation elektron ünvanına göndərilməlidir. Kollaborativ (bir neçə ölkədən müəlliflərin iştirakı ilə hazırlanmış) tədqiqat işlərinə üstünlük veriləcək, həmkar rəyindən (peer-review) keçmiş seçilmiş məqalələr isə konfrans buraxılışında dərc olunaraq qlobal elmmetrik bazalarda indeksləşdiriləcəkdir.





Həmçinin oxuyun:
"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri MÜKAFATLANDIRILDI

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri MÜKAFATLANDIRILDI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib